Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-62/2025 30.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevnadan və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Şahbuz şəhər Uşaq Bağçasına qarşı “İşə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(090)-30/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz şəhər Uşaq Bağçasının xx. xx.2024-cü il tarixli, 95 nömrəli əmrin onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi və işə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi çıxarılan günədək məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının cavabdeh Şahbuz şəhər körpələr evi-uşaq bağçasından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(090)-30/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı Quliyeva X2 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-30/2025 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı “İşə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-30/2025 saylı qətnaməsi tamamilə qanunsuz və əsassızdır, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərin in icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. İşə baxan məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etməklə qanunvericiliyin yuxarıda göstərilən prinsiplərini pozmuşdur. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməmiş, İddiaçı Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndi ilə, yəni işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunması əsası ilə işdən azad edilməsi üçün həmkarlar ittifaqının razılığı alınmalı olduğu halda, belə razılıq alınması üçün həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunmadan, həmkarlar ittifaqının razılığı alınmadan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edilərkən qanunvericiliyin tələbinə əsasən azı dörd təqvim həf təsi əvvəl rəsmi xəbərdar edilməli olduğu halda işəgötürən tərəfindən rəsmi xəbərdarlıq olunmamışdır. Məhkəmə araşdırılması zamanı İddiaçı işdən azad edilərkən qanunvericiliyin tələbinə əsasən işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsi, iddiaçının işdə saxlanmasına üstünlük verilən şəxs kimi (öhdəsində üç uşağının və ərinin hərbçi olması) üstünlük hüququnun olması müəyyən edilmədən əmək müqaviləsinə xitam verilməsi müəyyən edilmişdir. Göstərilən pozuntular məhkəmə qətnaməsində öz əksini tapsa da, işə baxan məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3-cü maddəsində təsbit edilmiş tərəflərin hüquq bərabərliyinin, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yara dılması prinsiplərini pozaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşə baxan məhkəmə qətnamə qəbul edərkən yuxarıda göstərilən hüquq normasını düzgün tətbiq etməmiş və həmin norm anın tələblərini açıq şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin hesablanmasında işə baxan hakim yanlışlığa yol verərək həmin müddətin axımını hazırkı mübahisə üzrə 10 sentyabr 2024-cü il tarixdən hesablamışdır. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, hər iki tərəf məhkəmə baxışı zamanı cavabdeh təşkilatın rəhbərinin 10 sentyabr 2024-cü il tarixdə iddiaçıya telefon vasitəsilə əmək kitabçasının hazır olduğunu, istədiyi vaxt götürə biləcəyini dediyi barədə izahat vermişlər. Birincisi o, məhkəmə baxışı zamanı belə bir izahat verməmişdir. İkincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçası nın, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün işçinin hüququnun pozulduğunun aşkar edildiyi gün hesab edilir və şikayət verməklə bağlı müddətin axımı həmin zamandan başlayır. İddiaçı iddiası üzrə məhkəmə işində mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı dəfələrlə müraciət etsə də, əmrin surəti və əmək kitabçası ona verilməyib. Yalnız 07 noyabr 2024-cü il tarixdə İddiaçı ərizə ilə müraciət etdikdən sonra işə qəbul və işdən çıxma barədə əmrlərin surəti və əmək kitabçası ona verilmişdir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cümaddəsini düzgün tətbiq etsəydi, bu mübahisə üzrə iddia müddətinin axımını 07 noyabr 2024-cü il tarixdən hesablayar, cavabdehin iddia müddətinin tətbiqinə dair əsassız ərizəsini təmin etməkdən imtina, iddi anın isə təmin edilməsi barədə qətnamə qəbul edərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsində göstərilir: “Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” İşə baxan məhkəmə bu normanın da tələbini pozmuşdur. Belə ki, işə məhkəmə baxışı zamanı İddiaçı işdən çıxarıldığının tamamilə qanunsuz olduğunu, onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bir sıra normalarının pozulduğunu sübuta yetirsə də, işə baxan məhkəmə qətnaməni tərəflərin çəkişmə prinsipinə əsasən müzaki rə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış, qərarı hüquq normalarına istinadla deyil, şəxsi mülahizələri əsasında qəbul etmişdir. İşə baxan məhkəmə 10 sentyabr 2024-cü il tarixini iddiaçının hüquqlarının pozulduğunu bildiyi gün hesab etməsi və iddia müddətinin axımının həmin gündən başlaması barədə qənaəti şəxsi mülahizədən irəli gələn qanunsuz və əsassız mövqedir. Ədalət mühakiməsi orqanı olan məhkəmənin bu qədər qanunsuzluqları həyata keçirən işəgötürənin qanunazidd əməllərinə düzgün hüquqi qiymət verərək iddianı təmin etmək əvəzinə, hansı səbəbdənsə iddianı təmin etməməsi təəccüb doğurur. İşə baxan hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinin tələblərini pozaraq işə baxarkən çəkişmə prinsipini təmin etməmiş, o öz qəra rını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin də tələblərini pozmuşdur. Belə ki, İddiaçı məhkəmə baxışı zamanı onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bir sıra normalarının pozulduğunu, Naxçıvan MR X7 Xidməti tərəfindən aparılmış araşdırma zamanı işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci və hə min Məcəllənin 83.4cü maddələrinin tələblərinə əməl edilmədiyinin müəyyənləşdirildiyini, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsi ilə 29 oktyabr 2024-cü il tarixində Şahbuz şəhər Uşaq Bağçasının müdiri Ülviyə Ağalarova barəsində, yəni cavabdeh təşkilatın rəhbəri barəsində inzibati tənbeh vermə haqqında Qərar qəbul edilməsini, sözügedən Qərara əsasən işəgötürənə şərti olaraq inzibati cərimə tətbiq edilməsini sübuta yetirmişdir. Cavabdeh isə əmək müqaviləsinə xitam verilərkən və sonra işçinin hüquqlarını pozmadığını sübuta yetirə bilməmişdir. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizədə də iddiaçının iddia müddətini ötürdüyünü faktlarla əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddə sində göstərilir: “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Məhkəmənin qəbul etdiyi qətnamədən görünür ki, işə baxan məhkəmə mübahisəni həll edərkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxmamış və təqdim edilmiş sübutlara uyğun hüquq normalarını tətbiq etməmişdir. Apellyator sonda Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)30/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı “İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmiş, apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 296.3-cü maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-30/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)30/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar q əbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1, 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Bu Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edi lməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq no rmalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, mülki işin tədqiq edilmiş sənədlərlə müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 01 avqust 2023-cü il tarixdən 06 sentyabr 2024-cü il tarixədək Şahbuz şəhər körpələr evi uşaq bağçasında 1 (bir) aklad müvəqqəti tərbiyəçi-müəllim vəzifəsində işləmiş, Şahbuz şəhər körpələr evi-uşaq bağçasının 06 sentyabr 2024-cü il ta rixli, 95 nömrəli əmrdən çıxarışı ilə İddiaçı əmək müqaviləsinə Şahbuz şəhər körpələr evi-uşaq bağçasının Nizamnaməsinin 3.1 bəndi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İddiaçı Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz şəhər Uşaq Bağçasının xx.xx.2024-cü il tarixli, 95 nömrəli əmrin onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi və işə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi çıxarılan günədək məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqının cavabdeh Şahbuz şəhər körpələr evi-uşaq bağçasından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şahbuz Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(090)-30/2 025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Mülki işin mübahisəli halı kimi iş üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin hesablanmasında işə baxan hakimin yanlışlığa yol verərək həmin müddətin axımını hazırkı mübahisə üzrə 10 sentyabr 2024-cü il tarixdən hesabladığını, məhkəmənin bunu hər iki tərəfin məhkəmə baxışı zamanı cavabdeh təşkilatın rəhbərinin 10 sentyabr 2024-cü il tarixdə iddiaçıya telefon vasitəsilə əmək kitabçasının hazır olduğunu, istədiyi vaxt götürə biləcəyini dediyi barədə izahat verməyi ilə əsaslandırdığını, məhkəmə baxışı zamanı belə bir izahat vermədiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün işçinin hüququnun pozulduğunun aşkar edildiyi gün hesab edildiyini və şikayət verməklə bağlı müddətin axımının həmin zamandan başladığını, iddiaçı dəfələrlə müraciət etsə də, əmrin surəti və əmək kitabçasının ona verilmədiyini, yalnız 07 noyabr 2024-cü il tarixdə iddiaçı ərizə ilə müraciət etdikdən sonra işə qəbul və işdən çıxma barədə əmrlərin surətinin və əmək kitabçasının ona verildiyini, işə baxan məhkəmənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsini düzgün tətbiq etsəydi, bu mübahisə üzrə iddia müddətinin axımını 07 noyabr 2024-cü il tarixdən hesablayacağını, işə baxan məhkəmənin şəxsi mülahizələri əsasında qətnamə qəbul etdiyini, məhkəmənin 10 sentyabr 2024-cü il tarixini iddiaçının hüquqlarının pozulduğunu bildiyi gün hesab etməsi və iddia müddətinin axımının həmin gündən başlaması barədə qənaətinin şəxsi mülahizədən irəli gələn qanunsuz və əsassız mövqe olduğunu” göstərmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdıraraq dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.6-cı maddə sinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. Hazırki iş üzrə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, birinci instansiya məhkəməsi isə hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçının işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində iddia olunan işin halları ilə eynilik təşkil etdiyindən və mübahisənin həmin hallarına birinci instansiya məhkəməsi tərəfindən qiymət verdiyindən, kollegiya iddia ərizəsində iddiaçının işdən azad olunması zamanı işəgötürən tərəfindən yol verilən pozuntulara münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hazırkı mübahisəyə iddiaçı tərəfindən iddia müddətinin ötürülüb-ötürülməməsi həddində dəlillərə qiymət verməyi zəruri hesa b edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. - 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. - 294.4-cü maddəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə mür aciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. - 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əm ək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağ lı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir”. Qərarda həmçinin qeyd olunmuşdur ki, “...bununla yanaşı Əmək Məcəlləsinin 296cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla b ağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciət edənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri birbirindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisəl ərinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur.” Konstitusiya Məhkəməsinin Plenumu Qərarının iddia müddətinə dair hissəsində qərara almışdır ki, “Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddə ti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Gö stərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin ötürülməsinin birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi ilə b ağlı iddiaçının “...Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin hesablanmasında işə baxan hakimin yanlışlığa yol verərək həmin müddətin axımını hazırkı mübahisə üzrə 10 sentyabr 2024-cü il tarixdən hesabladığına, məhkəmənin bunu hər iki tərəfin məhkəmə baxışı zamanı cavabdeh təşkilatın rəhbərinin 10 sentyabr 2024-cü il tarixdə iddiaçıya telefon vasitəsilə əmək kitabçasının hazır olduğuna, istədiyi vaxt götürə biləcəyini dediyi barədə izahat verməyi ilə əsaslandırdığına, İddiaçı məhkəmə baxışı zamanı belə bir izahat vermədiyinə, ikincisi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cümaddəsinə əsasən işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin ( kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün işçinin hüququnun pozulduğunun aşkar edildiyi gün hesab edildiyinə və şikayət verməklə bağlı müddətin axımının həmin zamandan başladığına, iddiaçının dəfələrlə müraciət etsə də, əmrin surətinin və əmək kitabçasının ona verilmədiyinə, yalnız 07 noyabr 2024-cü il tarixdə iddiaçının ərizə ilə müraciət etdikdən sonra işə qəbul və işdən çıxma barədə əmrlərin surətinin və əmək kitabçasının ona verildiyinə” dair göstərdiyi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mülki işin araşdırılmış halları və iddiaçının istər birinci instansiya məhkəməsində, istərsə də kollegiyadakı izahatı ilə müəyyən edilmişdir ki, Şahbuz şəhər körpələr evi-uşaq bağçasının 06 sentyabr 2024-cü il tarixli, 95 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Şahbuz şəhər körp ələr evi-uşaq bağçasının Nizamnaməsinin 3.1 bəndi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmiş, həmin gün iddiaçı da daxil olmaqla ixtisar səbəbindən işdən azad olunan digər işçilərin və rayon Təhsil Şöbəsinin müdiri əvəzi Vüqar müəllimin iştirakı ilə (bu faktları iddiaçı özü izahatında qeyd etmişdir) bağçada iclas keçirilərək əmr elan olunmuş, artıq həmin gün iddiaçı xx.xx.2024cü il tarixli, 95 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad olunduğunu bilmişdir. Tədqiq olunmuş iş materiallarından aydın olur ki, (məhkəmə baxışı iclasının fasiləsiz audio-video çəkilişi ilə təsdiqlənir) birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı əmrin verilməsindən sonra 10 sentyabr 2024-c ü ildə bağçanın müdiri Ülvüyə xanımın ona mobil telefonla zəng vuraraq işdən çıxma əmrinin və əmək kitabçasının hazır olduğunu ona bildirmiş və həmin sənədləri götürə biləcəyini demişdir. Apellyasiya şikayətində iddiaçının bununla bağlı göstərdiyi “İddiaçı birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı belə bir izahat vermədiyinə” dair dəlilinə aydınlıq gətirmək üçün verilən sualları cavablandırarkən İddiaçı sentyabr ayının 6-da təhsil şöbəsinin müdiri əvəzi Vüqar müəlliminin də iştirakı ilə iclas keçirilərək işdən azad olunduqlarının onlara bildirildiyini, bu şəkildə işdən azad olunduğundan xəbəri olduğunu, Ülvüyə müəllimənin onunla telefon əlaqəsi saxlayaraq ona əmək kitabçanı yazmışam, hazırdır dediyini, bunun işdən azad olunduqdan təxminən bir neçə gün sonra baş verdiyini, dəqiq tarixi deyə bilməyəcəyini, ona bağçada qalıb işləyəcəksən vədi verildiyini, ona görə də əmək kitabçasını gedib götürmədiyini və əmək kitabçasını qarşı tərəfin göndərməyini gözlədiyini bildirmişdir. İddiaçı həmçinin işin daha tez və asan şəkildə həllini tapmasını istədiyi üçün məhkəməyə deyil, digər dövlət orqanlarına müraciət etdiyini, işdən azad olunması barədə məlumatın elektron kabinetinə yüklənib-yüklənilməməsini dəqiq deyə bilməyəcəyini, son haqq-hesabın oktyabr ayının 4də kart hesabına köçürüldüyünü, lakin son haqq-hesabını oktyabr ayının 7-si kartdan çəkdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı işin müəyyən olunmuş hallarından məlum olmuşdur ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən elektron qaydada icra olunmuş və iddiaçı tərəfindən bu hal onun öz etirafı ilə təsdiqin i tapmışdır. Kollegiya tərəfindən verilən sualları cavablandırarkən iş üzrə cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə işdən azad olunma ilə bağlı bütün əmrləri işəgötürən kimi ƏMAS proqramına yüklədiyini, bununla da həmin əmrin iddiaçıya rəsmi qaydada təqdim olunduğunu, iddiaçının işdən çıxma barədə əmrdən məlumatsız olmasını bildirməsinin əsassız olduğunu, çünki bu barədə məlumatın onun şəxsi kabinetinə avtomatik olaraq yerləşdiyini, əmək kitabçasının isə rəsmi qaydada imza etdirilməklə ona çatdırılmalı olması səbəbindən gəlib götürməsini ona bildirdiyini, lakin iddiaçının çağırışlara cavabsız qaldığını bildirmişdir. Qeyd olunan hallara münasibət bildirən İddiaçı istifadəsində olan mobil telefonunda “Sima” proqramının mövcud olduğunu, əmək münasibətləri ilə bağlı bütün məlumatların həmin proqramda mövcud olan şəxsi kabinetinə yerləşdirilməsi barədə məlumatının olmadığını bildirmiş, buna səbəb kimi isə bu proqramdan istifadə qaydalarını bilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetin də yerləşdirilir. Həmin Məcəlləsinin 85-ci maddəsinin 1-1-ci bəndinə əsaən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir. Apellyasiya baxışı zamanı tərəflərin qeyd etdiyi faktların, yəni iddiaçının işdən azad olunması ilə bağlı əmrin işəgötürən tərəfindən onun şəxsi kabinetinə yerləşdirilibyerləşdirilməməsinin aydınlaşdırılması məqsədilə mütəxəssis cəlb olunmuş, proses zamanı izahat verən Naxçıvan MR ƏƏSMN yanında X4 nümayəndəsi N.Babazadə ƏMAS proqramına və iddiaçıya məxsus “Sima” proqramında olan işçinin informasiya sistemində yaradılan elektron kab inetinə tərəfindən baxış keçirildiyini, proqram məlumatlarına əsasən 12 sentyabr 2024-cü il tarixdə işəgötürən tərəfindən iddiaçının işdən azad olunması ilə bağlı əmrin alt sistemə yükləndiyini, belə olan təqdirdə 12 sentyabr 2024-cü il tarixdə də bu əmrin avtomatik olaraq İddiaçı “Sima” proqramında olan işçinin informasiya sistemində yaradılan elektron kabinetinə yükləndiyini, bunun iddiaçıya məxsus elektron kabinetdə də öz əksini tapdığını və məlumatın hazırda da şəxsi kabinetdə mövcud olduğunu bildirmiş, bununla bağlı təsdiqedici sənədləri kollegiyaya təqdim etmişdir. Mütəxəssis eyni zamanda verilən sualları cavablandırarkən qeyd etmişdir ki, artıq 12 sentyabr 2024-cü il tarixdən İddiaçı işdən azad olunması barədə əmr rəsmi qaydada təqdim olunmuş sayılır, çünki istifadəsində olan şəxsi kabinet vasitəsilə sənədlərlə tanış olmaq işçinin hüququ deyil, onun vəzifəsidir. Mütəxəssis tərəfindən kollegiyaya təqdim olunmuş ƏMAS və işçinin informasiya sistemində yaradılan elektron kabinetindən çıxarışlar əsasında mütəxəssisin qeyd etdiyi məlumatlar öz təsdiqini tapmış, kollegiya tərəfindən adıçəkilən sənədlər sübut qismində qəbul olunaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı işin müəyyən olunmuş hallarından aydın olmuşdur ki, Quliyeva X3 xx.xx.2024-cü il tarixli, 95 nömrəli əmri ilə həmin gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad olmasını bilməsinə, eyni zamanda təxminən 10 sentyabr 2024-cü il tarixdə işəgötürən Nümayəndə ona mobil telefonla zəng vuraraq əmək kitabçan hazırdır, götürə bilərsən d eməsinə, 12 sentyabr 2024-cü il tarixdə isə işdən azad olunması barədə əmrin onun informasiya sistemində yaratdığı elektron kabinetində yüklənməsinə baxmayaraq pozulmasını iddia etdiyi hüquqlarının bərpası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müddəti buraxmaqla mediasiya təşkilatına xx.xx.2024-cü il tarixində (iş səh.101) yəni, işdən azad olunmasından təxminən 2 ay keçdikdən sonra müraciət etmişdir. Bu müddət ərzindən İddiaçı əmək münasibətlərinin pozulması hallarından müdafiə məqsədilə ilə X7 Xidmətinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə dövlət orqanlarına, eləcə də xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazir liyinə ünvanladığı ərizələrində Bağçada müddətli müqavilə kimi tərbiyəçi müəllim kimi işlədiyindən onunla bağlanılmış əmək müqaviləsini əmək qanunvericiliyinə zidd olaraq xitam verildiyini və xitam verilməzdən bir neçə gün əvvəl xitam veriləcəyi barədə şifahi şəkildə deyildiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, mülki işin araşdırılmış hallarından da göründüyü kimi, cavabdeh xx.xx.2024-cü il tarixdə işdən çıxarılmaqla bağlı əmrdən məlumatlı olmasına, təxminən xx.xx.2024-cü tarixində iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılaraq, ona əmək kitabçasını müəssisədən gəlib götürə biləcəyi bildirilməsinə, həmçinin 12 sentyabr 2024cü il tarixdə isə işdən azad olunması barədə əmrin onun informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsinə baxmayaraq, iddiaçı hüquqlarının pozulduğunu iddia edən maraqlı subyekt kimi əmək kitabçasını və digər sənədləri almamaqla, eyni zamanda elektron şəxsi kabinetində olan məlumatlarla tanış olmamaqla faktiki hərəkətsizlik etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, “Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Göründüyü kimi əmək kitabçalarının işçiyə verilməsi qaydalarına əsasən həmin sənədlər ciddi hesabat sənədləri hesab olunduğundan işçiyə şəxsən verilməlidir. Belə olan halda isə işçi bu sənədləri təhvil alması üçün işəgötürənin çağırışına əməl etməli və əmək kitabçalarının uçotu kitabına imza etməklə təhvil almalı idi. Lakin yuxarıda da qeyd olunduğu kimi, iddiaçı bu barədə ona işəgötürən tərəfindən məlumat verilməsinə baxmayaraq hərəkətsizlik etməklə əmək kitabçasını və digər sənədləri müəssisədən almamış, bunun əsası kimi isə hüquqlarının pozulması ilə bağlı müxtəlif dövlət orqanlarına (X7 Xidmətinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və.s) müraciətlər etməsini, işəgötürənlə əmək münasibətlərinin bərpa olunacağına ümid edərək gözləmə mövqeyi tutduğunu bildirmişdir. Əmrin surətinin ona təqdim edilməməsinə gəlincə isə yuxarıda da qeyd olunduğu kimi, apellyasiya baxışı zamanı işin araşdırılmış hallarından iddiaçının işdən azad olunması ilə bağlı əmrin artıq 12 sentyabr 2024-cü il tarixdə iddiaçının şəxsi kabinetinə yükləndiyi məlum olmuşdur. Bu isə onu deməyə əsas verir ki, əmrin surəti iddiaçıya həmin tarixdə işəgötürən tərəfindən rəsmi qaydada təqdim edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərində göstərdiyi “...dəfələrlə müraciət etsə də, əmrin surətinin və əmək kitabçasının ona verilmədiyi” ilə bağlı bildirdikləri isə onun məhkəmə iclasları zamanı verdiyi öz izahatı ilə təkzib olunur. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini yalnız müddətin ötürülməsi əsası ilə rədd etmiş, lakin onun prosess ual davranışını-yəni əmək kitabçasını təhvil almaqdan imtinasını, əmrlə şəxsi kabineti vasitəsilə tanış olmamaqla fəaliyyətsizliyini və bununla hüquqi qeyri-müəyyənlik yaratmaq cəhdini ayrıca hüquqi qiymətləndirməyə almamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının bu davranışı yalnız müddətin ötürülməsi ilə izah olunmamalıdır. O, bilərəkdən hüquqdan istifadə etməmiş, öz fəaliyyətsizliyi ilə iddia müddətinin ötürülməsinə şərait yaratmış və bu hərəkətsizliyi ilə qarşı tərəfi qeyri-müəyyən hüquqi vəziyyətdə saxlamışdır. Qeyd edilməlidir ki, kifayət qədər zaman çərçivəsində ehtimal olunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan və qarşı tərəfin cavabdehə yönələn tələblərinin mənzərəsində sui-istifadəyə işarə edən hal kimi qiymətləndirilməlidir. Belə ki, heç kim hüquqdan sui-istifadə edə bilməz və hüquqdan sui-istifadə hüquqi müdafiə ilə təmin olunmur. Əgər bir şəxs ona məlum olan hüququndan bilərəkdən istifadə etmirsə və bu, qarşı tərəfə və ya prosessual nizam-intizama zərər vurursa, bu hal hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Hüquqdan sui-istifadə halları qanunvericiliklə yolverilməz sayılır və belə davranışa yol verən şəxs məhkəmə müdafiəsindən məhrum edilə bilər. İddiaçının iddianın müddətini bilərəkdən keçirməsi, ona təqdim olunmuş hüquqi imkanlardan (əmək kitabçasını almaq, şəxsi kabinetindəki məlumatlarla tanış olmaq) imtina etməsi onun hüququndan sui-istifadə etdiyini nümayiş etdirir. Kollegiya bir daha qeyd edir ki, əmək mübah isələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunur ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək mün asibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə isə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək M əcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zama nı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Göründüyü kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün isə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı iddia müddətinin axımının əmək kitabçasının ona təqdim olunduğu gündən hesablanmalı olmasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçı işdən çıxarılmasını 06 sentyabr 2024-cü il tarixdə bildiyini və son haqq-hesabının işlədiyi müəssisədən oktyabr ayının 4-ü kartına keçməsini özü etiraf etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının işdən azad olunması ilə bağlı əmrin artıq 12 sentyabr 2024cü il tarixdə iddiaçının informasiya sistemində yaradılan elektron kabi netinə yükləndiyi məlum olmuş, lakin iş materiallarından göründüyü kimi o, mediasiyaya 2024-cü ilin noyabr ayının 6-da müraciət etmişdir. Beləliklə, əgər həqiqətən də iddiaçı özünün qanunsuz olaraq işdən azad olunmasını hesab edirdisə, o, hüquqlarının pozulduğunu göstərilən tarixlərdən bilmişdir və ya bilməli idi. (faktiki olaraq həmin tarixdən etibarən işə çıxmamışdır). Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə hüquqlarının pozulduğu gündən 2 ay keçdikdən, Əmək Məcəlləsinin 296.2-ci maddəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə müraciət etmişdir. Kollegiya xüsusilə qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı iddiaçıya son haqq-hesabın (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi 04 oktyabr 2024-cü il (həmin tarixi özü etiraf edir) tarix indən hesablanarsa belə, yenə də iş materiallarından göründüyü kimi iddiaçı 1 aylıq iddia müddətini buraxmaqla mediasiyaya 2024-cü ilin noyabr ayının 6-da müraciət etmişdir. Məhkəmə iddiaçının “Son haqq-hesabını oktyabr ayının 7-si kartdan çəkdiyinə, lakin onu son haqq-hesab kimi nəzərə almadığına, çünki düzgün hesablanmadığına, bu səbəbdən də son haqq-hesabını işdən çıxarılma kimi nəzərə almadığına” dair bildirdiyi fikirlərinə gəlincə iddiaçının diqqətinə onu da çatdırır ki, əmək qanunvericiliyinin tələbinə görə işçinin hüququnun pozulmasının aşkar edildiyi gün həmçinin haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. Apellyasiya baxışı zamanı cavabdeh təşkilatın nümayəndəsinin kollegiyaya təqdim etdiyi hesablama cədvəllərinə nəzər yetirdikdə müəyyən olunmuşd ur ki, Şahbuz şəhər uşaq bağçasının işçilərinin əməkhaqqı, o cümlədən iddiaçıya ödəniləcək son haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilmiş, həmçinin kollegiyaya təqdim olunmuş mədaxil orderindən İddiaçı son haqq-hesab kimi 697,26 manat əmək haqqı aldığı aydın olmuşdur. İddiaçı tərəfindən isə bunun son haqq-hesab kimi ehtimal edilməməsini kollegiya ağlabatan hesab etmir. Çünki verilən sualları cavablandırarkən iddiaçı ona ödənilən məbləğin aylıq əməkhaqqısından təxminən 200 manat çox olduğunu bildirmiş, eyni zamanda artıq işdən azad olunması barədə onda əvvəldən məlumat olmuş, işdən azad olunduğu tarixdən sonra isə işə çıxmamışdır. Buda onu deməyə əsas verir ki, İddiaçı ona ödənilən həmin məbləğin son haqq-hesab olduğunu bilmişdir. Lakin buna baxmayaraq yuxarıda da qeyd olunduğu kimi, 1 aylıq iddia müddətini buraxmaqla mediasiyaya 2024-cü ilin noyabr ayının 6-da müraciət etmişdir. Kollegiya iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Eyni müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlillərə məcmu halında qiymət verərək qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakteri daşımaqla şikayətin təmin olunması üçün əsas təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının h üququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. B eləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kolleg iya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat Şahbuz şəhər Uşaq Bağçasına qarşı “İşə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(090)-30/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(090)-30/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı ma ddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh təşkilat Şahbuz şəhər Uşaq Bağçasına qarşı “İşə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(090)-30/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(090)-30/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-62/2025
Ali Məhkəmə Qətnamə — İş №2(108)-62/2025
30.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mün
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver