Məhkəmə qərarları › İş №2(108)-67/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-67/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-67/2021 28.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Novruzov Əsgər Novruz oğlundan və Mirzəyev İlqar Məhərrəm oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası X8 X24 nümayəndəsi X9 iştirakları ilə, İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsindən iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedic isi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC iddia ərizəsi ilə 04 mart 2019-cu il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 962 nömrəli, 06.09.2010cu il tarixli kredit müqaviləsinə görə əsas borc üzrə 2.768.24 (iki min yeddi yüz altmış səkkiz manat iyirmi dörd qəpik) manat, faiz borcu üzrə 434.57 (dörd yüz otuz dörd manat əlli yeddi qəpik) manat və cərimə borcu üzrə 170.26 (bir yüz yetmiş manat iyirmi altı qəpik) manat olmaqla, cəmi 3.373.07 (üç min üç yüz yetmiş üç manat yeddi qəpik) manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 1 (bir) manat bank xidmət haqqının və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün öd ənilmiş 10 (on) manat xidmət haqqının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Naxçıvan MR Babək rayonu, Zeynəddin kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (sədrlik edən Z.X.Əliyev) 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsi ilə iddianın rədd olunması, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqavi ləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 16 may 2019-cu il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-163/2019 saylı, 25.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X2 üzrə məlumat şöbəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, 02 may 2013-cü il tarixdə X18, 07 fevral 2013-cü il tarixdə isə X10 vəfat etmişlər. X11 qanunla müəyyən olunmuş qaydada varisi müəyyən olunmamışdır. 01 fevral 2018-ci il tarixli, 2V/01-79 nömrəli Naxçıvan Muxtar Respublikası Babək rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 vərəsəsi kimi Cavabdeh1 tanınmışdır. İlk öncə mövcud faktlara diqqət yetirilməlidir ki, 06 sentyabr 2010cu il tarixində İddiaçı1 ASC ilə X18 arasında 962 nömrəli kredit müqaviləsi bağlanmışdır. 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli kredit müqaviləsinin təminatı kimi 06 sentyabr 2010-cu il tarixli, 323 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Babək Rayon Dövlət Notariat Kontoru tərəfindən veril miş 11 noyabr 2016-cı il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən Cavabdeh1 X5 qanun üzrə tək vərəsəsidir. Məhkəmə iddia tələbini ona görə rədd etmişdir ki, İddiaçı1 ASC tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 saylı məktubda 06 sentyabr 2010-cu il tarixli, 962 saylı müqavilə üzrə X11 İddiaçı1 ASC qarşısında öhdəliyi olmadığı üçün X5 Babək rayonu, Zeynəddin kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin girovdan azad olunması bildirilmişdir. İlk öncə vurğulanmalıdır ki, adı çəkilən 03 avqust 2016-ci il tarixli məktub A.A.Məmmədov tərəfindən imz alanmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Mərkəzi X20 18 yanvar 2016-cı il tarixli 4/1 saylı qərarı ilə İddiaçı1 ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarı ilə İddiaçı1 ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsində qeyd edilir: Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Göründüyü kimi İddiaçı1 ASC 01 fevral 2016-cı il tarixində müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Belə olan təqdirdə 01 fevral 2016-cı il tarixindən etibarən İddiaçı1 ASC-nin adından Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilən hərəkətlər hüquqi əhəmiyyət kəsb edir. Qeyd edilən tarixdən etibarən İddiaçı1 ASC tərəfindən heç bir sənəd imzalanmır, bütün sənədlər yalnız Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən imzalanır. Yuxarıda adı çəkilən 03 avqust 2016-ci il tarixli məktub Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı olmayan şəxs A.A.Məmmədov tərəfindən imzalanmışdır. “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən ləğvedici həyata keçirir: bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; bankın əmlakını n və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyas ını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən məktubu imzalayan şəxsin səlahiyyətli olub-olmadığı nəyə görə araşdırılmırdı? A.A.Məmmədov Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi olmamışdır. Ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən ünvanlanan bütün sənədlər Əmanətlərin Sığortalanması Fondunun səlahiyyət verdiyi şəxslər tərəfindən imzalanır və onlar Fondun əm əkdaşları qismində çıxış edirlər. İstənilən sənəd imzalandığı zaman ona sənədi imzalayan şəxsin vəkalətnaməsi, əmək müqaviləsindən çıxarış əlavə edilir. Qeyd edilən vəziyyətdə ilk qeyrihüquqi hərəkət Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən edilmişdir. Belə ki, adı çəkilən qurum sənədi qəbul edərkən ilk öncə onu imzalayan şəxsin səlahiyyətli olub-olmadığını araşdırmalı idi. Babək Rayon Məhkəməsi tərəfindən 03 avqust 2016-ci il tarixli məktubun əsas götürülərək iddia tələbinin rədd edilməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən öz tələbin in əsası sübut edilir. Cavabdeh tərəfindən isə sübut edilmir. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi məktub sübut kimi qəbul edilə bilməz. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı A.A.Məmmədovun imza səlahiyyətinin olmadığını bildirsə də, bunu sübut edə bilməmişdir. Bu, tamamilə yanlış fikirdir. Aşkar şəkildə görünən bir halı iddiaçı nəyə görə sübut etməlidir? Məktubun imza hissəsindən də görünür ki, A.A.Məmmədovun vəzifəsi kimi filial müdiri göstərilir. Deməli, şəxs Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı olmamışdır. Eyni zamanda məhkəmə bu sənədi qiymətləndirərkən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən A.A.Məmmədovun səlahiyyətini təsdiq edən hansı sənədi məktubla birlikdə ünvanladığını aydınlaşdırmalı idi. Bu sənədlərə etibarnamə, əmək müqaviləsindən çıxarış və s. aid edilir. Qeyd edilən sənədlər araşdırılsa aşkar şəkildə görünəcək ki, qeyd edilən şəxs tərəfindən imzalanan sənəd “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən heç bir hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə daxildir: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tama milə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(108)-126/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Babək Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(108)-126/2019 nömrəli qətnaməsindən narazı qalan iddiaçı tərəf kassasiya şikayəti ilə Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(102)-8231/2019 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(108)-126/2019 qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 may 2020-ci il tarixli, 2(108)-64/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Babək Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 may 2020-ci il tarixli, 2(108)-64/2020 nömrə li qətnaməsindən narazı qalan iddiaçı tərəf yenidən kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(102)-4909/2020 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2020-ci il tarixli, 2(108)-64/2020 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC-yə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilmiş, lakin, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin icraçı direktoru X14 məhkəməyə 18 mart 2021-ci il tarixdə ərizə ünvanlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsa sən xüsusi karantin rejiminin 01 aprel 2021-ci il tarixinədək uzadıldığını, Naxçıvan Muxtar Respublikasına aviareyslərin məhdud sayda keçirildiyini, buna görə də məhkəmə proseslərində iştiraklarının təmin edilməsinin mümkün olmadığını və qeyd edilənləri nəzərə alaraq 2(108)-67/2021 saylı mülki işə iştirakları olmadan baxılaraq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin apellyasiya şikayətini təmin etməyi və ya məhkəmə prosesini təxirə salmağı xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə müvafiq olaraq kollegiya işə iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında apellyasiya şikayətinin təmin edilməməklə Babək Rayon Məhkəməsin in 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası X8 X21 nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməməklə Babək Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6c ı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin olunmamasına dair izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətdə göstərilən dəlillərə hüquqi qiymət verərək iş üzrə gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir: İddiaçı1 ASC-nin 12 saylı filialı ilə X18 arasında 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli təminatlı kredit müqaviləs i bağlanmışdır. 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli təminatlı kredit müqaviləsinin təminatı kimi X5 Babək rayonu, Zeynəddin kəndində olan 0,1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45,52 kv.m yaşayış, 62,35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 06 sentyabr 2010-cu il tarixli, 323 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 493068 nömrəli 28 yanvar 2013-cü il tarixli, həmçinin Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 492699 nömrəli 02 aprel 2013-cü il tarixli ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən məlum olmuşdur ki, müvafiq olaraq X10 03 yanvar 2013-cü il tarixdə, X18 isə 21 m art 2013-cü il tarixdə vəfat etmişdirlər. Babək Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 11 noyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən Cavabdeh1 X5 qanun üzrə tək vərəsəsidir. Azərbaycan Respublikası Mərkəzi X20 18 yanvar 2016-cı il tarixli, 4/1 saylı qərarı ilə İddiaçı1 ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarı ilə İddiaçı1 ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olanİddiaçı1 ASC-nin filial müdiri olmuş A.A.Məmmədov tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 nömrəli və Babək Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/42 nömrəli məktublarda X11 İddiaçı1 ASC-nin Naxçıvan filialı ilə 06 sentyabr 2010-cu il tarixdə bağlanmış 962/F12 saylı ipoteka ilə borclu müqaviləsi üzrə heç bir öhdəliyinin olmadığı və kredit tamamilə bağlandığı üçün girov qoyulmuş X5 Babək rayonu, Zeynəddin kəndində olan 0,1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45,52 kv.m yaşayış, 62,35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin girovdan azad olunması və evin çıxarışının qaytarılması bildirilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsində qeyd edilir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəki l etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Qeyd olunanlardan görünür ki, İddiaçı1 ASC-nin 12 saylı filialının müdiri olmuş A.A.Məmmədov tərəfindən apellyasiya şikayətində mübahisələndirilən məktubun imzalandığı və ünvanlandığı tarixdə İddiaçı1 ASC-nin adından hüquqi qüvvəyə malik hərəkətlər etmək səlahiyyəti Əmanətlərin Sığortalanması Fonduna məxsus olmuşdur. X23 Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 nömrəli və Babək Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/42 nömrəli məktublar hüquqi qüvvəsinin olub-olmamasından asılı olmayaraq ünvanlandığı orqanlarda müvafiq hüquqi nəticələr doğurmuş və hazırda faktiki olaraq qeyd olunan məktuba əsasən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən X6 Babək rayonu, Zeynəddin kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi girovdan azad olunmuş və hazırda bu əmlaka dair hər hansı yüklülük mövcud deyildir. Eləcə də iş materiallarından və iş üzrə alınmış izahatlardan görünür ki, 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli müqaviləyə əsasən X13 24 ay müddətinə illik 6 faiz olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Həmin məbləğ H.Cavabdeh1 sahibkarlığın inkişafı məqsədi ilə və Naxçıvan MR X3 vəsaiti hesabına verilmişdir. Borclu tərəfindən kreditin bir hissəsi İddiaçı1 ASC-nin hesabına, qalan hissəsi isə X4 hesabına ödənilmişdir. Belə ki, iş mater ialında olan Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu X24 İdarə heyətinin sədri tərəfindən 19 may 2020-ci il tarixdə verilmiş, 64 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu ilə müvəkkil kredit təşkilatı İddiaçı1 ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqaviləyə əsasən fiziki şəxs X13 heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə 2010-cu ildə güzəştli şərtlərlə 10.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditdən 18 yanvar 2016-cı il tarixədək sahibkar tərəfindən 7231.76 manatı İddiaçı1 ASC-nin 12 saylı filialı vasitəsilə Fondun hesabına ödənilmişdir. 18 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi X17 müvafiq qərarı ilə İddiaçı1 ASC- nin bank lisenziyası ləğv olunmuş, bundan sonra Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qətnaməsi ilə bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu ilə İddiaçı1 ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqavilənin şərtləri bank tərəfindən pozulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2015-ci il tarixli Qərarının olmasına baxmayaraq sahibkarlıq subyektləri tərəfindən İddiaçı1” ASC-yə ödənilən vəsaitlər bu günədək Fondun hesabına geri qaytarılmamışdır. Belə ki, sahibkar tərəfindən 425.30 manat vəsait banka ödənilsə də, bank tərəfindən Fondun hesabına ödənişi təmin edilməmişdir. Bu səbəbdən sahibkar tərəfindən kredit borcunun qalıq 2342.94 manatı birbaşa Fondun Azərbaycan Respublikası Mərkəzi Bankının Baş idarəsindəki müvafiq hesabına ödənilməklə geri qaytarılmışdır. 31 oktyabr 2019-cu il tarixdə X8 ilə Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqaviləyə əsasən birbaşa qəbul edilmiş vəsaitlərin əvəzləşdirilməsi həyata keçirilmişdir. Həmin dövrdə H.Babayev tərəfindən ödənilmiş 2342.94 manat vəsaitdən 1890.64 manat hissəsinin əvəzləşdirilməsi həyata keçirilmiş, lakin həmin dövrədək borcalanların kredit tarixçəsi haqqında dəqiq məlumat təqdim edilmədiyindən birbaşa ödənilmiş vəsaitin 425.30 manatının əvəzləşdirilməsi aparılmamışdır. Sonradan ƏSF həmin qalıq hissənin köçürülməsi və onların tərəfindən ümumilikdə 850.60 manatın ger i qaytarılması təklif olunmuş, lakin qarşı tərəf bununla razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinin (öhdəliyin üçüncü şəxs tərəfindən icrası) aşağıdakı məzmundadır: 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub ə şyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 ASC qarşısında Cavabdeh1 öhdəliyinin üçüncü şəxs Naxçıvan Muxtar Respublikası X8 X28 tərəfindən icrası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinin tələblərinə uyğundur. “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən ləğvedici həyata keçirir: bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; bankın əmlakının və sənədlərinin qoru nması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; tədbirlər planında nəzərdə tutulduğu 1 halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində qeyd olunur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsindən iddiaçı təşkilat ləğv prosesində o lan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar