Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-72/2023 26.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadından İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 406-ŞM/14 nömrəli kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə saziş üzrə cəmi borcun 5445.10 (beş min dörd yüz qırx beş manat, on qəpik) AZN - bundan 1802.79 (bir min səkkiz yüz iki manat yetmiş doqquz qəpik) AZN əsas, 1645.11 (bir min altı yüz qırx beş manat, on bir qəpik) AZN faiz, 1746.95 (bir min yeddi yüz qırx altı manat, doxsan beş qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 250.25 (iki yüz əlli manat, iyirmi beş qəpik) AZN faiz borcunun, 05 noyabr 2014-cü il tarixli, 64813489 SSUDA hesablı kredit müqaviləsinə dair xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə saziş üzrə cəmi borcun 4902.81 (dörd min doqquz yüz iki manat, səksən bir qəpik) AZN - bundan 1799.39 (bir min yedi yüz doxsan doqquz manat, otuz doqquz qəpik) AZ N əsas, 1116.66 (bir min yüz on altı manat, altmış altı qəpik) AZN faiz, 1736.51 (bir min yeddi yüz otuz altı manat, əlli bir qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 250.25 (iki yüz əlli manat, iyirmi beş qəpik) AZN faiz borcunun, ümumilikdə hər iki kredit üzrə 10347.91 (on min üç yüz qırx yeddi manat, doxsan bir qəpik) AZN məbləğində pulun və iş üzrə ödənilmiş 121.04 (yüz iyirmi bir manat, dörd qəpik) AZN dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə şikayət verərək, şikayətin təmin edilməsini, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 saylı qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(078)- 408/2023 nömrəli qərardaddan İddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(078) -408/2023 nömrəli qərardadının ləğv edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadından verdiyi şikayətə baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadından verdiyi şikayət əsaslı hesab edilməyərək şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 39 4-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 18 ap rel 2023-cü il tarixdə verdiyi şikayətini onunla əsaslandırmışdır ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.6-cı maddəsində qeyd edilmişdir ki, elektron imza sahibi (bundan sonra - imza sahibi) öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. İddiaçının nümayəndəsi hüquqi şəxs olan bankın adından şikayəti elektron imza ilə olsa da mütləq ki, hansısa fiziki şəxsin icra etdiyini, hazırkı tələblərə əsasən, iddia ərizələri, şikayətlər və s. elektron şəkildə tərtib edildiyindən və LPO İddiaçı ASC-nin məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə müstəqil elektron kabineti və elektron imzası mövcud olduğundan, bir sözlə elektron imza sahibinə, yəni Nümayəndə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sən ədləri elektron qaydada imzalamaq səlahiyyəti verildiyindən bütün iddia ərizələrinin, o cümlədən şikayətlərin, apellyasiya şikayətlərinin və s. elektron qaydada onun tərəfindən imzalandığını, bu günə kimi ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan Lpo "Dəmirbank” ASC-nin tələblərinə görə minlərlə iddiaların qaldırıldığını, şikayət, apellyasiya şikayətləri verildiyini, bütün instansiya məhkəmələrində onlara baxıldığını və müvafiq qərarlar qəbul edildiyini, yəni formalaşmış məhkəmə təcrübəsinə əsasən bu tipli işlərin hazırkı qaydada baxılmasının məqsədəmüvafıq hesab edildiyini, birinci instansiya məhkəməsinin qərardadında “şikayətdə şikayət verən şəxslə onu elektron imzalayan şəxs fərqli şəxslərdir" kimi qeyd edildiyini, **********317 nömrəli xx.xx.2022 -ci il tarixli etibarnamə ilə şəxsən LPO “Dəmirbank" ASC-nin məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə elektron məhkəmə sistemi vasitəsilə sadələşdirilmiş iddia, iddia icraatı qaydasında ərizələrin, məhkəmə aktlarından şikayətlərin, iddia tələbinin artırılması və ya azaldılmasına dair ərizələrin verilməsi üçün imza səlahiyyətinin verildiyini, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin 01/1031) nömrəli 20 dekabr 2022-ci il tarixli Əmri ilə isə Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru X2 bütün məhkəmə instansiyalarında və digər dövlət, ictimai və sair orqanlarda təmsil etmək, iddia qaldırmaq, iddia ərizələrini imzalamaq, bütün məhkəmə aktlarından şikayət vermək, şikayətləri imzalamaq və s. səlahiyyətlərin həyata keçirilməsinin həvalə ed ildiyini, (**********317 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamə və 01/103U nömrəli 20 dekabr 2022-ci il tarixli Əmr şikayətə əlavə edilmişdir) əl imzası ilə imzalanan şikayətin də bankın səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığını, imza səlahiyyətli şəxsin əmək müqaviləsinə dair arayışın və Əmanətlərin Sığortalanması Fondunun 20 dekabr 2022-ci il tarixli əmrinin surətinin pdf formatda şikayətə əlavə sənədlər qismində iş materiallarına əlavə edildiyini, Lakin bütün bunlara Naxçıvan Şəhər Məhkəməsinin düzgün qiymət vermədiyini, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəldiyini, bununla da iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozduğunu, Mülki Prosessual Qanunvericiliyə əsasən elektron şikayət verən şəxsin şikayətdə şikayət verənin nümayəndəsi qismində qeyd olunması tələbinin imperativ norma kimi nəzərdə tutulmadığını, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 363.1-ci maddəsini səhv təfsir və tətbiq edərək şikayəti əsassız olaraq geri qaytardığını, şikayətin imzalandığını məhkəmənin də təkzib etmədiyini, Elektron imzanın LPO “Dəmirbank" ASCnin məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə məxsus olduğu üçün şikayətin elektron qaydada imzalanmasının həmin şəxs tərəfindən icra olunduğunu, Fondu və ləğv prosesində olan bankları bütün məhkəmə instansiyalarında təmsil etmək hüququnun Fondun Hüquq departamentinin direktoru X2 həvalə edildiyindən şikayətlərin də imzalanmasının Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev tərəfindən şəxsən həmin şəxsə (X2) əmr edildiyini, PDF formatda olan şikayətin və elektron şikayətin məhz bankın səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasının Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olduğunu, məhkəmənin qeyd olunan tələbləri irəli sürərək şikayəti geri qaytarmaqla prosessual pozuntuya yol verdiyini və nəticədə Bankın məhkəməyə müraciət etmək, işin vaxtında və səmərəli baxılması hüququnun pozulduğunu qeyd edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(078)-408/2023 saylı qərardadının əsassız olaraq qəbul edildiyindən ləğv edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(078)-408/2023 saylı qəradadından verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsində Elnur Quliyevə hüquqi şəxsin adından iddia ərizəsini imzalamaq səlahiyyəti verilməsinə dair etibarnamə vermək səlahiyyətinin verilməsi ilə bağlı hər hansı bir sənəd əlavə olunmamasını qeyd etsə də iş materiallarında olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun 10 sentyabr 2021ci tarixli 01/039U nömrəli əmrindən aydın olur ki, Fondun icraçı direktoru Tural Piriyev tərəfindən Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X3 ləğv prosesində olan banklar tərəfindən Azərbaycan Respublikasının Məhkəmələrinə təqdim edilən iddia ərizələrinin və məhkəmələrin qəbul etdiyi qətnamə, qərar və qərardadlardan verilən şikayətlərin imzalanması üçün Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdirinə verilən vəkalətnamələrın, ləğv prosesində olan bankların nümayəndələrinin məhkəmə iclaslarında və mediasiya sessiyalarında iştirakı, həmçinin ASAN imzadan istifadə edərək elektron məhkəmə vasitəsilə sənədlərin göndərilməsi ilə bağlı verilən etibarnamələrin, mediasiya tətbiqi ilə bağlı müraciətlərin və me diasiya xidmətlərinin göstərilməsinə dair müqavilələrin imzalanması səlahiyyətləri həvalə edilmişdir. Apellyasiya şikayəti verilən zaman həmin səlahiyyətlərin verilməsinə dair Əmanətlərin Sığortalanması Fondunun 10 sentyabr 2021-ci tarixli, 01/039U nömrəli və 20 dekabr 2022-ci il tarixli, 01/103U nömrəli əmrləri apellyasiya şikayətinə qoşma kimi əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi sözügedən qərardadı qəbul edərkən bu halları nəzərə almayaraq səhv nəticəyə gəlmişdir. İddia ərizəsini Nümayəndə Elnur Quliyev tərəfindən ona verilmiş 21 iyul 2022-ci il tarixli etibarnamə əsasında elektron imza ilə imzalamış, etibarnamədə isə X1 Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin Problemli Kreditlərlə iş idarəsinin rəisi olması göstərilmiş və apellyasiya şikayətin ə Elnur Quliyevə hüquqi şəxsin adından ASAN imzadan istifadə edərək elektron məhkəmə vasitəsilə sənədlərin göndərilməsi ilə bağlı verilən etibarnamələrin imzalanması səlahiyyətinin həvalə edilməsinə dair Əmanətlərin Sığortalanması Fondunun 10 sentyabr 2021-ci tarixli, 01/039U nömrəli əmri əlavə olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadından verdiyi şikayətin əsaslı hesab edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e2(078)-408/2023 nömrəli qərardadından İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 saylı qərardadı tam ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət icraata qəbul edilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsinin 263, 264, 397.2, 398.0.2, 400, 420-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadından İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, e-2(078)-408/2023 nömrəli qərardadı ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-72/2023
Ali Məhkəmə Qərardad — İş №2(108)-72/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver