Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-85/2025 21.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh, cavabdeh-iddiaçının vəkil və nümayəndələri Vəkil1, Vəkil2, iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair, həmçinin cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun itir ilmiş hesab olunması, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(078)-67/2025 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna törədilən maneələr aradan qaldırılmaqla (evin giriş qapısının və daxili qapılarının kilidini birgə istifadəyə yararlı formaya salınması, yəni açarların bir nüsxəsinin ona verilməsi və gələcəkdə kilidin dəyişdirilməsinin birgə razılıqla həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla) onun həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh 04 noyabr 2024-cü il tarixdə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə göndərərək ərizədə cavabdeh-İddiaçı ünvan 2 ünvanındakı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları itirilmiş (saxlanılmayan) hesab olunması və ünvan 2 ünvanındakı mənzildə istifadəsində olmuş otağından götürülmüş əşyalarının dəyəri olan 709.500 (yeddi yüz doqquz min beş yüz) manat pulun və qarşılıqlı iddia vermək üçün ödədiyi 999.5 (doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat rüsumun qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı alınaraq ona ödənil məsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1371/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması və mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və vurulmuş maddi ziyanın ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(078)-67/2025 nömrəli qətnaməsi ilə ilki n iddianın təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması, iddiaçı-cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, ilkin iddia qaldırılan zaman iddiaçı-cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia qaldırılan zaman cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 999.50 (doqquz yüz doxsan doqquz manat əlli qəpik) manat dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 vasitəsi ilə Na xçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunmasına dair qətnaməsinin ləğv edilərək, ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsinin təmin edilməsi barədə qətnamə, maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinin baxılmamış saxlanılaraq ödənilmiş 1501 (bir min beş yüz bir) manat pulun Cavabdeh qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. 21 may 2025-ci il tarixdə apellyasiya şikayətinə baxılarkən cavabdeh-iddiaçının vəkil və nüma yəndəsi Vəkil2 qarşılıqlı iddianın vurulmuş maddi ziyanın ödənilməsinə dair hissəsindən imtina ilə bağlı cavabdeh-iddiaçının ərizəsini və tərəflərin razılığa gəldiklərini bildirən barışıq sazişini kollegiyaya təqdim etmiş, mülki iş üzrə qarşılıqlı iddiadan vurulmuş maddi ziyanın ödənilməsinə dair hissəsindən imtina barədə ərizənin qəbul edilməsini eyni zamanda, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Kollegiya ilk olaraq qarşılıqlı iddianın vurulmuş maddi ziyanın ödənilməsinə dair hissəsindən imtina ilə əlaqədar cavabdeh-iddiaçının ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə qarşılıqlı iddianın vurulmuş maddi ziyanın ödənilməsinə dair hissə sindən imtina əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə,... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 370.1-370.2-ci maddələrinə əsasən apellyasiya şikayəti qəbul olunduqda n sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Qarşılıqlı iddianın vurulmuş maddi ziyanın ödənilməsinə dair hissəsindən imtina cavabdeh-iddiaçı Cavabdeh tərəfindən yazılı formada ifadə edildiyindən, qarşılıqlı iddiadan yuxarıda qeyd olunan hissədə imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından kollegiya hesab edir ki, qarşılıqlı iddianın vurulmuş maddi ziyanın ödənilməsinə dair hissəsindən imtina qəbul ol unmalı və qarşılıqlı iddia tələbi ilə bağlı həmin hissədə işin icraatına xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişinə gəlincə kollegiya təqdim olunan sazişə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatında olan iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və yaşayış yerinə köçürülmə tələbinə dair, həmçinin cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(078)-67/2025 nömrəli qətnam əsindən cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar aşağıdakı qaydada barışıq sazişi bağlayırıq: - Mən iş üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh tərəfindən mənə ilkin olaraq 20000 (iyirmi min) manat nəğd qaydada (birdəfəlik), 2025-ci ilin iyul ayının 1dən başlamaqla 30 ay müddətinə hər ayın biri (qeyri iş gününə düşdükdə növbəti ilk iş günü) 500 (beş yüz) manat olmaqla ümumilikdə 35000 (otuz beş min) manat pulun mənə ödənilməsi müqabilində ünvan 3 ünvanından könüllü olaraq pasport qeydiyyatından çıxmağım, həmin mənzilin sosial kirayə müqaviləsinin cavabdeh-iddiaçı Cavabdeh adına dəyişdirilməklə yenidən bağlanılması, həmçinin onun adına özəlləşdirilməsinə dair ərizə verməyim, eyni zamanda həmin ünv ana bütün hüquqlarımdan (yaşayış və istifadə hüquqlarım daxil olmaqla) imtina etməyim şərtilə razılaşıram. Qeyd edirəm ki, mənzil kirayə müqaviləsinin cavabdeh-iddiaçı Cavabdeh adına dəyişdirilməklə yenidən bağlanılması, həmçinin onun adına özəlləşdirilməsinə dair ərizəni 20000 (iyirmi min) manat pulun mənə verildiyi tarixdə, lakin 2025-ci ilin iyul ayının 01-dən gec olmayaraq verəcəyimə dair öhdəlik götürürəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. - Mən iş üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı ünvan 3 ünvanından könüllü olaraq pasport qeydiyyatından çıxmağı, həmin mənzilin sosial kirayə müqaviləsinin mənim adıma dəyişdirilməklə ye nidən bağlanılması, həmçinin mənim adıma özəlləşdirilməsinə dair ərizə verməyi, eyni zamanda həmin ünvana bütün hüquqlarından (yaşayış və istifadə hüquqları daxil olmaqla) imtina etməyi müqabilində iddiaçı-cavabdeh İddiaçı ilkin olaraq 20000 (iyirmi min) manat nəğd qaydada (birdəfəlik), 2025-ci ilin iyul ayının 1-dən başlamaqla 30 ay müddətinə hər ayın biri (qeyri iş gününə düşdükdə növbəti ilk iş günü) 500 (beş yüz) manat olmaqla ümumilikdə 35000 (otuz beş min) manat pulu ödəməyim şərtilə razılaşıram. Qeyd edirəm ki, mənzil kirayə müqaviləsinin mənim adıma dəyişdirilməklə yenidən bağlanılması, həmçinin mənim adıma özəlləşdirilməsinə dair ərizəni verdiyi tarixdə, lakin 2025-ci ilin iyul ayının 01-dən gec olmayaraq 20000 (iyirmi min) manat pulu iddiaçı-cavabdeh İddiaçı ödəməyi öhdəmə götürü rəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır. - Mən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə tərəflər arasında yuxarıdakı şərtlərlə barışıq sazişinin bağlanmasına etirazım yoxdur. Barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri bizə izah olundu və razıyıq. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında yuxarıda qeyd olunan məzmunda bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çı xarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Kollegiya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar fikrini dinləyərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə sazişin təsdiq olunmaması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil, ona görə də tərəflər arasında 21 may 2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddə sinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlə t rüsumu qaytarılır. Göstərilən normanın tələbinə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçıcavabdeh İddiaçı tərəfindən ilkin iddia ərizəsi verilərkən "xxxx" ASC-nin Şərur rayon filialının ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilərkən "xxxx" ASC-nin Naxçıvan şəhər filialının ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 999,50 (doqquz yüz doxsan doqquz manat, əlli qəpik) məbləğində dövlət rüsumu, eyni zamanda apellyasiya şikayəti verilərkən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Naxçıvan şəhər filialının ödəmə terminalı vasitəsilə xx.xx.2025-ci il tari xli, ********** nömrəli qəbzlə ödədiyi 500 (beş yüz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1499.50 (bir min dörd yüz doxsan doqquz manat, 50 qəpik) manat məbləğində pul cavabdeh-iddiaçı Cavabdeh geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 261.0.5, 384.0.5, 400, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh və iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Mən iş üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh tərəfindən mənə ilkin olaraq 20000 (iyirmi min) manat n əğd qaydada (birdəfəlik), 2025-ci ilin iyul ayının 1dən başlamaqla 30 ay müddətinə hər ayın biri (qeyri iş gününə düşdükdə növbəti ilk iş günü) 500 (beş yüz) manat olmaqla ümumilikdə 35000 (otuz beş min) manat pulun mənə ödənilməsi müqabilində ünvan 3 ünvanından könüllü olaraq pasport qeydiyyatından çıxmağım, həmin mənzilin sosial kirayə müqaviləsinin cavabdeh-iddiaçı Cavabdeh adına dəyişdirilməklə yenidən bağlanılması, həmçinin onun adına özəlləşdirilməsinə dair ərizə verməyim, eyni zamanda həmin ünvana bütün hüquqlarımdan (yaşayış və istifadə hüquqlarım daxil olmaqla) imtina etməyim şərtilə razılaşıram. Qeyd edirəm ki, mənzil kirayə müqaviləsinin cavabdeh-iddiaçı Cavabdeh adına dəyişdirilməklə yenidən bağlanılması, həmçinin onun adına özəlləşdirilməsinə dair ərizəni 20000 (iyirmi min) manat pulun mənə verildiyi tarixdə, lakin 2025-ci ilin iyul ayının 01-dən gec olmayaraq verəcəyimə dair öhdəlik götürürəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır.
2. Mən iş üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı ünvan 3 ünvanından könüllü olaraq pasport qeydiyyatından çıxmağı, həmin mənzilin sosial kirayə müqaviləsinin mənim adıma dəyişdirilməklə yenidən bağlanılması, həmçinin mənim adıma özəlləşdirilməsinə dair ərizə verməyi, eyni zamanda həmin ünvana bütün hüquqlarından (yaşayış və istifadə hüquqları daxil olmaqla) imtina etməyi müqabilində iddiaçı-cavabdeh İddiaçı ilkin olaraq 20000 (iyirmi min) manat nəğd qaydada (birdəfəlik), 202 5-ci ilin iyul ayının 1-dən başlamaqla 30 ay müddətinə hər ayın biri (qeyri iş gününə düşdükdə növbəti ilk iş günü) 500 (beş yüz) manat olmaqla ümumilikdə 35000 (otuz beş min) manat pulu ödəməyim şərtilə razılaşıram. Qeyd edirəm ki, mənzil kirayə müqaviləsinin mənim adıma dəyişdirilməklə yenidən bağlanılması, həmçinin mənim adıma özəlləşdirilməsinə dair ərizəni verdiyi tarixdə, lakin 2025-ci ilin iyul ayının 01-dən gec olmayaraq 20000 (iyirmi min) manat pulu iddiaçı-cavabdeh İddiaçı ödəməyi öhdəmə götürürəm. Bu şərtlər daxilində barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barışıq sazişinin bağlanılması ilə bağlı hüquqi nəticələr mənə aydındır.
3. Mən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Ş əhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə tərəflər arasında yuxarıdakı şərtlərlə barışıq sazişinin bağlanmasına etirazım yoxdur. Barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri bizə izah olundu və razıyıq. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsinə dair hissəsindən cavabdeh-iddiaçı Cavabdeh imtinası qəbul edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(078)-67/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı-cavabdeh İddiaçı tərəfindən ilkin iddia ərizəsi verilərkən "xxxx" ASC-nin Şərur rayon filialının ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) mana t məbləğində dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilərkən "xxxx" ASC-nin Naxçıvan şəhər filialının ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 999,50 (doqquz yüz doxsan doqquz manat, əlli qəpik) məbləğində dövlət rüsumu, eyni zamanda apellyasiya şikayəti verilərkən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Naxçıvan şəhər filialının ödəmə terminalı vasitəsilə xx.xx.2025ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 500 (beş yüz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 1499.50 (bir min dörd yüz doxsan doqquz manat, 50 qəpik) manat məbləğində rüsum cavabdeh-iddiaçı Cavabdeh geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiy i gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.