Məhkəmə qərarları › İş №2(108)-86/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-86/2022

23.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-86/2022 23.06.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin sədri Əliyev Zamiq Xudaverdi oğlunun özü-özünə etirazına açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 21 aprel 2022-ci ildə əmlak tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cehiz, qızıl-zinət və uşaqlara məxsus əşyaların ona qaytarılması, yaxud dəyəri olan 29585 (iyirmi doqquz min beş yüz səksən beş) manat pulun, o cümlədən nikah dövrü alınmış ev əşyalarının dəyəri olan 35550 (otuz beş min beş yüz əlli) manat pulun yarısının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 20 may 2022-ci ildə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək işə baxan hakim X3 etiraz etdiyini bildirmişdir. Babək Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(079)-219/2022 nömrəli qərardadı ilə İddiaçı işə baxan hakim X3 etdiyi etiraz əsaslı olduğundan təmin edilmiş, mülki iş baxılması üçün məhkəmənin digər hakimi Əliyev Zamiq Xudaverdi oğlunun icraatına verilmişdir. 16 iyun 2022-ci il tarixdə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışı iclasında mülki işə baxan hakim Əliyev Zamiq Xudaverdi oğlu özü-özünə etiraz etmişdir. Babək Rayon Məhkəməsinin sədri Əliyev Zamiq Xudaverdi oğlu özü-özünə etirazının əsasını mülki iş üzrə İddiaçı Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti orqanlarına onun barəsində əsassız şikayətlər etməsi və iddiaçıda onun qərəzsizliyinə, həmçinin obyektivliyinə şübhələr yaratması təşkil edir. Məhkəmə etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, özü-özünə etiraz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsi hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar müəyyən etməklə mülki işlər üzrə obyektiv, qanuni və əsaslı məhkəmə qərarlarının çıxarılması təminatı kimi çıxı ş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 7-ci bəndinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. Kollegiya qeyd edir ki, hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri şərti sayılır. O, təkcə çıxarılan qərarın məzmununda deyil, həm də onun çıxarılmasını müşayiət edən bütün prosessual hərəkətlərdə təzahür edir. Mülki iş üzr ə materiallardan aydın olur ki, hakimin obyektivliyi və qərəzsizliyi iddiaçıda şübhə yaratdığından o, iş üzrə sədrlik edən hakimə, həmçinin mülki işə Babək Rayon Məhkəməsində baxılmasına etiraz etmişdir. Kollegiya iş materiallarına əsaslanaraq mülki işin müvafiq hakimin sədrliyi ilə baxılmasının məqsədəmüvafiq olmadığı qənaətinə gəlir. Belə ki, hazırki mülki işin Babək Rayon Məhkəməsində hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi ilə baxılması, gələcəkdə həmin işə obyektiv və qərəzsiz nəticə verilməsinin şübhə altına alınmasına gətirib çıxara bilər ki, bu hal yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarında da qeyd edildiyi kimi “Məh kəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özü-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.”. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin sədri Əliyev Zamiq Xudaverdi oğlunun özü-özünə etirazı təmin edilməli, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə uyğun olaraq başqa hakimin sədrliyi ilə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin sədri Əliyev Zamiq Xudaverdi oğlunun özü-özünə etirazı təmin edilsin. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş başqa hakimin sədrliyi ilə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar