Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-9/2022 14.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil verdikləri apellyasiya şikayəti ilə əlaqədar icraatın təzələnməsi məsələsinə baxaraq müəyyən е t d i: İddiaçı Şərur Rayon Məhkəməsinə müraciət edərək özü ilə Cavabdeh1 arasında birgə nikah dövründə əldə olunmuş Şərur rayonu, Danyeri kəndində yerləşən 2 otaqlı evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və evin təmirinə çəkilən 6100 manat xərcin ½ hissəsinin, yəni 4300 ABŞ dollarının və 3050 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı İddiaçı 22.09.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək onunla Cavabdeh1 arasında birgə nikah dövründə əldə olunmuş Şərur rayonu, Danyeri kəndində yerləşən 2 otaqlı evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və evin təmirinə çəkilən 6100 manat xərcin ½ hissəsinin, yəni 4300 ABŞ dollarının və 3050 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alına raq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini göstərib, hal-hazırda iddia tələbini dəqiqləşdirdiyini bildirərək Şərur rayonu, Danyeri kəndində yerləşən 2 otaqlı evin onunla Cavabdeh1 birgə nikah dövründə əldə etdiyi əmlak hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 6100 manat xərcin ½ hissəsi yəni 4300 ABŞ dollarının və 3050 manatın Cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi tələbinə mülki iş üzrə iddia tələbi dəqiqləşdiri lərək, işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılması qərara alınmışdır. Şərur Rayon Məhkəməsinin (sədrlik edən S.Ə.Qarayev) 22 sentyabr 2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Şərur rayonu, Danyeri kəndində yerləşən 2 otaqlı evin X2 və Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlakı hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 5860.65 manat xərcin ½ (ikidə bir) hissəsinə iddiaçı X2 mülkiyyət hüququnun müəyyən olunması və həmin paydan ona çatan 4300 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat pulun Cavabdeh1 alınaraq X3 ödənilməsi, id dianın digər hissədə rədd olunması, iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı X3 aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh1 və onun vəkili Vəkil 09 oktyabr 2020-ci il tаriхli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi (iddianın qismən təmin olunmuş hissəsinə münasibətdə) və iddianın bütövlükdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İşə apelyasiya qaydasında baxılması zamanı iddiaçının nümayə ndəsi Eyvazov X6 Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ərizə ilə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi tələbinə dair iddia qaldırıldığını, məhkəmə baxışının gedişində tələb dəqiqləşdirilərək Şərur rayonu, Danyeri kəndində yerləşən 2 otaqlı evin İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdiyi əmlak hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və evin təmirinə çəkilən 6100 manat xərcin ½ hissəsi yəni 4300 ABŞ dollarının və 3050 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasının xahiş edildiyini, Şərur Rayon Məhkəməsi tərəfindən işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsind ə baxılmasının qərara alındığını, Şərur Rayon Məhkəməsinin 2(110)-279/2020 nömrəli, 22.09.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verdiyi üçün 2(110)-279/2020 nömrəli mülki işin apellyasiya şikayətinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərildiyini, hal-hazırda mülki işin kollegiyanın icraatında olduğunu, İddiaçı Cavabdeh1 qarşı əmlakın nikah dövründə əldə olunmuş əmlak hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və evin təmirinə çəkilən 6100 manat xərcin ½ hissəsi yəni 4300 ABŞ dollarının və 3050 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinə dair iddiadan imtina etdiyini bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki işin materiallarına əlavə edilmiş 1 5.05.2025-ci il tarixədək qüvvədə olan 989256 nömrəli, 15.05.2020-ci il tarixli etibarnamə ilə İddiaçı tərəfindən Nümayəndə1 iddia tələblərindən tam və ya qismən imtina etmək səlahiyyəti verilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş İddiaçı, Cavabdeh1, üçüncü şəxs X7, Cavabdeh1 və üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 vəkili Vəkil məhkəmə baxışı iclasında iştirak etməmiş, Cavabdeh1 vəkili Vəkil kollegiyaya ərizə ünvanlayaraq məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəklərini göstərib iclasın təxirə salınmasını xahiş etmiş, kollegiya iş üzrə halları nəzərə alaraq məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 370-ci maddələrinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 52.1 və 191.1-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəmə yə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya iş üzrə icraata xitam verilməsi barədə iddiaçının nümayəndəsi Nümayəndə1 əriz əsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə iddiaçının nümayəndəsi Nümayəndə1 iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5 və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 iddiadan imtinası əsaslı olduğundan qəbul edilməli, Azərbaycan Respublikası MPM-in 384.0.5-ci maddəsinə əsasən Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.4-ci maddəsinə əsasən, yəni Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmuş əsasla iş üzrə icraata xitam verilməli olduğuna görə iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 402, 403.1, 404 və 405.0.2-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyə n olunması və bölünməsi tələbinə dair iddiası üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 iddiadan imtinası qəbul edilsin. Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialına 19.02.2020-ci il tarixdə, TT**********45630 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-9/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-9/2022
14.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver