Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-94/2021 30.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(090)-105/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan iki illik bir baş erkək malın alınıb ona v erilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin (sədrlik edən hakim Z.X.Əliyev) 19 avqust 2020-ci il tarixli, 2(090)-105/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(090)-105/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 2 illik bir baş erkək dananın alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2020-ci ilin may ayının 2-də 2 baş qaramalı otarmaq üçün mülki iş üzrə cavabdeh olan İbrahimə aparıb dağda təhvil vermiş, İsrafilov və Cavabdeh2 1 baş iki illik erkək malını ona verməkdən qəti olaraq boyun qaçırırlar. Məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 2020-ci ilin may ayının 2-də biri erkək, biri dişi olmaqla iki baş inəyi otarılması üçün öz maşınına qoyub dağa aparmışdır. Hazırki iş üzrə cavabdeh olan İbrahim isə el arasında Vüqar kimi çağırılan və onu bu adla tanınan, heyvanları dağa aparıb ona təhvil verib. Təqribən 18-20 gün sonra Sənanın zəng edərək ona məxsus olan dişi malın xəstələndiyini, bundan sonra kənd baytarı Tahiri də götürüb dağa gedib. Bu vaxt Sənan xəstələnən inəyi sürüdə n ayırıb gətirib və həmin inəyə iynə vurmuşdur. Bundan sonra bir baş iki illik dana başqasının ölmüş malının əvəzinə cavabdehlər tərəfindən həmin şəxsə verilmişdir. Cavabdeh1 məhkəmədə verdiyi izahatında Novruzəlinin inəkləri otarmaq üçün təhvil verdiyi gün Vüqarın (İbrahimin) növbəsi olduğunu və heyvanları da onun qəbul etdiyini, bir gün isə inəklərin birinin xəstələndiyini, yəni ilan vurduğunu, həmin inəyin qulağında kəsik izi olduğunu, sürüdə isə bu işarəli inəklərin Əli və Səccada aid olduğunu, bundan sonra özünün Şahbuz rayonu, Mahmudoba kənd sakini Əli adlı şəxsə zəng edib inəyin xəstələndiyini ona bildirdiyini, sonuncunun isə gəlib inəyə baxdıqdan sonra bunun ona məxsus olmadığını bildirdiyini, bundan sonra isə öz dəftərinə baxıb Səccad adlı şəxsə zəng etdiyini, onun isə inəyin şəkl ini vatsapla çəkib ona atmağı xahiş etdiyini və özünün də belə də etdiyini, daha sonra Səccadın ona zəng edərək inəyi bir maşına qoyub göndərməsini ondan istədiyini, özünün isə həmin inəyini Səccada göndərdiyini, sonuncunun inək ona çatandan sonra zəng edərək həmin inəyin ona məxsus olmadığını dediyini, həmçinin inəyə baytara baxması ilə bağlı xərc çəkdiyini və başqa kənddən, yəni Babək rayonu Qahab kəndindən də baytar çağırdığını deyərək bu xərclərin ona kimin verəcəyini soruşduğunu, özünün isə Səccada "sən hər nə lazımsa et, mən inəyin sahibini tapıb sənin pulunu verəcəyəm" dediyini, daha sonra baytar Tahir tərəfindən inəyə iynə vurulsa da inəyin öldüyünü, özünün isə Şahbuz rayonu, Qarababa kənd sakini Zaura zəng edərək həmin inəyi gəlib basdırmaq üçün aparmasını istədiyini, onu basdır dıqdan sonra isə baytarla danışdığını, baytarın isə inəyin ölüm səbəbinin ilan vurma olduğunu dediyini, Novruzəliyə zəng etsə də onun telefonuna zəng çatmadığını, iddiaçının ev telefonuna zəng vurduğunu, lakin heç kimin cavab vermədiyini, bundan sonra isə inəyin sahibini axtarmağa başladığını, sürüdə olan qulağı işarəli və birkalı inəklərə özündə olan dəftər üzrə baxdıqdan sonra iddiaçının inəyinin olmadığım müəyyən etdiyini, inəyin ölməsindən iki-üç gün sonra iddiaçının evinə gedib onun video görüntüsünü, yəni Səccadın telefonuna vatsapla göndərdiyi video görüntünü Novruzəlinin arvadına və oğluna göstərdiyini, onların isə həmin inəyin onlara məxsus olmadığım bildirdiklərini, səhəri gün yenidən sürüdə olan birkalı mallara baxdığını, həmin vaxt bütün birkalı malların yerində olduğunu, lakin Novruzəlinin inəyinin orada olmadığını müəyyən etdiyini, ölən inəyin isə qulağı kəsik olduğundan və sürüdə olan bütün qulağı işarəli inəklər yerində olsa da bircə Novruzəlinin erkək danası olmadığından birkanın nəyəsə ilişib düşən zaman onu qulağını cırdığını düşündüklərini, hadisədən 2-3 gün sonra iddiaçını yolda saxladığı və ona "sizin mal ölüb, gəlin sürüyə baxın' dediyini, onların isə gəlib heyvanlara baxdıqdan sonra özlərinə aid olan dananın sürüdə olmadığını dediklərini, heyvanların içərisindən keçəndə isə iddiaçının arvadının orada olan danaların birini göstərib "bizim mal buna oxşayırdı” dediyini, özünün isə onlara belə bir inəyi üç gün bundan qabaq Səccadın apardığını dediyini, daha sonra Səccadla Novruzəli arasında inəyə dair mübahisə yarandığından tərəflərin axşam inək kimin ev inə getsə sahibini həmin qaydada müəyyən edəcəkləri barədə razılığa gəldiklərini və polis əməkdaşları Pərvin, Nurlan, iddiaçı Novruzəli, inəyə sahiblik edən Səccad iddiaçının oğlu Vüqar (İbrahim) və özünün iştirakı ilə bunu həyata keçirdiklərini, mübahisəli inəyin isə Səccadın evinə getdiyini bildirərək yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmədə verdiyi izahatında adı İbrahim olsa da onu el arasında Vüqar deyə çağırdıqları və bu adla tanıdıqlarını, özünün çobanlıq etdiyini, 2020-ci ilin may ayının 2-də Novruzəlinin öz maşını ilə biri dişi, biri erkək olmaqla iki baş inəyi otarmaq üçün Şahbuz rayonu, Nursu kəndinə gətirdiyini, həmin inəkləri qəbul etdikləri vaxt onların sol qulaqlarında birka olduğunu, bu səbəbdən də onları işarələmədiyini, may ayı nın 25-də sürünü otarmaq üçün dağa apardıqlarını, təqribən 2020-ci ilin iyun ayının 20-də sürüdə olan inəklərin birini ilan vurduğunu, həmin inəyin sol qulağının kəsik olduğunu, sürüdə həmin əlamətdə olan inəklərin Şahbuz rayonu, Qarababa kənd sakini Səccadda və Şahbuz rayonu, Mahmudoba kənd sakini Əliyə məxsus olduğunu, buna görə də ilk olaraq onlara xəbər verdiklərini, Əlinin dağa gəlib inəyə baxdıqdan sonra inəyin ona məxsus olmadığını bildirdiyini, bundan sonra geriyə bir Səccad qaldığından həmin inəyi maşına qoyub onu Qarababa kəndinə göndərdiklərini, sonuncunun isə inək ona çatandan sonra Sənana zəng edərək həmin inəyin ona məxsus olmadığını bildirdiyini, inəyin öldüyünü, onu maşına qoyub geri qaytardıqlarını, inəyin baş həkim Nəzəralı, baytarlar Tahir və Vəli tərəfindən yarıldığını, onların deməsinə görə inəyin ilan vurması səbəbindən öldüyünü, bundan sonra isə özlərində olanda dəftərə baxıb erkək inək sahibləri üzrə ölən inəyin sahibini tapmağa çalışdıqlarını, sürüdə qulağı işarəli inəklərin Əli, Səccad və Novruzəliyə aid olduğunu, fərq Novruzəlinin inəklərinin sol qulağında birka olduğunu, Əli və Səccadın inəklərinin isə qulağının kəsik olduğunu, Səccadın üç inəyinin sol qulağını onların sürüyə buraxılması zamanı özü tərəfindən sol qulaqlarını kəsməklə işarələdiyini, ölən inəyin Əli və Səccada aid olmadığını bildikdən sonra Sənanın iddiaçıya zəng etdiyi, lakin sonuncunun telefonuna zəng çatmadığını, özlərinin ehtimalına görə həmin inəyin Novruzəliyə məxsus olduğunu və onun qulağında olan birkanın nəyəsə ilişib qulağını cırıb düşdüyünü, belə halların çox baş verdiyi ni, ondan 2-3 gün sonra Sənanın inəyin video görüntüsünü aparıb iddiaçının arvadına və oğluna göstərdiyini, lakin onların da həmin inəyin onlara məxsus olmadığını bildirdiklərini, bundan sonra Novruzəlinin dağa gələrək sürüdə olan inəklərə baxdığını, lakin özünə məxsus olan inəyi orada tapmadığını, "İşgəcsu” adlanan yerə gedib Səccada olan inəyə baxdıqdan sonra onun özünə aid olmasını bildirdiyini göstərmişdir. Məhkəmə iddia tələbini rədd edərkən onunla əsaslandırmışdır ki, hazırda iş üzrə cavabdeh olan şəxslər əsl cavabdeh deyildirlər və inəyi cavabdehin əsl cavabdehlə əvəz olunmasını xahiş etməyib. Halbuki onun tələb etdiyi bir baş qaramalın otarılmasını kimlərə həvalə edibsə onlar da cavabdehlik daşıyırlar. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında tərəflər məhkəməyə aşağıdakı məzmunda barışıq sazişi təqdim edərək həmin barışıq sazişinin təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin mətni aşağıdakı kimi olmuşdur: “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 52.3-cü maddələrinin tələblərinə istinadən mülki işi və aralarında olan mülki mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə aşağıdakı şərtlər daxilində bu Sazişi bağlayır: Naxçıvan MR Ali Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(090)-105/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Biz cavabdehlər Cavabdeh1 və Cavab deh2 1. 2021-ci ilin may ayının sonunda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbindən imtina etməsi qarşılığında 500 (beş yüz) manat pulun müştərək qaydada ödənilməsini öhdəmizə götürürük. Mən İddiaçı: 2. 2021-ci ilin may ayının sonunda mənə 500 (beş yüz) manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməsinin qarşılığında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbimdən imtina edirəm. Barışıq sazişinin təsdiq olunaraq, razılaşdırılmış öhdəlik daxilində İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə icraata xitam verilməsini xahiş edirik.” Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcə llənin 191.2-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla işin icraatına xitam verir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0. və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Kollegiya İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq iddia tələbindən imtina edilməklə barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə 30 aprel 2021-ci il tarixli ərizələrini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə 30 aprel 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 52.5 və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Buna görə də, tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişi təsdiq olunmalı və iş üzrə Şahbuz Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(090)-105/2020 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq, iş üzrə icraa ta xitam verildiyindən iddia qaldırılarkən İddiaçı tərəfindən «Kapital Bank» Аçıq Səhmdar Cəmiyyətinin Şahbuz filialına Kod 200349 02 iyul 2020-ci il tarixdə TT**********53030 nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5, 370, 391, 400, 402, 403.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l ı r: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi barədə mülki iş üzrə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 30 aprel 2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəm əsinin 19 avqust 2020-ci il tarixli, 2(090)-105/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. «Kapital Bank» Аçıq Səhmdar Cəmiyyətinin Şahbuz filialına Kod 200349 02 iyul 2020-ci il tarixdə TT**********53030 nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-94/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-94/2021
30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver