Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-95/2025 30.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(078)-428/2025 nömrəli qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında qərardadından Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət (Açar sözlər: qarşılıqlı iddianın geri qaytarılması haqqında qərardaddan şikayət) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabd ehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(078)-428/2025 nömrəli qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında qərardadından Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə 30 yanvar 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum X3 vəfatından sonra Naxçıvan şəhəri, XXX küçəsində 0.0922 ha torpaq s ahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 74.60 kv.m yaşayış, 6.50 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evindən ibarət mirasın mərhumə X1 tərəfindən qəbul edilərək payının müəyyən olunması, onun ölümündən sonra isə iddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh3 nümayəndə vasitəsilə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-cu ildə vəfat etmiş mərhum babası X2 qalmış Naxçıvan şəhəri, XXX küçəsində 0.0922 ha torpaq sahəsi və onun üzərində 1 mərtəbəli, 4 otaqlı 74.6 kv.m yaşayış, həmçinin 6.5 kv.m köməkçi sahədən ibarət miras əmlakın mərhum anası X4 tərəfindən, ondan qalmış mirasın isə onun vərəsələri tərəfindən qəbul edilməsi faktının tanınmaqla, həmin miras əmlaka dair pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(078)-428/2025 nömrəli qərardadı ilə mülki iş üzrə Cavabdeh3 verdiyi qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddianın verilməsi müddətinin ötürülməsi əsası ilə geri qaytarılmışdır.
4. Həmin qərardaddan Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 20 aprel 2025-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayətlə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-428/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata götürülərək ilkin iddia ilə birlikdə araşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayətin əsası kimi qarşılıqlı id dia üzrə məhkəməyə qədər nizamlama barədə qaydalarına əməl edildiyi halda, cavabdehin həmin müdafiə vasitəsindən məhrum edilmiş ola bilməsi, ilk iddianın mahiyyəti üzrə baxılmasının yekunlaşması və ya qarşılıqlı iddianın verilməsi üçün Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsində müəyyən edilmiş müddətin bitməsi, bu səbəbdən “qarşılıqlı iddia vermək hüququ” ilə “məhkəməyə qədər nizamlama vəzifəsi” toqquşduqda, mübahisələrin bir icraat daxilində tam həllinə üstünlük verilməli olması göstərilmişdir.
6. Naxçıvan Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(078)-428/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. İİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 15 4.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
8. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.
9. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olm ayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
10. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İİİ. Məhkəmə kollegiyasının mövqeyi
11. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə xidmət edir. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunveric iliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı).
12. Mülki Prosessual Məcəllənin 156.1.1 və 156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda isə (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə (20 gün) verilməsi imperativ qaydada göstərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin təqdim olunması prosessual hüquqdur və bu hüquqdan istifadə edilməsi tərəfin təşəbbüsünə əsasən həyata keçirilir. Cavabdeh tərəf bu hüquqdan istifadə etmədiyi halda, sonradan müddətin bitməsini əsas göstərərək müdafiə imkanlarından məhrum edildiyini bildirməsi, Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş müdafiə mexanizmlərinin qeyri-obyektiv şərhi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə 30 yanvar 2025ci il tarixdə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Cavabdeh3 06 fevral 2025-ci il tarixdə təqdim olunmuşdur (iş mat. səh. 89). Qanunvericiliklə müəyyən olunmuş 20 gün müddətində cavabdeh tərəfindən bir inci instansiya məhkəməsinə hər hansı etiraz, qarşılıqlı iddia ərizəsi təqdim edilməmişdir. Cavabdehin nümayəndə-vəkili tərəfindən qarşılıqlı iddia ərizəsi 04 aprel 2025-ci il tarixdə, yəni iddia ərizəsi cavabdehə təqdim olunandan təqribən 2 ay sonra verilmiş, qarşılıqlı idda ərizəsində MPM-in 155-ci maddəsinin tələbinə uyğun gecikmə ilə bağlı hər hansı dəlil gətirilməmişdir (iş mat. səh. 175). Beləliklə, qarşılıqlı iddia ərizəsinin vaxtında təqdim olunmaması cavabdeh və onun nümayəndə-vəkilinin prosessual hüquqlardan vaxtında istifadə etməməsi ilə əlaqədardır, bu hal kollegiya tərəfindən cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz və cavabdehin vəkili və nümayəndəsinin şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə bilməz.
14. Məhkəmə kollegiyası həmçinin birinci i nstansiya məhkəməsinin şikayətin təmin edilməməsi ilə bağlı 22 aprel 2025-ci il tarixli qərardadında qarşılıqlı iddianın verilibverilməməsindən asılı olmayaraq mirasın vərəsələr arasında bölüşdürülməsi məsələsinin məhkəmə tərəfindən həll olunacağı ilə bağlı izahı ilə də razılaşır (iş mat. səh. 202). Belə ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq mün asibətlərinə son verilir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3560/2024 nömrəli 3 ulduzlu qərarı)
15. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(078)-428/2025 nömrəli qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(078)-428/2025 nömrəli qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev