Məhkəmə qərarları › İş №2(108)-99/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-99/2025

31.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-99/2025 31.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Babək rayon Qahab kənd orta məktəbinə qarşı “dərsdənkənar məşğələnin, dərnəyin, əmək haqqına əlavənin və ixtisasa uyğun dərsin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sertifikasiya nəticələrinə görə əmək haqqına əlavənin verilməsi, ümumitəhsil məktəbində hərbi rəhbərin sertifikasiya nəticəsində əlavə almaq hüququ) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), X3 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı və X1nın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Babək rayon Qahab kənd orta məktəbinə qarşı “dərsdənkənar məşğələnin, dərnəyin, əmək haqqına əlavənin və ixtisasa uyğun dərsin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-13/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. İddiaçı xx.xx.2017-ci ildən Qahab kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsinə təyin olunmuş, 2018-ci ildə əlavə 2-ci ali təhsil almaq üçün X2 “İbtidai sinif müəllimliyi" ixtisasına qəbul olmuş və 2022-ci ildə bitirmişdir, xx.xx.2021-ci ildə Naxçıvan Muxtar Respublikasının X10 tərəfindən keçirilmiş sertifikasiya imtahanında iştirak etmiş, imtahan nəticəsində ümumi balının 47 təşk il etməklə keçid balını keçmişdir. Təhsil müəssisəsi tərəfindən ona sertifikasiyanın nəticələrinə görə 10% əlavə xx.xx.2022-ci il tarixdən ödənilməmişdir. Əsas kimi göstərilmişdir ki, “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarının 2 nömrəli əlavəsinə əsasən keçid balını toplamış digər təhsilverənlərə 10 faiz vəzifə maaşlarına aylıq əlavələr verilir. Babək rayon Qahab kənd orta məktəbinin 2024-cü il üzrə əmrlər kitabının 57-ci səhifəsində xx.xx.2024-cü il tar ixli, 110 nömrəli məktəb direktorunun əmri ilə rəsmiləşdirilmiş Pedaqoji şuranın qərarı və 2024-2025-ci tədris ilinin tədris planına uyğun olaraq dərs bölgüsü ayrı-ayrı ixtisaslar üzrə müəyyən edilmiş və çağırışaqədərki hazırlıq üzrə İddiaçı cəmi 8 saat dərs yükü ayrılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “26” yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” normaların “Bütün tipdən olan ümumtəhsil məktəbləri, litseylər, gimnaziyalar, peşə məktəbləri və peşə litseyləri üzrə” üçüncü bölməsində nəzərdə tutulur ki, ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, pe şə məktəbi və peşə litseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Buna görə də ona əmək haqqına 10 faiz əlavə verməkdən imtina olunmuşdur. İİ. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Babək rayon Qahab kənd orta məktəbinə qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, dərsdənkənar məşğələnin verilməsi, dərnəyin verilməsi, sertifikasiya imtahanın nəticələrinə görə əmək haqqının 10%-i əlavəsinin verilməsi və ixtisasa uyğun dərslərin verilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddi açı xx.xx.2017-ci il tarixindən Naxçıvan MR Təhsil Nazirliyinin əmri ilə Babək rayon Qahab kənd tam orta məktəbinə hərbi rəhbər təyin olunmuş, 2022-ci ildə isə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 2-ci ali təhsilini başa vurmuşdur. Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiqlənmiş "Gənclərin ibtidai hərbi hazırlıq" Əsasnaməsinə əsasən hərbi rəhbər dərsdənkənar məşğələlərə və dərnəklərə rəhbərlik etməlidir. Bu əsasla Hənifəyev xx.xx.2023 tarixindən “Hərbi vətənpərvərlik” dərnəyi təşkil etmiş, onu aparmış, jurnal aparmış, lakin əməkhaqqı verilməmiş, daha sonra isə məktəb direktoru tərəfindən xx.xx.2023 tarixli, 183 saylı əmrlə dərnək dayandırılmışdır. İddiaçı bu barədə xx.xx.2024cü il tarixli ərizə ilə məktəb direktoruna müraciət etmiş, dərnəyin qanuni əsaslarla aparıldığını və əməkhaqqının ödənilməsini tələb etmişdir. Cavabda isə bildirmişdir ki, onun dərnək keçməsi üçün hüquqi əsas yoxdur, çünki vəzifəlidir və dərnəklər yalnız çağırışaqədərki hazırlıq müəllimləri tərəfindən təşkil edilə bilər. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-382 saylı əmri və Nazirlər Kabinetinin 119 nömrəli qərarı ilə hərbi rəhbərin dərnək keçməsinə heç bir məhdudiyyət qoyulmur. O, bir ay ərzində dərnəyi keçmiş, lakin əməkhaqqı almamış, sonradan həmin saatlar başqa dərnəklərə yönləndirilmişdir. Əlavə olaraq, Ədliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən sorğulara cavab olaraq göstərilmişdir ki, hərbi rəhbər dərnək apara bilər və bu onun funksiyasına daxildir. Həmçinin, o sertifikasiya imtah anından uğurla keçmiş, lakin əməkhaqqısına əlavə 10% tətbiq edilməmiş, bu isə təsnifləndirmə və hüquqi statusun ziddiyyətli tətbiqi deməkdir. İddiaçı iddia edir ki, ona "müəllim sayılmırsan" deməklə qanunlar və təhsil qanunvericiliyi pozulur. O, ikinci ali ixtisası üzrə (ibtidai sinif müəllimliyi) dərs yükü ilə təmin olunmayıb, baxmayaraq ki, bu hüququ vardır. “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi və digər normativ sənədlər hərbi rəhbərin dərnək keçə biləcəyini, hətta başqa fənlərdən də dərs deyə biləcəyini açıq göstərir. Həmkarlar, direktorlar və Təhsil Şöbəsinin bəzi şəxsləri qanunları tətbiq etmək əvəzinə şəxsi və formal mövqelərlə davranırlar, bu isə onun əmək və təhsil hüquqlarını pozur. İddiaçı son nəticədə "təhsil verən" statusunun tanınmasını, dərnək fəaliyyətinə görə əməkh aqqının ödənilməsini, ikinci ixtisas üzrə dərs yükü ilə təmin olunmasını, vəzifəli şəxslərin qanunsuz davranışlarına hüquqi qiymət verilməsini və əmək hüquqlarının bərpasını tələb edir.

4. İddiaçı məhkəmə araşdırması zamanı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək əmək haqqına əlavənin 1 sentyabr 2022ci il tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir.

5. Babək Rayon Məhkəməsinin 2(079)-13/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim G.İsmayıl) “dərsdənkənar məşğələnin, dərnəyin və ixtisasa uyğun dərsin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mübahisənin inzibati məhkəməyə aid olması əsası ilə iş üzrə icraata xitam verilmişdir.

6. Babək Rayon Məhkəməsinin 2(079)-13/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarix li qətnaməsi ilə (hakim G.İsmayıl) “sertifikasiyanın nəticələrinə görə əmək haqqına 10% əlavənin ödənilməsi” tələbi üzrə isə iddia rədd edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, “Təhsil haqqında” Qanunun 36-2.1-ci, Konstitusiya Məhkəməsi Palatasının “X8 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının (bundan sonra – “Qaydalar”) 1.2-ci bəndi, “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına gör ə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “26” yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” normaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.8, 2.9, 10.6-cı b əndləri ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı Babək Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(079)-13/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sertifikasiya imtahanından keçməsinə baxmayaraq Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2022-ci il tarixli, 1815 nömrəli Fərmanında və Nazirlər Kabinetinin 20 avqust 2022-ci il tarixli, 321 nömrəli Qərarında nəzərdə tutulmuş aylıq 10% əməkhaqqı əlavəsindən yararlana bilmir. Babək Rayon Məhkəməsinin hakimi bu normativ aktlara istinad etməli olduğu halda, 1999-cu il tarixli normativ akta əsaslanara q iddianı əsassız rədd etmişdir. İddiaçı qeyd edir ki, Prezidentin və Nazirlər Kabinetinin normativ aktları bütün təhsilverənlərə tətbiq olunduğu halda, ona bu hüquq şamil edilməmiş, ayrı-seçkiliyə yol verilmişdir. Sertifikasiya imtahanında çağırışaqədərki hazırlıq fənni üzrə uğur qazanmış, lakin əməkhaqqısına əlavənin tətbiq olunmaması qanunların pozulmasıdır. Babək Rayon Məhkəməsinin qətnaməsi obyektivlikdən uzaq olmuş, yalnız cavabdeh tərəfin mövqeyi əsas götürülmüş, təqdim edilən Prezident Fərmanı və NK Qərarlarına istinad edilməmişdir. Bundan əlavə, iddiaçı bildirir ki, qətnamədə göstərilən kimi, dərsdənkənar məşğələ, dərnək və ixtisasına uyğun dərs verilməsi ilə bağlı tələblər üzrə işə xitam verilməsi əsassız olmuş, çünki bu hissədə inzibati orqanlara müraciət etməli olduğu ona məhkə mə iclasında izah olunmamışdır. Məhkəmə prosesi 6 aydan artıq müddət davam etmiş, lakin qeyd olunan hissədə həmin məhkəməyə aid olmadığı halda bu qədər uzun çəkməsi və sonradan “inzibati orqana müraciət etməli olduğu” yönündə qərar verilməsi iddiaçını uzun müddət hüquqi qeyri-müəyyənlikdə saxlamışdır. Həmçinin qətnamənin giriş və nəticə hissəsi elan edilməmiş, MPM-in 214, 215 və 266-cı maddələrinin tələbləri pozulmuşdur. İddiaçı məktəbdə və məhkəmə zalında qərardad və qətnamə ilə bağlı hüquqları barədə məlumatlandırılmamış, sənədləri yalnız xx.xx.2025-ci il tarixində elektron sistemdən özü taparaq oxumuşdur. İddiaçı hesab edir ki, ona qarşı ayrı-seçkilik və hüquq pozuntuları baş vermiş, əmək hüquqları, o cümlədən Prezident və Nazirlər Kabinetinin normativ aktı ilə tanınan əlavələrdən istif adə hüququ əsassız şəkildə məhdudlaşdırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, iddia qaldırmazdan əvvəl mediasiya xidmətinə müraciət etdiyini, lakin cavabdeh tərəfin prosesdə iştirak etmədiyini bildirmişdir. O, Təhsil Şöbəsinin əvvəlki müdiri ilə məsələnin həllinə cəhd etdiyini, lakin nəticə əldə etmədiyini, buna görə də məhkəməyə müraciət etməyə məcbur olduğunu göstərmişdir. İddiaçı qeyd etmişdir ki, o, “Ümumi təhsil haqqında” Qanunun 21.0.3-cü maddəsində nəzərdə tutulan təhsilverənlərdən biri çağırışaqədərki hazırlıq rəhbəridir. O, Elm və Təhsil Nazirliyinin 1999-cu il t arixli əmrinə əsaslanan məhdudiyyətlərin bu məsləyə aid olmadığını, bu aktların Prezident Fərmanları və Nazirlər Kabineti qərarları ilə ziddiyyət təşkil etdiyini vurğulamışdır. İddiaçı qeyd etmişdir ki, Prezidentin və Nazirlər Kabinetinin aktlarında təhsilverənlər üçün sertifikasiyaya əsasən 10% və 35% əlavələrin nəzərdə tutulduğu halda, ona bu əlavələrin verilməməsi hüquqlarının pozulmasıdır. O, həmçinin Nazirlər Kabinetinin 321 nömrəli qərarının hərbi rəhbərlərin əməkhaqqı məsələlərinə dair müddəalarla yanaşı, əlavə dərs yükünün və sertifikasiya əlavəsinin tətbiqinə hüquqi əsas yaratdığını, digər məktəblərdə bu qaydada tətbiqin olduğunu, lakin şəxsən onun bu hüquqlardan məhrum edildiyini, hazırda nə ikinci ixtisasa əsasən dərs yükünün, nə də sertifikasiyaya görə əlavənin olmadığını bildi rmişdir. İddiaçı onu da qeyd etmişdir ki, 2021-ci ildə sertifikasiyadan keçmiş, lakin əvvəlki dövrdə əlavə dərs yükü olduğu üçün bu məsələni qaldırmamışdır. Hazırda həmin hüquqları ləğv olunduğundan, maddi çətinlik yaşadığını və aylıq əməkhaqqısının cəmi 539 manat təşkil etdiyini, bu səbəbdən kollegiyadan ədalətli qərar qəbul etməyi xahiş etmişdir.

12. Cavabdeh Babək rayon Qahab kənd orta məktəbinin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş, məsələni mürəkkəb və çoxşaxəli qiymətləndirmişdir. O qeyd etmişdir ki, dövlət ümumi təhsil müəssisələrində sertifikatlaşdırma nəticəsinə əsasən vəzifə maaşlarına aylıq əlavələrin faktiki olaraq heç bir məktəbdə ödənilmədiyini müşahidə etmiş, məhkəmənin bu istiqamətdə qəbul edəc əyi qərarı əsas götürəcəklərini bildirmişdir. O, Cavabdeh2 nümayəndəsinin iclasda iştirak etmədiyini, iştirak etsəydi əlavələrin verilməməsinin səbəblərini aydınlaşdıracağını qeyd etmişdir. Məktəb rəhbəri olaraq isə qanunvericiliyə uyğun şəkildə bütün əməkdaşların dərs saatı və əməkhaqqı ilə təmin olunmasının tərəfdarı olduğunu bildirmişdir. Suallara cavabında qeyd etmişdir ki, əlavə dərs saatlarının qanuni əsasla verilmədiyi halda maliyyə tərəfindən geri alınacağını, əməkhaqqına əlavələrin yalnız dərs bölgüsü, pedaqoji şura qərarı və mühasibatlıq tərəfindən təsdiqlənməklə tətbiq oluna biləcəyini göstərmişdir. O, sertifikasiyadan keçən müəllimlərə bal əsasında 10% və ya 35% əlavə verildiyini, lakin hərbi rəhbərlərin 8 saata qədər dərs yükünün vəzifə maaşına daxil edildiyi üçün bu kateqoriy aya əlavənin verilmədiyini qeyd etmişdir. Dərs deməyən hərbi rəhbərin sertifikasiyaya ehtiyac duymadığını, lakin dərs deyəcəyi halda təhsil verən kimi bu prosesə daxil olduğunu bildirmişdir. Özünün kiçik kontingentli məktəbdə işlədiyini və buna görə bu tip hallarla nadir rastlaşdığını əlavə etmişdir. O vurğulamışdır ki, sertifikasiyadan keçmiş hərbi rəhbərlərin belə mükafatlandırılmadığı hallar mövcuddur və məhkəmənin qəbul edəcəyi qərara uyğun hərəkət edəcəklərini bildirmişdir.

13. X1 izahatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyini müdafiə etdiyini, bu halların qanunda öz əksini tapdığını, iddiaçıya əlavənin verilməsinin qanuna müvafiq olduğunu bildirdi.

14. Cavabdeh2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında işt irak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. d) Yazılı sübutlar

15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Dövlət ümumi təhsil müəssisələrinin hərbi rəhbərlərinin vəzifə maaşlarına aylıq əlavələrin verilməsi haqqında” 17 iyul 2025-ci il tarixli, 3-17/2-7146/2025 nömrəli yazılı rəyinə əsasən dövlət ümumi təhsil müəssisələrinin təhsilverənləri sertifikatlaşdırmanın nəticəsi üzrə keçid balını topladığı halda onlara tədris etdikləri dərs saatına görə vəzifə maaşlarına aylıq 10% əlavənin verilməsi qanunvericiliyin tələbinə uyğundur. İV. Tətbiq edilən hüquq normaları e) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 21.0.3. Təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər ümumi təhsil prosesinin iştirakçılarıdır. f) Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2022-ci il tarixli, 1815 nömrəli Fərmanı

17. Bənd 1. 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin direktor və dir ektor müavinlərinin (təhsilalanların sayına görə) və təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavə müəyyən edilsin. g) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydası

18. Bənd 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. h) “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanla rın sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı

19. Əlavə №

2. Keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə 35 faiz, keçid balını toplamış digər təhsilverənlərə isə 10 faiz vəzifə maaşlarına aylıq əlavələr verilsin.

20. Bənd 3.14. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. bal i) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2

1. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. V. Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələ ndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı apellyasiya şikayətində İddiaçı Babək Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(079)-13/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam və hərtərəfli araşdırmaqla belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi normativ hüquqi aktları tam və düzgün tətbiq etməmi ş, nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

29. İş üzrə mübahisəli məsələ, iddiaçının sertifikasiya imtahanının nəticəsi əsasında əmək haqqına 10% əlavənin verilib-verilməməsi ilə bağlıdır. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 21.0.3-cü maddəsində göstərilmişdir ki, çağırışaqədərki hazırlıq rəhbərləri təhsilverənlər hesab olunur. Beləliklə, İddiaçı təhsilverəndir, bu isə onu sertifikatlaşdırma nəticəsinə görə əlavəyə hüquq verən kateqoriyaya daxil edir. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2022-ci il tarixli, 1815 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələrin müəyyən edilməsi nəzərdə tutulmuşdur. İş materialları ilə təsdiq olunur ki, iddiaçı 47 bal toplamışdır. Bu bal Nazirlər Kabinetinin 20 avqust 2022-ci il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2 nömrəli əlavəsinə əsasən keçid balından (30 bal) yuxarı sayılır. Həmin əlavəyə əsasən keçid balını toplamış təhsilverənlərə dərs saatına görə 10% həcmində aylıq əlavə müəyyən edilir. Bu dərs saatına görə əlavə əmək haqqı deyil, aylıq vəzifə maaşına əlavələr şəklində müəyyən olunmuş müstəqil stimullaşdırıcı ödənişdir və bu, vəzifə maaşına daxil olan və ya olmayan dərs saatlarından asılı olmadan tətbiq edilməlidir.

30. Birinci instansiya məhkəməsi iddiaçının dərs yükünün (8 saat) vəzifə maaşına daxil olduğunu əsas gətirərək əlavənin verilməməsini düzgün hesab etməklə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin Vİİİ bölmənin ikinci və üçüncü abzasları 8 saatadək olan dərs saatlarına görə vəzifə maaşına əlavənin verilməməsini nəzərdə tutur. Bunun sertifikasiyanın nəticələrinə görə ödənilməli olan əlavə ilə heç bir əlaqəsi yoxdur və həmin hüququn bu cür hüquqi təfsirlə məhdudlaşdırılması sertifikatlaşdırmanın nəticələrinə görə təhsilverənlərin stimullaşdırılması ilə bağlı güdülən məqsədi əhəmiyyətsiz etmiş olardı.

31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi qətnamənin giriş və nəticə hissəsinin elan olunmalı olduğu halda Babək Rayon Məhkəməsinin hakimi Günay İsmayılı n 3 gün keçməyinə baxmayaraq qətnamənin giriş və nəticə hissəsini elan etməməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı qətnamə ilə vaxtında tanış olmuş və apellyasiya şikayətini MPM-in 360-cı maddəsinə nəzərdə tutulmuş müddətdə vermişdir. İddiaçı tərəfindən təqdim edilən bu dəlil MPM-in 387-ci maddəsinin tələbləri baxımından qətnamənin mahiyyətinə və işin ədalətli baxılmasına dair konkret pozuntu yaratdığını sübuta yetirmir. Belə olan halda, onun hüquqlarının pozulması və müdafiə imkanlarının məhdudlaşdırılması faktı müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin halları və tətbiq edilməli olan normativ hüquqi aktlara uyğun olmayaraq qəbul edildiyindən əsassızdır və ləğv edilməli, apellyasiya şikayəti isə əsaslı olduğundan təmin edilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-13/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Rəşad oğlunun Cavabdeh2 və Babək rayon Qahab kənd orta məktəbinə qarşı “əmək haqqına əlavənin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Babək rayon Qahab kənd orta məktəbi İddiaçı Rəşad oğluna 2022-ci il sentyabrın 1-dən hesablanmaqla tədris etdiyi dərs saatlarına uyğun olaraq, sertifikatlaşdırmanın nəticəsinə əsasən vəzifə maaşına 10% aylıq ə lavənin hesablanaraq ödənilməsi öhdəliyini yerinə yetirsinlər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Səxavət Bəylərli, Sənan Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar