Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-101/2022 06.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakdan payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətdə olan Şərur rayon Düdəngə kəndində yerləşən 0.1079 ha həyətyanı torpaq sahəsindən onun ½ payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 06 iyun 2022-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında İddiaçı məhkməyə ərizə təqdim edərək ərizəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə paylı mülkiyyət hüququ əsasında əldə etdikləri torpaq sahələrindən ½ payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddiasının məhkəmədən kənar həll edilməsi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qayratılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil da mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanması haqda ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyinə və cavabdehin məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsilə 27.12.2021-ci il tarixli, 9709 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsilə 27.12.2021-ci il tarixli, 9709 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-101/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-101/2022
06.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver