Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1131/2023 19.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçinin nümayəndə-vəkili Vəkil iştirakı ilə, Ərizəçi Şərur rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1984-cü il təvəllüdlü X1 xx.xx.2000-ci ildə ölməsi faktının tanınması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndə-vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və dövlət rüsumunun icraya yönəldilməməsini xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə ərizəçinin nümayəndə-vəkilinin ərizəsini nəzərə alaraq iş üzrə ərizənin qaytarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması ərizəçi tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ərizəçinin nümayəndəvəkili ərizəsində dövlət rüsumunun icraya yönəldilməməsini xahiş etdiyindən rüsum məsələsinə münasibət bildirmir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Ərizəçi Şərur rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-1131/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1131/2023
19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver