Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1142/2024 07.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması və mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək onunla xx.xx.2008-ci il tarixdə vəfat etmiş Tağıyeva (Ağayeva) Hürnisə Oruc qızı və xx.xx.2010-cu il tarixdə vəfat etmiş X6 arasında qohumluq münasibətlərinin olması və xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası Tağıyeva (Ağayeva) Hürnisə Oruc qızı və xx.xx.2010-cu il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsinə dair hüquqi faktın təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin əsası kimi valideynlərinin ötən əsrin 50-ci illərində ailə qurduğunu, bu nikahdan üç övladlarının xx.xx.1960-cı il tarixdə X3, xx.xx.1962-ci il tarixdə Ərizəçi və 1.05.1964-cü il tarixdə Ağayeva (Tağıyeva) Süsən Aslan qızı doğulduğunu, ömürlərinin sonunadək öz evlərində yaşadıqlarını, anası Tağıyeva (Ağayeva) Hürnisə Oruc qızının xx.xx.2008-ci il tarixində, atası X2 isə xx.xx.2010-cü il tarixində vəfat etdiyini, onlardan Şərur rayon Zeyvə kəndində birgə mülkiyyətlərində olan 0.1651 ha torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli, 3 otaq və bir mətbəxdən ibarət fərdi yaşayış evinin miras qaldığını, onların ailə quraraq ayrıldıqlarını, onun Şərur rayon Düdəngə kəndində, bacıları Süsən və Sənubərin isə Bakı şəhərində yaşadıqlarını, anası vəfat edəndən sonra atası ilə qalaraq ona qulluq etdiyini, atasından sonra da həmin evdə oğlu Həsən və onun ailəsi ilə yaşayaq mirası qəbul etdiyini, ötən müddət ərzində mirasın ona məxsus olduğunu bilsə də müxtəlif sənədlərdən rəsmiləşdirə bilmədiyini, bu ilin avqust ayında vərəsəlik haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin notariat ofisinin mirasının qəbul etmə müddətinin bitiyi və qohumluq faktı qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmədiyindən vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyini, atası və anasının rəsmi nikahlarının olmadığını, anası Hürnisənin soyadının bəzi sənədlərdə Tağıyeva, bəzilərində isə Ağayeva kimi yazıldığını, bacısı Sənubər və onun doğum şəhadətnamələrində ata qrafasında X6, ana qrafasında isə X5, digər bacısı Süsənin doğum şəhadətnaməsində isə ata qrafasında qeydiyyatın aparılmadığını, ana qrafasında isə X4 yazıldığını, bu kimi səbəblərdən qohumluq münasibətlərinin mövcudluğuna şübhə yarandığını, məhs bu səbəblərdən də məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2.2-ci bəndində qeyd olunur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Mirasın qəbulu tələbi isə qohumluq münasibətlərinin müəyyən olunmasından asılıdır. Buna görə də qohumluq münasibətləri müəyyən olunduqdan sonra qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Əlavə olaraq bildirilir ki, dövlət rüsmü ödənilirkən qiymətləndirilməyən iddia tələbləri üzrə dövlət rüsumu 100 manat nəzərdə tutulduğu halda 50 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə görə işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını qərardadda göstərir. Buna görə də, iddiaçıya ərizəsində göstərdiyi hallarla bağlı aidiyyəti üzrə Şərur Rayon Nikah Evinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunduğundan iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi tərəfindən verilmiş “qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi tələbinə dair” ərizəni icraata qəbul etməkdən imtina edilsin. Ərizədə göstərilən hallarla bağlı aidiyyəti üzrə Şərur Rayon Nikah Evinə müraciət etmək hüququ izah edilsin. Ərizə və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu da ərizəçiyə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-1142/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1142/2024
07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver