Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1257/2025 13.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X3 ilə aralarında Naxçıvan Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞN/25-C-00424 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat pulun maraqlı şəxs X2 alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs X3 ilə xx.xx.2009-cu il tarixdə Şərur rayon Gümüşlü kənd İƏDN-də nikah haqqında akt qeydləri kitabında 08 nömrə ilə bağlanmış nikah akt qeydi Şərur rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-123/2025 saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yaşayış yerlərinin onun yanında saxlanılması müəyyən edilmişdir. Nikahları pozulduqdan sonra X3 uşaqlarla maraqlanmır, onların zəruri təlbatlarını qarşılamağa köməklik göstərmirdi. Ona görə də Türkanə Cəfərovaya qarşı aliment tələbi ilə Mediasiya təşkilatına müraciət edib. İlkin mediasiya sessiyası zamanı maraqlı şəxs Türkanə Cəfərova ilə birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində alimentin hər ayın 15-30 tarixləri arası X3 tərəfindən onun adına açılmış bank kartına ödənilməklə həyata keçirilməsi barədə razılaşmışdırlar. xx.xx.2025-ci il tarixdə Mediasiya təskilatında tərəflərindən barışıq sazişi imzalanaraq təsdiq edilmişdir. Barışıq sazişinin xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq bu günə kimi maraqlı şəxs X3 tərəfindən barışıq sazişi ilə müəyyən olunmuş alimenti bir ay ödəmiş, ondan sonra isə heç bir ödəniş etməmişdir. Uşaqları artıq böyüyüb və onların gündəlik zəruri təlabtları da artıb, maraqlı şəxs isə alimenti vaxtlı-vaxtında ödəmir, hər dəfə alimentin ödənilməsi ilə bağlı çətinliklərlə üzləşir və bunla bağlı borclu ilə əlaqə saxlamağa çalışsa da, ya onunla əlaqə saxlamaq olmur, yada telefonlara cavab vermir. 7 aydır ki maraqlı şəxs aliment ödəmir və bu günə 2800 (iki min səkkiz yüz) manat aliment borcu var. Ona görə də barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 355-25.2-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan - Şərur rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-123/2025 saylı qətnaməsindən görünür ki, Ərizəçi və X3 arasındakı Şərur Rayon Gümüşlü kənd İƏDN-də bağlanmış xx.xx.2009cu il tarixli 08 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2010-cu il tarixdə doğulmuş X7 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 atası Ərizəçi yanında qalması müəyyən edilmişdir. - Naxçıvan Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞN/25-C-00424 nömrəli barışıq sazişindən görünür ki, aparılan mediasiya prosesi nəticəsində tərəflər 2025-ci ilin aprel ayından başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-сi il təvəllüdlü X1 üçün X2 Ərizəçi xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla har ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddinde sabit pul məbləğində aliment ödəniləcəyi barədə razılığa gələrək, alimentin ödənilməsi hər ayın 15-30 arası Ərizəçi adına açılmış bank kartına ödəməklə həyata keçirilməsi barədə razılaşmışdırlar. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 ata məlumat qrafasında “Ərizəçi”, ana məlumat qrafasında isə “X3” qeyd olunmuşdur. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 ata məlumat qrafasında “Ərizəçi”, ana məlumat qrafasında isə “X3” qeyd olunmuşdur. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi ilə X3 arasındakı nikah pozulmuş və nikahın pozulması 03 aprel 2025-ci il tarixdə 48 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. - “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində barışıq sazişini imzalandığı xx.xx.2025-ci il tarixdən indiyədək bir ay ödəniş etmiş və barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, eyni zamanda maraqlı şəxs tərəfindən bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 15-30-u tarixlərində sonrakı artırmalar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220ci, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin olunsun. Mediasiya prosesində Ərizəçi ilə İmamverdiyeva (nikahda olduğu dövrdə Cəfərova) Turkanə Firudin qızı arasında bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2025-ci il tarixli MŞN/25-C- 00424 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində olmaqla, ümumilikdə iki uşağa görə 1.00 misli həddində aliment tutularaq onların atası - Ərizəçi ödənilsin. Alimentin tutulması barışıq sazişinin bağlandığı xx.xx.2025-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №2(110)-1257/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1257/2025
13.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver