Məhkəmə qərarları › İş №2(110)-132/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-132/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-132/2025 05.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X27 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 xx.xx.1977-ci il tarixdə Şərur rayon Düdəngə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qənul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, mərhum atam X23 mərhum anam X10 ilə 1955-ci ildə el adətina uyğun nikah bağlayaraq ailə həyatı qurmuş, həmin ildə də rəsmiləşdirmişdilər. Onların bu nikahından 1950-ci ildə X17, 1951-ci ildə X24, 1955-ci ildə X18, 1957-ci ildə X25, 1961-ci ildə Ərizəçi, 1963-cü ildə X29, 1965-ci ildə X11 adında yeddi övladı doğulmuşdur. Biz ailə olaraq Şərur rayonu Düdəngə kəndi ərazisində mərhum atam Mustafaya aid evdə yaşayıb böyümüşük ki, həmin evdə də hal hazırda mən - Ərizəçi öz ailəmlə birgə yaşayıram. Belə ki, atam Mustafa 1977ci ildə vəfat etmiş və vaxtı ilə yaşadığımız evin yerləşdiyi torpaq sahəsi sonradan islahat zamanında mərhum anam Xurşudun adına qeydə alınmışdır. Anam Xurşud isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir ki, o vəfat etdikdən sonra ev və torpaq sahəsinin sənədləşdirilməsi müəyyən səbəblərdən aparılmamışdır. Hazırda isə yaşadığım evin vərsəlik qaydasında rəsmiləşdirilməsinə ehtiyac vardır ki, bununla bağlı atam Mustafa Abdullayevin ölüm faktının müəyyən edilməsi zəruridir. Lakin qeyd edilen sənədlərin lazimi qaydada əldə edilməsi çətinliyi yarandığından hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcburam. Qeyd edim ki, mən müvafiq tələblə Şərur rayonu Düdəngə kəndinda anadan olmuş atam X12 ölüm haqqında şəhadətnamə verilməsi üçün rəsmi olaraq Şərur rayon Nikah evinə müraciət etsəm də nəticəsi olmamış, Şərur rayon Nikah Evindən alınmış cavab məktubunda atam X7 ölümü haqqında məlumatın aşkar edilmədiyi bildirilmişdir. Ona göra da mərhum atam X7 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Bununla bağlı qohumlarım və qonşularım da şahidlik edə bilərlər. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət edirəm. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında atasının xx.xx.1977-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində rəhmətə getdiyini, həmin vaxt özü və bacı-qardaşlarından bəziləri uşaq, bəziləri isə cavan olduqları üçün səhlənkarlıq nəticəsində atalarına ölüm haqqında şəhadətnamə almadıqlarını qeyd edərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X13 mərhum Mustafa əmi ilə ata-baba qonşu olduqlarını, həmçinin Mustafa əminin əmisinin gəlini oluğunu, Mustafa əminin 1977-ci ildə rəhmətə getdiyini, səbəbini isə bilmədiyini, Zeyvə-Düdəngə qəbirstanlığında dəfn olunduğunu, o vaxt cavan gəlin olduğu üçün yas mərasimində iştirak edə bilmədiyini, yas mərasimində qayınanasının və ərinin iştirak etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 atası Mustafa əminin dövründən bugünədək qapıbir qonşu olduqlarını, Mustafa əminin 1977-ci ilin iyulun 2-də rəhmətə getdiyini, qəfil öldüyünü, ölüm səbəbini həmin vaxtı bəlkədə bildiyini, artıq uzun müddət keçdiyindən xatırlamadığını, Mustafa əminin Zeyvə-Düdəngə qəbirstanlığında dəfn olunduğunu, yas mərasimində iştirak etdiyini, hansı səbəbdən ölüm şəhadətnaməsi almamaları barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur Rayon Nikah Evinin arxivində və "Vətəndaşlıq Vəziyyəti aktları" X1 Sisteminə 1974 - cü ildən 2005 -ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır; - Şərur Rayon İcra Hakimiyyəti Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan qeyd olunmuşdur ki, biz adları aşağıda göstərilənlər. 1.X30- Düdəngə kənd İ.Ə.D.üzrə Nümayəndə 2.X19- Düdəngə kənd Bələdiyyəsinin sədri 3.X43-Düdəngə kənd İ.Ə.D üzrə nümayəndəlikdə müavin4.Ərizəçi-vəfat edən şəxsin oğlu 5.Əsgərova Şəkər M.Vəli qızı-qonşu 6.X3-qonşu bu aktı tərtib edirik ondan ötrü ki, həqiqətən də Düdəngə kənd sakini olmuş mərhum X26 1977-ci ilin İyul ayının 02 günündə Şərur rayon Düdəngə kəndində vəfat etmiş lakin ailə üzvlərinin səhlənkarlığından ölüm haqqında şəhadətnamə alınmamışdır.Məhrum Düdəngə kənd qəbristanlığında yaxınlarının yanında dəfn edilmişdir; - Şərur Rayon İcra Hakimiyyəti Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhumə Şərur rayon Düdəngə kənd sakini olmuş X10 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır. 1.X20 2.X15. 3.X16 4.X21 5.Qızı- X45 6.X9 7.Oğlu-Ərizəçi - Torpağın mülkiyyətə verilməsinə dair JN-149A kod 10206005 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şərur rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il 10 nömrəli qərarı ilə 0.16 hektar torpaq sahəsi X4, X5 və X6 mülkiyyətinə verilib. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 872593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26 yanvar 2022-ci tarixdə Şərur rayon Düdəngə kəndində tənəffüs yollarının digər şöbələrindən qanaxma səbəbindən vəfat etmişdir. - Noraşen rayon Zaks Şöbəsi tərəfindən verilmiş 26 dekabr 1955-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X28 arasında 26 dekabr 1955-ci il tarixdə 44 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Abdullayeva” soyadı verilmişdir. - qəbiristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, 1926-cı il təvəllüdlü X23 1977-ci ildə ölmüşdür; Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 1926-cı il təvəllüdlü X23 xx.xx.1977-ci il tarixdə Şərur rayon Düdəngə kəndində elektrik cərəyanının vurması nəticəsində ölmüş, Zeyvə-Düdəngə qəbirstanlığında dəfn edilmişdir. ərizəçinin izahatındanda görünür ki, həmin vaxt ərizəçi və bacı-qardaşlarından bəziləri uşaq, bəziləri isə cavan olduqları üçün səhlənkarlıq nəticəsində ataları X12 ölüm haqqında şəhadətnamə alınmamışdır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1926-cı il təvəllüdlü X7 xx.xx.1977-ci il tarixdə Şərur rayon Düdəngə kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1926-cı il təvəllüdlü X7 xx.xx.1977-ci il tarixdə Şərur rayon Düdəngə kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar