Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1323/2025 25.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, Şükürov Rauf Ramin oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah evinə qarşı "hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 18 oktyabr 1984cü ildə Şərur rayon Vərməziyar kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək məhkəmənin icraatında olan 2(110)-1323/2025 saylı iş üzrə ərizəçinin etibarnamə üzrə nümayəndəsi qismində çıxış etdiyini, işin faktiki hallarını nəzərə alaraq, ərizənin baxılmamış saxlanılmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prossesi zamanı Mülki prossesual qanunvericiliyin tələbinə uyğun olaraq rəsmi qaydada məlumatlandırılan iş üzrə maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçinın etibarnamə üzrə nümayəndəsinin işin “baxılmamış saxlanılması barədə” ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah evinə qarşı "hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizəsi və ərizəsinə əlavə olunmuş sənədlər ərizəçiya geri qaytarılsın. Ərizəçi tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** saylı qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №2(110)-1323/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1323/2025
25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver