Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1404/2025 11.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, hakim Zeynalov İlkin Cəlal oğlu Ərizəçi maraqlı şəxs Şərur rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının tanınması tələbi barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2002-ci il təvəllüdlü X1 xx.xx.2003-cü il tarixdə Şərur rayon Sərxanlı kəndində “Pnevmaniya” xəstəliyi səbəbindən ölməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinin tələbinə görə, ərizənin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib məhkəmə müəyyən edir ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində qeyd olunur ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 13-cü bəndində qeyd edilir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Məhkəməyə ünvanlanmış ərizə mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edilmiş, ərizənin formasına riayət olunmamışdır. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:
1. Ərizəçi maraqlı şəxs Şərur rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının tanınması tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın.
2. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri ödənilsin.
3. Ərizəçi izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər.
4. Qərardad, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlkin Zeynalov