Məhkəmə qərarları › İş №2(110)-194/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-194/2024

04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-194/2024 04.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının tanınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X6 xx.xx.2000-ci ildə ölməsi faktının tanınması barədə qətnamə qənul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəndə bildirmişdir ki, İddiaçı xx.xx.1984-cü il təvəllüdlü oğlu X6 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etdiyinı və cənazəsinin Şərur rayon Maxta kənd qəbristanlığında dəfn olunduğunu, lakin bu günə kimi X8 ölüm haqqında şəhadətnamə almadığını bildirir. İddiaçı Aqrar islahat dövründə ona ailə başçısı olmaqla 5 nəfərdən ibarət ailə üzvləriminin birgə mülkiyyətinə çöl təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında mərhum X6 da adı qeyd edildiyini və mərhum X6 ölüm haqqında şəhadətnaməsi olmadığından həmin torpaq sahəsinə mülkiyyət hüquqi haqqında Şəhadətnamə ala bilməmişdir. İddiaçı xx.xx.1984-cü il təvəllüdlü, Şərur rayon Maxta kəndində anadan olmuş oğlu X8 ölüm haqqında şəhadətnamə verilməsi üçün rəsmi olaraq Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxsndən alınmış xx.xx.2023-cü il tarixli 3-16-5/7-15-650/2023 saylı məktubda X7 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ona ölüm haqqında Şəhadətnamə verilməsindən imtina edərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də xx.xx.1984-cü il təvəllüdlü oğlu X6 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o,məhkəmə baxış iclasında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə 11:15-ə təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 04 mart 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 həmkəndli olduqlarını, Hümbətin oğlu X6 dəqiq xatırlamasada 18-20 il əvvəl Bakı şəhərində dəm qazından boğularaq öldüyünü, gətirib Maxta kənd qəbiristanlığında babasının məzarının yanında dəfn etdiklərini, X20 kəndə gətirilməsində, dəfn olunmasında və yas mərasimində sonacan iştirak etdiyini bildirmişdir. 04 mart 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X3 həmkəndli olduqlarını, onların 90 cı illərdən ailəliklə Bakı şəhərində yaşadıqlarını, Hümbətin oğlu X6 2000-ci ildə Bakı şəhərində dəm qazından boğularaq öldüyünü, gətirib Maxta kənd qəbiristanlığında babasının məzarının yanında dəfn etdiklərini, dəfn olunmasında və yas mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin ərizədə qeyd etdiklərinə, onun vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1984-cü il tarixdə Şərur rayon Maxta kəndində anadan olmuş X6 atası Ərizəçi, anası X4r; - qəbirfotoşəkildən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X10 xx.xx.2000-ci ildə vəfat edib; - Şərur Rayon İcra Hakimiyyəti Maxta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.1984-cü il tarixdə Şərur Rayon Maxta kəndində anadan olmuş və xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun cənazəsi Şərur Rayon Maxta kənd qəbirstanlğında dəfn olunmuşdur: - JN-0634 KOD ********* nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə Ərizəçi, X5, X9 və X8 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Maxta kəndində 0.70 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir; - Şərur Rayon Mərkəzi X19 şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqqında Tibbi şəhadətnamə üçün arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X10 xx.xx.2000-ci ildə Bakı şəhərində dəm qazından zəhərlənmə səbəbindən vəfat etmişdir; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunun məzmunundan görünür ki, Ərizəçi xx.xx.1984-cü il təvəllüdlü X6 ölüm haqqından şəhadətnamə almaq üçün Nikah Evinə müraciət etmiş, məsələnin həlli ilə bağlı aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və “ Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin iddia ərizəsində qeyd etdikləri, ərizəçinin vəkili – nümayəndəsinin izahatı, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1984-cü il tarixdə Şərur Rayon Maxta kəndində doğulmuş X10 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində dəm qazından boğulma səbəbindən ölmüşdür. Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən haqlı olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1984cü il təvəllüdlü X6 xx.xx.2000-ci ildə Bakı şəhərində dəm qazından boğularaq ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X6 xx.xx.2000-ci ildə Bakı şəhərində dəm qazından boğularaq ölməsi faktı müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar