Məhkəmə qərarları › İş №2(110)-198/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-198/2025

21.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-198/2025 21.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “ölüm faktının tanınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü X6 xx.xx.2008-ci il tarixdə ölməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində oğlu xx.xx.1978-ci il təvəlldlü X12 2008-ci ilin avqust ayında Ukrayna Respublikasında, Zaparojye şəhərində avtoqəza nəticəsində vəfat etdiyini, cənazəsi Şərur rayon Yuxarı Aralıq kəndinə gətirilərək xx.xx.2008-ci il tarixdə Şərur rayon Yuxarı Aralıq kənd qəbristanlığında dəfn edildiyini, lakin həmin vaxt X6 ölüm haqqında şəhadətnaməsi alınmadığını, Şərur rayon Aqrar İslahat komissiyasının qərarı ilə birgə mükiyyətlərinə verilmiş torpaq sahəsində X7 da adı qeyd edildiyindən və onun ölüm haqqında şəhadətnaməsi olmadığından həmin torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ala bilmədiyini, ona görə də o xx.xx.1978-ci il təvəllüddülü mərhum X8 ölüm haqqında şəhadətnamə verilməsi üçün rəsmi olaraq Şərur rayon Nikah Evinə ərizə ilə müraciət etdiyini, Şərur rayon Nikah Evindən veilmiş xx.xx.2025-ci il tarixli 05/03-69 saylı məktubda 2008-2024-cü illərə dair ilkin və bərpa ölüm aktı qeydləri üzrə yoxlanıldığını və X12 haqqında akt qeydi aşkar olunmadığı bildirildiyini, xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 saylı məktubda ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə əsasında verildiyi, tibbi şəhadətnamə olmadıqda isə məhkəmə qətnaməsinə əsasən verildiyi bildirilərək X8 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Məhkəməyə müraciət etmək tövsiyyə olunduğunu, ona görə də xx.xx.1978-ci il təvəllüdlü mərhum X12 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X2 ifadəsində onun Aynanın həm qaynı arvadı olduğunu, həm də qonşusu olduğunu, Aynanın oğlu Ağayev Anarın xx.xx.2008-ci il tarixdə Ukrayna Respublikasında avtomobil qəzasında rəhmətə getdiyini, lakin Yuxarı Aralıq kənd qəbirstanlığnda dəfn edildiyini, əvvəldən axıra kimi yasa mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X3 ifadəsində Aynanın oğlu Anarın 2008-ci ildə Ukrayna Respublikasında avtomobil qəzasında rəhmətə getdiyini, Şərur rayon Yuxarı Aralıq kənd qəbirstanlığında dəfn etdiklərini, yas mərasimində yaxın qonşu kimi iştirak etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X4 ifadəsində Ayna xala ilə uzaq qohum, həm də qapı bir qonşu olduqlarını, Ayna xalanın oğlu Anarın təqribən 2008-ci ildə Ukrayna Respublikasında avtomobil qəzasında rəhmətə getdiyini, gətirərək Şərur rayon Yuxarı Aralıq kənd qəbirstanlığında dəfn etdiklərini, yas mərasimində yaxın qonşu kimi əvvəldən axıra kimi iştirak etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur Rayon Nikah Evində 2008-2024-cü illərə dair ilkin və bərpa ölüm aktı qeydləri üzrə yoxlanılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır; - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 saylı məktubdan görünür ki, Ərizəçi Şərur rayon Nikah Evinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.1978-ci il təvəllüdlü Şərur rayon Aralıq kəndində anadan olmuş X6 ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilir. Lakin vətəndaş Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi halda bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2 maddəsinə əsasən ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilə bilər, göstərilənlərə əsasən aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. - Şərur Rayon İcra Hakimiyyəti Yuxarı Aralıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, arayış verilir mərhum X6 adına ondan ötəri ki, həqiqətən o Yuxarı Aralıq kənd qəbrstanlığında dəfn olunmuşdur. - qəbiristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X12 xx.xx.2008-ci ildə ölmüşdür. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1978-ci il tarixdə Şərur Rayon Yuxarı Aralıq kəndində doğulmuş X12 xx.xx.2008-ci il tarixdə Ukrayna Respublikasında avtomobil qəzasından ölmüş, Yuxarı Aralıq kənd qəbirstanlığında dəfn edilmişdir. Odur ki qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə də, məhkəmə qeyd edir ki, xx.xx.1978-ci il təvəllüdlü X6 xx.xx.2008-ci il tarixdə Ukrayna Respublikasında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X6 xx.xx.2008-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X6 xx.xx.2008-ci il tarixdə Ukrayna Respublikasında ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar