Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-259/2025 18.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X35 məhkəmə iclas katibliyi, İddiaçının vəkili - nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X11, X18, X19, X12, X20 qarşı “birgə mülkiyyətdə olan əmlaklarda payın müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Şərur Rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 1998-ci il tarixli 07 nömrəli, Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 637A, Kod 10200048 şəhadətnamə əsasında 0.22 hektar həyətyanı torpaq sahəsinin və 28 sentyabr 1998-ci il tarixli 07 nömrəli, kənd təsərrüfatı üçün mülkiyyətə verilməsinə dair JN-127, Kod 10200048 dövlət aktı əsasında 0.28 hektar kənd təsərrüfatlı torpaq sahəsində payların bərabər qaydada müəyyən olunmasını barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Aqrqr İslahat komisiyyasının 28 sentyabr 1998-ci il 07 nömrəli, Torpağın Mülkiyyətə verilməsinə dair JN-637A, KOD 10200048, Şəhadətnamə əsasında 0.22 hektar həyətyani torpaq sahəsi və 28 sentyabr 1998-ci il 07 nömrəli, kənd təsərüfatlı üçün mülkiyyətə verilməsinə dair JN-127, KOD 10200048, Dövlət aktı əsasında 0.28 hektar kənd təsərrüfatlı torpaq sahəsi X13, X21, X2, X6 və X14 verildiyini, mərhum atası X23 xx.xx.2011-ci il tarixində, anası X36 xx.xx.2015-ci il tarixində vəfat etdiyini, mirasın qəbulu ilə bağlı Şərur rayon məhkəməsində iddia qaldırdığını, iddianın ona münasibətdə təmin olunmadığını, miras əmlakda X2 və Cavabdeh5 ½ pay hüququ müəyyən olunduğunu, torpaqda paylarının müəyyən olunmadığından öz payından istifadə edə bilmədiyini, birgə mülkiyyətdə olan əmlakda pay hüququnun müəyyən edilməsini istədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin vəkili və nümayəndə ilə təmsil olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X11, X18, X19, X12 və X20 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq onlar, keçirilən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - JN- 637A KOD 10200048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 1998-ci il tarixli 07 nömrəli qərarı ilə Şərur rayon Oğlanqala kəndində 0.22 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X7, X15, X1, X3 və Cavabdeh5 mülkiyyətinə verilmişdir; - JN-127 KOD 10200048 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 1998-ci il tarixli 07 nömrəli qərarı ilə Şərur rayon Oğlanqala kəndində X16, X21, X2, X6 və Cavabdeh5 ümumi birgə mülkiyyət hüququ əsasında 0.28 ha torpaq sahəsi verilmişdir; - Naxçıvan “Asan xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 144 nömrəli arayışdan görünür ki, X24 xx.xx.2011-ci il tarixdə ölmüşdür; - Naxçıvan “Asan xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 142 nömrəli arayışdan görünür ki, X26 xx.xx.2015-ci il tarixdə ölmüşdür; - Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-995/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş X4 və xx.xx.2015-ci il tarixdə ölmüş X8 qalmış miras əmlakın X25 və Cavabdeh5 tərəfindən faktiki qəbul olunması müəyyən edilmiş və həmin əmlaka X9 1/2 hissədə, Cavabdeh5 1/2 hissədə payı müəyyən edilmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidi. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 1998-ci il tarixli 07 nömrəli qərarı Şərur rayon Oğlanqala kəndində JN- 637A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.22 ha torpaq sahəsi və JN-127 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə 5 nəfərin - X24, X26, X17, Cavabdeh4 və Cavabdeh5 adlarına qabaqcadan payları müəyyənləşdirilmədən (ümumi birgə mülkiyyət kimi) qeydə alınmışdır. Eyni zamanda Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-995/2024 saylı qətnaməsilə mərhum X5 və X27 miras qalmış əmlaklarda X2 və Cavabdeh5 ½ pay hüququ müəyyən olunmuşdur. Haliyədə iddiaçı həmin torpaq sahələrində olan öz payından istifadə edə bilmədiyini, birgə mülkiyyətdə olan əmlakda pay hüququnun müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, birgə mülkiyyətçilərin payları onların razılaşmasında ayrı qayda nəzərdə tutulmadığına görə bərabər hesab edilir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bildiyindən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilərək Şərur rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Şərur rayon Oğlanqala kəndi ərazisində ümumi birgə mülkiyyət hüququ üzrə X10, X22, İddiaçı, X3 və Cavabdeh5 adlarına JN - 637A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydə alınmış 0.22 ha həyətyanı torpaq sahəsində və JN - 127 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydə alınmış 0.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində İddiaçı 1/5 ( beşdə bir) hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; -213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; -213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; -213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; - 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; - 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Şərur rayon Oğlanqala kəndi ərazisində ümumi birgə mülkiyyət hüququ üzrə X10, X22, İddiaçı, X3 və Cavabdeh5 adlarına JN - 637A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydə alınmış 0.22 ha həyətyanı torpaq sahəsində və JN - 127 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydə alınmış 0.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində İddiaçı 1/5 ( beşdə bir) hissədə payı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-259/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-259/2025
18.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver