Məhkəmə qərarları › İş №2(110)-272/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-272/2025

10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-272/2025 10.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X15 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “ölüm faktının tanınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1929-cu il təvəllüdlü X3 xx.xx.1989-cu il tarixdə ölməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində anası xx.xx.1929-cu il təvəlldlü X8 xx.xx.1989-cu ildə Şərur rayon Oğlanqala kəndində vəfat etdiyini, cənazəsi Şərur rayon Oğlanqla kənd qəbristanlığında dəfn edildiyini, lakin həmin vaxt X3 ölüm haqqında şəhadətnaməsi alınmadığını, miras əmlakın qəbulu ilə əlaqədar Notariat Ofisinə müraciət etmək məqsədi ilə anası X3 ölüm haqqında şəhadətnaməsini tapa bilmədiyi üçün Şərur rayon Nikah Evinə rəsmi olaraq ərizə ilə müraciət edərək xx.xx.1929-cu il təvəllüddlü mərhum anası X3 ölüm haqqında akt qeydləri kitabından çıxrış verilməsini xahiş etdiyini, Şərur rayon Nikah Evindən veilmiş xx.xx.2025-ci il tarixli 10/05-69 saylı məktubda 1986-2000-ci illərə dair ilkin və 1988-2025-ci illərə dair bərpa ölüm aktı qeydləri üzrə yoxlanıldığı və X8 haqqında akt qeydi aşkar olunmadığı bildirildiyini, xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-xx-xx/2025 saylı məktubda ölüm haqqında şəhadətnmə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə əsasında verildiyi, tibbi şəhadətnamə olmadıqda isə məhkəmə qətnaməsinə əsasən verildiyi bildirilərək X4 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Məhkəməyə müraciət etmək tövsiyyə olunduğunu, ona görə də xx.xx.1929-cu il təvəllüdlü mərhum X3 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2025-cü il tarixdə 14:00-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 ilə həm qonşu həm də sinif yoldaşı olduqlarını, eyni kənddə yaşadıqlarını, Səkinə xala ilə eyni məhəllədə yaşadıqlarını, 1989-cu ildə onun vəfat etdiyini, Oğlanqala kənd qəbirstanlığında dəfn olunduğunu, onun yas mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X6 əmisi qızı olduğunu, əmicanısı Səkinənin nə vaxtı vəfat etdiyini xatırlamadığını, amma üzərindən çox zamanın keçdiyini, onun yas mərasimində iştirak etdiyini, onun Oğlanqala kənd qəbirstanlığında dəfn olunduğunu, Səkinə xala ilə həmdə qonşu olduqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X10 onun anası ilə, Seyranənin atasının anabir ögey bacı-qardaş olduqlarını, Seyranənin anası Səkinə xalanın təxminən onun 15 yaşı olan zaman vəfat etdiyini bildiyini, onun Oğlanqala kənd qəbirstanlığında dəfn oldunduğunu, hər bayramda onu ziyarət etdiklərini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 barəsində Şərur rayon Nikah Evində ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Şərur rayon Oğlanqala kənd icra nümayəndəliyinin 1986-2000-ci illərə dair ilkin, Şərur rayon Nikah Evinin 1988 – 2025 - ci illərə dair bərpa ölüm akt qeydləri üzrə yoxlanılmışdır; - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şərur rayon Nikah Evinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək 1929-cu il təvəllüdlü Şərur rayon Oğlanqala kəndində anadan olmuş X5 ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilir. Lakin vətəndaş Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi halda bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2 maddəsinə əsasən ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilə bilər. Göstərilənlərə əsasən aidiyyəti üzrə Şərur rayon Məhkəməsinə müraciət etməyiniz məsləhət görülmüşdür. - Şərur Rayon İcra Hakimiyyəti Oğlanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2nın adına ondan ötrü ki, mərhumə Şərur rayon Oğlanqala kənd İ.Ə.D-si üzrə nümayəndənin təsərrüfat kitabında qeydiyyatda olmuş və Oğlanqala kəndində yaşamışdır. X2 xx.xx.1989-cu il tarixdə Oğlanqala kəndində vəfat etmişdir Oğlanqala kənd qəbristanlığında dəfn edilmişdir; - "X22 Mərkəzi" X23 tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, sizin müraciətinizə "X22 Mərkəzi" X19 baxılmışdır. Bildiririk ki, ərizənizdə göstərdiyiniz müvafiq dövr üçün (xx.xx.1989-cu il) X3 ölümü ilə bağlı "X22 Mərkəzi" X23n Şərur Rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat (sənəd) tapılmadı; - qəbiristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, xx.xx.1929-cu il təvəllüdlü X8 xx.xx.1989-cu ildə ölmüşdür. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olunur ki, xx.xx.1929-cu il təvəllüdlü X8 xx.xx.1989-cu il tarixdə Şərur rayon Oğlanqala kəndində ölmüş, Oğlanqala kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçinin izahatındanda görünür ki, həmin vaxt səhlənkarlıq nəticəsində anası X4 ölüm haqqında şəhadətnamə alınmamışdır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1929-cu il təvəllüdlü X3 xx.xx.1989-cu il tarixdə Şərur rayon Oğlanqala kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1929-cu il təvəllüdlü X3 xx.xx.1989-cu il tarixdə Şərur rayon Oğlanqala kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar