Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-279/2020 22.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1, cavabdehin və maraqlı şəxs X4 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi tələbinə” dair dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh1 arasında birgə nikah dövründə əldə olunmuş Şərur rayon Danyeri kəndində yerləşən 2 otaqlı evin alınması üçün verilmiş 8600 ABŞ dolları və evin təmirinə çəkilən 6100 manat xərcin ½ hissəsinin, yəni 4300 ABŞ dollarının və 3050 manatın cavabdehlər Cavabdeh1, Ramazan Cahangir oğlu və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Şərur rayon Danyeri kəndində yerləşən 2 otaqlı evin onunla Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlakı hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 6100 manat xərcin ½ (ikidə bir) hissəsinə iddiaçı X3 mülkiyyət hüququ müəyyən olunsun və həmin paydan ona çatan 4300 ABŞ dolları və 3050 (üç min əlli) manat pulun Cavabdeh1 alınaraq ona ödənilsini xahiş etmişdir. Məhkəmə mülki işə həmin iddia tələbi çərşivəsində baxılması qənaətinə gəlmişdir. İddiaçı iddia ərizəsində 2004-cü ildə Cavabdeh1 ilə evləndiklərini, Zəfərlə xx.xx.2005-ci ildə nikaha daxil olduqlarını, evləndikdən sonra 6 ilə kimi Zəfərin adına olan evdə yaşadıqlarını, 2010-cu ildən Zəfərin oğlu Əli onları yola vermədiyindən aralarında mübahisə yarandığını, Zəfərlə evdən çıxmaq qərarına gəldiklərini, onlar kənddə satılan ev axtardıqları zaman Cavabdeh2 evinin satdığı məlum olduğunu, həmin dövrdə Zəfərin imkanı olmadığından məsələni qardaşı Mustafaya bildirdiyini, qardaşı da Ramazanla əlaqə saxlayaraq həmin evi onlara 8600 ABŞ dolları miqdarında satmağa razılaşdığını, evi aldıqdan sonra Zəfərlə həmin evdə yaşadıqlarını, evi adına saldırmağını istəyəndə hər dəfə Zəfərin bir bəhanə gətirdiyini, Zəfərlə aralarında yaranan mübahisələrdən sonra Zəfər 2018-ci ilin mart ayında özünə aid əşyalarını toplayaraq evdən çıxdığını, sonra məhkəməyə nikahın pozulmasına dair müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)- 29/2019 nömrəli qətnaməsi ilə aralarındakı nikahın pozulduğunu, nikahın pozulması ərəfəsində də məhz evin kimin adına rəsmiləşdirilməsi məsələsinin yarandığını, 2019-cu ilin fevral ayında isə Zəfərin təzyiqi ilə Ramazanın oğlu Cavabdeh3 tərəfindən Əlinin adına verilmiş etibarnamə əsasında da Əli evi alqı-satqı müqaviləsi əsasında guya 8000 manat Cavabdeh3 ödəməklə yoldaşının adına keçirdiyini, birgə aldıqları evdən ona çatan paydan məhrum edildiyini, Şərur Rayon Məhkəməsində “alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair 2019-cu ildə iddia qaldırdığını, Şərur Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(110)-51/2019 nömrəli qətnaməsi ilə həmin əmlakın birgə nikah dövründə faktiki alındığını müəyyən etsə də, rəsmiləşdirmə aparılmadığından və onun həmin iddianı qaldırmağa hüququnun olmadığı qənaətinə gəldiyindən iddiasını rədd etdiyini, lakin həmin qətnamədə məhkəmə birgə nikah dövründə əmlakın alınması üçün pul verildiyini təsdiq etdiyini, həmin ev alındıqdan sonra evin abadlaşdırılmasına 6100 manat vəsait sərf olunduğunu, həmin vəsait həm onun qardaşının köməkliyi, həm də Zəfər tərəfindən qoyulduğunu, Bu xərcələrin darvaza qapısı 1000 manat, hasar 40 metr (daş, qum, sement, usta xərci) 80 kv.m x 20 man = 1600 manat, suvaq işləri 150 manat, tingə 70 ədəd x 5 man = 350 manat, mətbəx mebeli 1500 manat, kafel, metlak və usta xərci 30 kv.m x 15 = 450 manat, laminat və usta xərci 40 kv.m x 12 = 480 manat, hamam qapısı 150 manat, hamam pəncərəsi 60 manat, mətbəx pəncərəsi 120 manat, şopen 120 manat və hidrofor 120 manat olmaqla ümumilikdə 6100 manatdan ibarət olduğunu, Zəfərlə onun birgə nikah dövründə həmin əmlakı almaq üçün pulun verildiyini, onların o evdə 2018-ci ilə qədər birgə yaşadıqlarını, onun həmin evin alınmasına sərf olunmuş vəsaitdən, yəni 8600 dollar, həmçinin evin abadlaşdırılmasına çəkilmiş 6100 manat puldan ona çatan ½ payı tələb etmək haqqının olduğunu göstərmişdir. xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək mübahisəli evin alınmasına sərf olunmuş vəsaitdən, yəni 8600 dollar, həmçinin evin abadlaşdırılmasına çəkilmiş 6100 manat puldan ona çatan ½ payı tələb etmək haqqının olduğunu göstərərək həmin puldan ona çatan 4300 ABŞ dollarının və 3050 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək məhkəmədən Şərur rayon Danyeri kəndində yerləşən 2 otaqlı evin onunla Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş əmlak hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 6100 manat xərcin ½ (ikidə bir) hissəsinə iddiaçı X3 mülkiyyət hüququ müəyyən olunsun və həmin paydan ona çatan 4300 ABŞ dolları və 3050 manat pulun Cavabdeh1 alınaraq ona ödənilməsini xahiş etdi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında nümayəndəsi olduğu bacısı İddiaçı Zəfərlə evləndikdən sonra 5-6 il Zəfərin adına olan evdə yaşadıqlarını, 2010-cu ildə bacısının ona Zəfərin oğlu Əlinin onlara problem yaratdığını, onların da kənddə ev axtardıqları zaman Cavabdeh2 öz evini 9000 ABŞ satdığını öyrəndiklərini, Ramazan evi onlara 8600 ABŞ dollarına satmağa razılaşdığını, Bakıda olan bacısı oğlu Rasimin həmin puldan 5000 ABŞ dollarını Ramazana Bakı şəhərində verdiyini, üzərindən bir neçə ay sonra da həmin puldan qalan 3600 ABŞ dolları verdiklərini, bacısı ilə Zəfərin həmin evdə yaşamağa başladıqlarını, sonradan onlara Zəfərin Ramazangildən bacısı oğlu Malikin adına 50 illik etibarnamə aldığı məlum olduğunu, həmin etibarnamə əsasında sonradan oğlu Əlinin adına 2043-cü ilədək etibarnamə verdildiyini, Zəfərin 2018-ci ilin mart ayında bacısından ayrılıb evdən çıxdığını və nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırdığını, aralarındakı nikahın xx xxxxxx 2019-cu il tarixdə pozulduğunu, 2018-ci ildə oktyabr ayında Ramazanın ona etibarnamə verdiyini, lakin sonradan Zəfərin təzyiqi ilə 2019-cu ilin fevralında Əliyə etibarnamə verdiklərini, Əliyə verilmiş etibarnamə əsasında da onların evi Əlinin yoldaşının adına keçirdiklərini, bununla da bacısının ona çatan paydan məhrum edildiyini göstərərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında onun iddiaçı ilə 2005-ci ildə ailə qurduqlarını, həmin evi 2010-cu ildə alındığını, 2010-cu ilin yanvara ayında evlərində yaranan problemdən dolayı onun Südabə ilə evdən çıxmaq istədiklərini, Əlinin bibisinin qonşuluqda ev satıldığını Əliyə söylədiyini, lakin onun qızına yeni toy elədiyindən pulunun olmadığını bildirdiyini, ona görə də ev ala bilməyəcəyini söylədiyini, sonradan Əlinin həmin evi almaq istədiyini ona söylədiyini, onun da bir böyük kimi danışıqları apardığını, pulun da Əlinin ödədiyini, iki-üç ay sonra da Kamil adlı kəndliləri ilə 3600 manatını göndərdiyini, onun həmin evi almaq üçün heç bir ödəniş etmədiyini göstərərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında 2010-cu ildə evi alan zaman böyük kimi danışıqları atasının apardığını, evi atası və Südabə yaşasın deyə onlara verdiyini, evi aldığı il yanvarın 20-dən sonra 5000 ABŞ dollarını onun Südabənin bacısının əri, Rasimin atası İsmayıla aparıb Ramazana çatdırması üçün verdiyini, aradan 2-3 ay sonra mart ayında 3600 dollarını Bakı şəhərindən gələn həmkəndlisi Kamillə göndərdiyini, ondan sonra da ev sahibinin ona etibrnamə verdiyini, həmin etibarnamədə sadəcə torpaq sahəsi göstərildiyindən sənədləşdirmə apara bilmədiklərini, buna görə evi mülkiyyətçinin adına sənədləşdirildikdən sonra ona yenidən etibarnamə verildiyini, onun da evi arvadının adına alqı-satqı müqaviləsi əsasında keçirdiyini göstərərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilən yerində müayinə zamanı iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilən X7 izahatında mübahisəli evi 10 il olar ki, Zəfərlə Südabənin aldıqlarını, həmin vaxtdanda burada yaşadıqlarını, ikisinin bu evi abadlaşdıraraq indiki vəziyyətə gətirdiklərini, iki il olar ki, Zəfərin evdən ayrılaraq getdiyini, Südabənin təkbaşına yaşadığını, ev alınandan sonra bu evdə yalnız ikisinin yaşadıqlarını, həmin vaxtdan bu həyətdə Südabəni gördüyünü, Həyəti Südabənin əkib-becərdiyini, evin sonradan başqa yollarla Zəfərin gəlini Lalənin adına salındığını eşitdiyini, evi satanın onların qohumu olduğundan evi Zəfərin aldığını dəqiq bildiyini, oğlu və gəlininin almadıqlarını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən və maraqlı şəxsin nümayəndəsi qismində izahat verən Nümayəndə2 izahatında iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə məhkəməyə teleqram vuraraq Bakı şəhərində olduqlarından məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirərək, məhkəmə iclasını onların iştirakı olmdan keçirilməsini, mübahisəli evi onların 2008-ci ildə 8600 ABŞ dollarına Cavabdeh1 satdıqlarını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iş üzrə cavabdehin təşəbbüsü ilə dindirilən şahid X11 ifadəsində Zəfərin dediyinə görə Zəfərin yola tərəf hasar divarını “kreder” yolu kürəyərkən toxunaraq uçurduğunu, həmin divarı Nemət Şirəliyevlə hörərək bərpa etdiklərini, hördükləri divarın 40 kv.m olduğunu, 5 gün işlədiyini, zəhmət haqqı olaraq 50 manat pul aldığını, divarın hörülməsində istifadə olunan daşın, qumun, sementin kim tərəfindən alındığından xəbərinin olmadığını bildirdi. Məhkəmə baxışı iclasında iş üzrə cavabdehin təşəbbüsü ilə dindirilən şahid X12 ifadəsində X17 dedikləri ilə eyni məzmunlu ifadə verərək divarın 40 kv.m olduğunu, kvadratını 3 manata hördüyünü, zəhmət haqqı olaraq 120 manat aldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarına və mülki iş materialında tədqiq olunmuş digər sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 175618 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)- 51/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı evə mülkiyyət hüququnun tanınması və Cavabdeh3 ilə X14 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(110)- 93/2019 nömrəli qətnaməsindən görünür ki, X3 Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin X2 Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə xx xxxx 2019-cu il tarixli 2(008)4901/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 Şərur rayon Danyeri kəndində yerləşən oğluna məxsus evi 2007ci ildən satmaq qərarına gəlmiş, həmkəndlisi Zəfər adlı şəxsin ona həmin evi alması barədə xəbər göndərmiş, Zəfərlə evin 8600 ABŞ dollarına satılmasına razılaşmış, Bakıya qayıtdıqdan sonra Zəfər ona Rasim adlı şəxs vasitəsilə 5000 ABŞ dolları göndərmiş, həmin pulu aldıqdan dərhal sonra pulu alması barədə Zəfərə zəng edib məlumat vermiş, bir müddət sonra Zəfər ona bacısının oğulluğu Kamil adlı şəxs vasitəsilə 3600 ABŞ dolları göndərmişdir. Məhkəmə alqı-satqı razılaşmasının Zəfər və Ramazan arasında olmasını, Rasimin isə Zəfərə məxsus pulu Ramazana çatdırması qənaətinə gələrək Rasim Dünyamalıyevin pul tələbini rədd etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 məxsus Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evi mülkiyyətçi tərəfindən Nümayəndə2 verilmiş xx xxxxxx 2019-cu il tarixli 3216 nömrəli etibarnamə əsasında 8000 manata X1. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh3 2013-cü ilin dekabr ayında X15 (Zəfərin bacısı oğlu) verdiyi 7e/10795 nömrəli etibrnamənin qüvvəsinə xitam verməsini Bakı şəhəri 6 saylı notariat kontorundan xahiş etmişdir. İş materiallarında olan xx xxx 2014-cü il tarixli ƏN-İ № 106971 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 JN-415A saylı şəhadətnamə ilə özünə məxsus Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsini özgəninkiləşdirməyi Nümayəndə2 etibar etmişdir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli AR-İ № 144558 nömrəli etibarnamənin əslindən görünür ki, Cavabdeh2 nəqliyyat vasitələri istisna olmaqla ona məxsus olan əmlaklar üzərində sərəncam verməyi Nümayəndə1 etibar etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 7E-3216 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 **********59-10301 reyestr nömərəsi ilə mülkiyyətində olan Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan yaşayış evini özgəninkiləşdirməyi Nümayəndə2 etibar etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli teleqramın mətnindən görünür ki, Cavabdeh2 Məhəmməd oğlu mübahisəli evi 2008-ci ildə Cavabdeh1 8600 ABŞ dollarına satdıqlarını göstərmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli teleqramın mətnindən görünür ki, Cavabdeh3 ona məxsus olmuş mübahisəli evi 2008-ci ildə Cavabdeh1 satdıqlarını, həmin evin onun adına olmasına baxmayaraq bütün danışıqları atası Cavabdeh2 Məhəmməd oğlunun apardığını göstərmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki,Şərur rayon Danyeri kəndində yerləşən, X5 adına dövlət reyesterində mülkiyyət hüququ ilə qeydə alınmış hazırda İddiaçı yaşadığı 0,23 ha torpağın üzərində yerləşən ümumi sahəsi 119,13 kv.m olan fərdi yaşayış evində təmir-tikinti işlərinə çəkilən xərcin bugünkü bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 5860,65 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır; 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir: 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə tədqiqatı zamanı iş materialında olan sübutlarla müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı 2004-cü ildə faktiki evlənmiş, xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş üzrə tərəflər nikahda olduqları müddətdə 2010-cu ildə Cavabdeh3 məxsus Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin alınması ilə bağlı Cavabdeh1 ilə Cavabdeh3 atası Cavabdeh2 arasında həmin evin 8600 dollara Cavabdeh1 satmaqları barədə razılıq əldə olunmuşdur. Həmin pulun əvvəlcə 5000 ABŞ dollarının, daha sonra isə qalmış 3600 dollarının Cavabdeh1 tərəfindən Cavabdeh2 göndərilməsi iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin X2 Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə xx xxxx 2019-cu il tarixli 2(008)4901/2019 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə məhkəməyə teleqram vuraraq mübahisəli evi onların 2008-ci ildə 8600 ABŞ dollarına Cavabdeh1 satdıqlarını bildirməklə bu faktı bir daha təsdiq etmişlər. Həmçinin keçirilmiş məhkəmə iclaslarında o da müəyyən olunmuşdur ki, Cavabdeh3 xx xxxxxx 2019-cu il tarixli 7E-3216 reyestr nömrəli etibarnamə ilə **********59-10301 reyestr nömərəsi ilə mülkiyyətində olan Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan yaşayış evini özgəninkiləşdirməyi Nümayəndə2 etibar etmiş və sonuncu tərəfindən həmin əmlak xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 8000 manata X1. Eyni zamanda məhkəmə baxışı iclasında Nümayəndə2 müqavilədə qeyd olunan 8000 manat məbləği formal olaraq qeyd etdiklərini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, bu müqavilə Cavabdeh1 ilə İddiaçı arasında olan nikahın pozulması ilə əlaqədar işin məhkəmənin icraatında olan dövrə təsadüf etmişdir. Bunu etməkdə də məqsəd onlar arasında nikah pozulduqdan sonra İddiaçı həmin əmlakdan payın müəyyən edilməsinin qarşısını almaq olmuşdur. Bütün bunlara baxmayaraq həmin əmlakın Cavabdeh1 ilə İddiaçı birgə nikahları dövründə Cavabdeh1 satılması evin əvvəlki mülkiyyətçisi tərəfindən etiraf edilmişdir. Bununlada məhkəmə bu qənaətə gəlir ki, Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evi haliyədə X4 mülkiyyətində olsa da, həmin əmlak X3 və Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlakı hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının ½ (ikidə bir) hissəsinə iddiaçı X3 payı müəyyən olunmalı və həmin paydan ona çatan 4300 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) Cavabdeh1 alınaraq X6 ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin evin təmirinə çəkilən 6100 manat xərcin ½ hissəsinin Cavabdeh1 alınaraq iddiaçı X6 ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Şərur rayon Danyeri kəndində yerləşən, X5 adına dövlət reyesterində mülkiyyət hüququ ilə qeydə alınmış, hazırda İddiaçı yaşadığı 0,23 ha torpağın üzərində yerləşən ümumi sahəsi 119,13 kv.m olan fərdi yaşayış evində təmir-tikinti işlərinə çəkilən xərcin bugünkü bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 5860,65 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh və onun nümayəndəsi tərəfindən ekspertin rəyinə etiraz edərək ekspert tərəfindən həmin xərcin şişirdildiyini bildirsələr də, ekspert rəyində qeyd edilənləri təkzib edəcək sübutları məhkəməyə təqdim etmək cavabdeh və onun nümayəndəsinə təklif edilmiş, onlar tərəfindən bununla bağlı məhkəməyə dəvət etdikləri şahidlərin verdiyi ifadələr ekspert rəyində qeyd edilənləri təkzib edəcək mötəbər sübut kimi qəbul edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahları dövründə mübahisə predmeti olan fərdi yaşayış evinin təmir-tikinti işlərinə çəkilən 5860,65 manat məbləğində pulun ½ (ikidə bir) hissəsinə də iddiaçı X3 mülkiyyət hüququ müəyyən olunmalı və həmin paydan ona çatan 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat pul Cavabdeh1 alınaraq X6 ödənilməlidir. Beləliklə, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. Qanunun mənasına görə, payların bölgüsü zamanı ər-arvadın gəlrilərinin miqdarı, işləyibişləməməsi və fəaliyyət növü nəzərə alınmamalıdır. Lakin ayrı-ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin (ər və ya arvadın) payını başqasının hesabına azaldıb-çoxalda bilər. Bu, ərin və ya arvadın diqqətəlayiq mənafeyi tələb etdikdə, məsələn, onlardan birinin əmək qabiliyyəti olmadıqda və ya səhhətinə görə əmək fəaliyyəti ilə məşğul olmadıqda ola bilər. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını, eyni zamanda AM-in 37.2-ci maddəsində sadalanan hər hansı müstəsna halın müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak üzərində onların bərabər payları müəyyən edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Şərur rayon Danyeri kəndində yerləşən 2 otaqlı ev X3 və Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlakı hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 5860.65 manat xərcin ½ (ikidə bir) hissəsinə iddiaçı X3 mülkiyyət hüququ müəyyən olunsun və həmin paydan ona çatan 4300 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat pul Cavabdeh1 alınaraq X6 ödənilməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Çünki Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Danyeri kəndində yerləşən 2 otaqlı ev X3 və Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlakı hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 5860.65 manat xərcin ½ (ikidə bir) hissəsinə iddiaçı X3 mülkiyyət hüququ müəyyən olunsun və həmin paydan ona çatan 4300 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat pul Cavabdeh1 alınaraq X6 ödənilsin. İddia digər hissədə rədd olunsun. İddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X6 aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-279/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-279/2020
22.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver