Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-305/2025 04.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “ölüm faktının tanınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşə X1 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində mərhum qardaşı X1 1971-ci ildə Şərur rayon Dərəkəndində doğulduğunu, ailə qurduqdan bir müddət sonra Bakı şəhərinə köçməklə orada yaşadığını, onun bu nikahından bir övladı dünyaya gəldiyini, ömrünün sonuna kimi o ailəsi ilə birgə Bakı şəhəri Maştağa qəsbəsində yaşadığını, xx.xx.2023-cü ildə qeyd edilən ünvanda rəhmətə getdiyini, belə ki, göstərilən tarixdə qardaşı Mikayıl səhhətində olan problemlərlə əlaqədar keçirmiş olduğu infarkt səbəbindən vəfat etdiyini və Şərur rayon Dərəkəndində dəfn edildiyini, o vəfat edərkən bununla bağlı təşkil edilmiş mərasim tədbirləri Şərur rayon Dərəkəndində baş tutduğunu, lakin müxtəlif səbəblərdən qardaşı Mikayılın ölməsi faktı rəsmi olaraq qeydə alınmadığını, hazırda isə mərhum qardaşı Mikayılın ölməsi ilə bağlı zəruri sənədləşmənin aparılmaması vərəsəlik və digər işlərin yerinə yetirilməsində maneə yaratdığını, mərhum qardaşının ölümü ilə bağlı sənədin lazimi qaydada əldə edilməsinin mümkünsüzlüyü səbəbindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını, qardaşına ölüm haqqında şəhadətnamə verilməsi üçün rəsmi olaraq Şərur rayon Nikah evinə müraciət etsə də nəticəsi olmadığını, Şərur rayon Nikah Evindən alınmış cavab məktubunda qardaşı X1 ölümü haqqında məlumatın aşkar edilmədiyi bildirildiyi, ona görə də mərhum qardaşı X1 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2025-cü il tarixdə 11:30-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X10 ifadəsində Mikayılın əmioğlusu olduğunu, Mikayılın 2023-cü ildə Bakı şəhərində vəfat etdiyini, Şərur rayon Dərərkənd kəndində dəfn edildiyini, dəfni özünün təşkil etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X6 ifadəsində Mikayılın əmisioğlu olduğunu, Mikayılın 2023-cü ildə Bakı şəhərində vəfat etdiyini, Dərəkənd kəndində dəfn olunduğunu, böyük əmioğlusu kimi dəfni təşkil etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X4 ifadəsində Mikayılın atası ilə onun atasının əmi uşaqları olduğunu, Mikayılın 2023-cü ildə Bakı şəhərində infakt keçirərək vəfat etdiyini, Dərəkənd kənd qəbirstanlığında dəfn etdiklərini, yas mərasimində yaxın qohum kimi əvvəldən axıra kimi iştirak etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs tərəfindən verilmiş 06.2.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 saylı məktubdan görünür ki, Ərizəçi Şərur rayon Nikah Evinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.1971-ci il təvəllüdlü Şərur rayon Dərəkənd kəndində anadan olmuş X1 ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilir. Lakin vətəndaş Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi halda bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2 maddəsinə əsasən ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilə bilər, göstərilənlərə əsasən aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. - Şərur Rayon İcra Hakimiyyəti Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, arayış verilir mərhum X1 adına ondan ötəri ki, həqiqətən o Dərəkənd kənd qəbrstanlığında dəfn olunmuşdur. - qəbiristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2023-cü ildə ölmüşdür. - BŞT və TTYS 14 saylı yardımçı stansiyasının Təcili və X5 Stasiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Maştağa qəsəbəsi, Bağları 1 ünvanında ölmüşdür. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1971-ci il tarixdə Şərur rayon Dərəkənd kəndində doğulmuş X2 xx.xx.2023-ci il tarixdə Maştağa qəsəbəsi, Bağlar 1 ünvanında ölmüş, ünvan 2nlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə də, məhkəmə qeyd edir ki, xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçiaid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-305/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-305/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver