Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-322/2020 11.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh “qarşı miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2019-cu ildə Şərur rayonunun Dəmirçi kəndində vəfat etmiş X1 miras qalmış Şərur rayonunun Dəmirçi kəndində yerləşən miras əmlakın qəbul edilməsinə qarşı Cavabdeh tərəfindən qaldırılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçının vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Cavabdeh “qarşı miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması tələbi barədə” iddia qaldırdığını, haliyyədə tərəflərin öz aralarında razılığa gəldiyini, ona görə də iddiaçının iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də ailənin bərpası məqsədilə hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər; 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC Şərur filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə 45029 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh “qarşı miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC Şərur filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə 45029 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-322/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-322/2020
11.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver