Məhkəmə qərarları › İş №2(110)-324/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-324/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-324/2023 26.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X29 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil və Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Şərur rayon 2 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi “qohumluq dərəcəsinin müəyyən edilməsi və mirasın faktiki qəbulu tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə X13 Ərizəçi xalası olması və X13 ölümündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbulunun müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, Ərizəçi xx.xx.1956-ci il tarixdə Şərur rayon Axura kəndində anadan olduğunu, uşaqlıqdan xalası X13 yanında Şərur rayon Axura kəndində yaşadığını, ailə qurduqdan sonra da Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən 23 fevral 1998-ci il tarixdə 02 saylı qərarı ilə xalası X13 adına Şərur rayon Axura kəndində J№-378A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini təmir-bərpa etdirərək xalası və ailə üzvləri ilə birlikdə yaşadıqlarını, ərizəçinin xalası X13 xx.xx.2005-ci il tarixdə beyin qansızması xəstəliyindən vəfat etdikdən sonra da ailə üzvləri ilə birlikdə xalasının mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evində yaşamaqla xalasının ölümündən sonra qalmış əmlakı miras əmlak kimi qəbul etdiyini, lakin maddi imkanı olmadığından həmin miras əmlakı adıma rəsmiləşdirə bilmədiyini bildirirdiyini, mərhumə X13 vərəsələrinin atası - Alverdiyev Süleyman K.Hümbət oğlu (1878 – vəfat edib), anası - Alverdiyeva Fatma K.Qasım qızı (1888 - vəfat edib), bacısı- X15 (1929 - 1997-ci ildə vəfat edib), bacısı - X16 (1938) olduğunu, mərhumə xalası X13 2-ci dərəcəli vərəsəsi Əsgərova (Hümbətova) Simuzər Süleyman qızının bacısı Şirin Hümbətovanın ölümündən sonra qalmış əmlakı miras əmlak kimi qəbul etmədiyini və həmin əmlakın ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsinə heç bir etirazının olmadığını, qeyd olunanlara əsasən mərhumə X22 ilə onun qohumluq dərəcəsi müəyyən edilməli və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xalası Şirin Hümbətovanın ölümündən sonra qalmış əmlakın miras əmlak kimi tərəfindən qəbul edilməsi faktı tanınmalı olduğunu hesab etdiyini, ona görə də ölümündən sonra mərhumə xalası X11 qalmış miras əmlakdan ərizəçiyə X46 Şəhadətnamə verilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə Şərur rayon 2 saylı Notariat Ofisinə müraciət etdiklərini, Şərur rayon 2 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 29 saylı Qərarı ilə ərizəçiyə mərhumə xalası X13 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan ona Qanun üzrə X46 Şəhadətnamə verilməsindən imtina edildiyini, həmçinin ərizəçinin anası X5 Şərur rayon Nikah evindən verilmiş doğum aktı qeydi kitabından çıxarışda texniki səhvlik nəticəsində soyadının Alverdiyeva, ata adının Hümbət, nikah aktı qeydi kitabında isə soyadının Alverdiyeva, ata adının Süleyman kimmi qeyd edilməsi səbəbindən X5 X13 bacısı olması və Ərizəçi X22 ilə qohumluq dərəcəsinin-xalası olmasının müəyyən edilməsi mümkün olmadığını, bu səbəbdən də Ərizəçi mərhumə X22 ilə qohumluq dərəcəsinin, ərizəçinin xalası olması və Şirin Hümbətovanın ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbulunun müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmiş, lakin vəkili və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin ərizədə qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Maraqlı şəxs1 ərizəçinin tələbini qəbul etdiyini qeyd edərək izahatında Nənəqız, Şirin və onun bacı olduqlarını, Ərizəçi onun bacısı Nənəqızın oğlu olduğunu, Zəfəri xalası Şirinin iki yaşından övladlığa götürərək böyütdüyünü, hətta evləndirdiyini, onunla yaşadığını, bacısı Şirin 2005-ci ildə vəfat etdikdən sonra onun yaşadığı evdə Zəfərin ailəsi, uşaqları ilə yaşadığını, evi təmir etdirdiyini, əlavə tikililər apardığını, evin çardağını dəyişdirdiyini, həyətyanı torpaq sahəsində xeyli meyvə ağacları əkdiyini, Şirinin ölümündən sonra təqribən 10 il orada yaşadığını, ondan qalan miras əmlakı qəbul edərək idarə etdiyini qeyd edərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon 2 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Şərur rayon 2 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X3 böyük qardaşı olduğunu, analarının Nənəqız, atalarının isə İmamqulu olduğunu, Nənəqızın Şirin və Simuzər adlı bacılarının olduğnu, Şirinin ailəsi - uşağı olmadığını, Şirinin bacısı Nənəqızın oğlu Zəfəri 2 yaşından övladlığa götürdüyünü, Şirinin Zəfərlə atası Süleymana məxsus evdə yaşadığını, Zəfərin həmin evdə böyüdüyünü, həmin evdə ailə qurduğunu və son 10 il bundan əvvələ kimi həmin evdə yaşadığını, Şirin xalanın təqribər 2005 və ya 2006-cı ildə vəfat etdiyini, Şirin xalanın rəhmətə gedəndən sonra da Zəfərin həmin evdə arvadı və uşaqları ilə birlikdə yaşadığını, həmin evdə 1 otaq, 1 kolidor əlavə olaraq hamam və mətbəx tikdiyini, evin çardağını dəyişdirdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X4 dədə-babadan qonşu olduqlarını, Zəfərlə uşaqlıqdan eyni məhləllədə böyüdüklərini, Zəfərin atasının İmamqulu anasının Nənəqız olduğunu, Nənəqızla Şirinin bacı olduqlarını, Şirinin övladı olmadığı üçün bacısı Nənəqızın oğlu Zəfəri övladlığa götürdüyünü, Şirinin 2005 və ya 2006-cı illərdə rəhmətə getdiyini Şirin rəhmətə gedəndən sonra da, Zəfərin ailəsi ilə həmin evdə çox yaşadığını, Şirin öləndən sonra Zəfərin həmin evdə bağlı eyvan tikdiyini, evi təmir etdiyini, çardağını dəyişdirdiyini, torpağında bağ saldığını, əkib becərdiyini, Zəfərin işi ilə əlaqədar 10 ilə yaxındır Bakı şəhərinə köçdüyünü bildirmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X10 qonşu olduqlarını, Şirinin Zəfərin xalası olduğunu, onu övladlığa götürdüyünü sonradan bildiyini, Şirin xala atası Süleymana məxsus evdə Zəfərlə yaşadığını, Şirinin nə vaxt rəhmətə getdiyini xatırlamadığını, rəhmətə gedəndən sonra da Zəfərin ailəsi ilə həmin evdə yaşadığını, Zəfərin anası Nənəqızın Şirin və Simuzər adlı iki bacısının olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin ərizədə qeyd etdiklərinə, ərizəçinin vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 13/436 saylı arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Şərur rayon Axura kəndinin 1943-1944-cü illərə aid təsərrüfatbaşına kitabında mərhum X6 ailə başçısı olmaqla aşağıdakı tərkibdən ibarət ailə üzvlərinin olduğu arxiv sənədlərində qeyd olunmuşdur. 1.X6 –ailə başçısı 1878-ci il 2.Allahverdiyeva Fatma-həyat yoldaşı 1888-ci il 3.Hümbətova Nənəqız-qızı 1929-cu il 4.Hümbətova Simuzər-qızı 1938-ci il - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 07 saylı, xx.xx.2023-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi vəkalətli nümayəndəsi Vəkil xx.xx.2023 ərizəsinə əsasən mərhum X13 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras qalmış bütün əmlakdan Qanun üzrə X46 Şəhadətnamə verilməsindən imtina edilmişdir; - Ərizəçi Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu **********320 saylı ərizəsində bildirmişdir ki, ünvan 1 ünvanında yaşamış xx.xx.2005-ci ildə vəfat etmiş xalam X11 qalmış miras əmlakdan X46 şəhadətnamə verməyinizi xahiş edirəm. Miras əmlak harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyimin zəruriliyi notarius tərəfindən mənə izah edildi; - JN- 378A (KOD ********) nömrəli Torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədən görünür ki, 0.25 ha torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 02 nömrəli qərarı əsasında X13 mülkiyyətinə verilmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X22 xx.xx.2005ci il tarixində Şərur rayon Axura kəndində beyinə qansızma nəticəsində vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X19 xx.xx.1997ci il tarixində Şərur rayon Axura kəndində hipertoniya nəticəsində vəfat etmişdir. - Şərur rayon Axura kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01 saylı arayışdan görünür ki, Cəfərova (Hümbətova) Nənəqız Süleyman qızı vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət vərəsələri vardır. 1.Əri-mərhum X44 2.Oğlu-mərhum X48 3.X26 oğlu 4.Oğlu-Ərizəçi 5.X27 oğlu 6.X28 oğlu 7.Qızı-Cəfərova (Cavadova) Fatma İmamqulu qızı - Şərur rayon Axura kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 02 saylı arayışdan görünür ki, X22 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət vərəsələri vardır. 1.Bacısı mərhumə-Cəfərova (Hümbətova) Nənəqız Süleyman qızı 2.Bacısı-Maraqlı şəxs1 - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.1929-cu il təvəllüdlü X7 atası X17, anası X20r; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, 1922-ci il təvəllüdlü X13 atası X23, anası X24r. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X8 atası X18, anası X20r. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X44 ilə X2 arasında 08 dekabr 1956-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan qadına sonra qadına Cəfərova soyadı verilmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 761 nömrəli arayışdan görünür ki, Axura kənd inzibati ərazi dairəsi üzrə 1892-ci ilə aid Şərur rayon Nikah Evinin arxivində X1 1938-1968ci illər üzrə ölüm haqqında akt qeytdiyyatı tapılmamışdır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 774 nömrəli arayışdan görünür ki, Axura kənd inzibati ərazi dairəsi üzrə 1900-cü ilə aid Şərur rayon Nikah Evinin arxivində X9 1938-1968ci illər üzrə ölüm haqqında akt qeytdiyyatı tapılmamışdır. Beləliklə də məhkəmə tədqiqatı zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin və Şərur rayon Axura kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışları ilə müəyyən edilmişdir ki, xx.xx.2005ci il tarixdə ölmüş X13 və xx.xx.1997-ci il tarixdə ölmüş X12 ataları X17, anaları X20r. Ərizəçi X22 ilə qohumluq münasibətlərinin, yəni Şirinin onun xalası olması və ondan miras qalmış əmlakı faktiki qəbul etməsi faktlarını başqa qaydada müəyyən edə bilmədiyindən, bu faktların müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan bəzi sənədlərdə ərizəçinin anası və xalasının atalarının adı və soyadı fərqli qeyd edilsədə məhkəmə baxışı iclasında dindirilən şahid ifadələri ilə iş materialında olan digər sənədlərdə qeyd edildiyi kimi onların doğma bacı olmaları, buna müvafiq olaraqda X13 Ərizəçi xalası olması faktı öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə qeyd edir ki, xx.xx.2005-ci il tarixdə ölmüş X13 Ərizəçi xalası olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin xx.xx.2005-ci il tarixdə ölmüş X11 miras qalmış əmlaka harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq bacısının oğlu Ərizəçi faktiki sahiblik etməsi, onu idarə etməklə miras əmlakı tamamilə birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur...; Həmin qərarın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır; Həmin qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il tarixdə ölmüş X13 Ərizəçi xalası olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin xx.xx.2005-ci il tarixdə ölmüş X11 miras qalmış əmlaka harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq bacısının oğlu- Ərizəçi faktiki sahiblik etməsi, onu idarə etməklə miras əmlakı tamamilə birmənalı şəkildə qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə ölmüş X13 Ərizəçi xalası olmaqla onların aralarında qohumluq münasibətlərinin olması müəyyən edilsin. xx.xx.2005-ci il tarixdə ölmüş X11 miras qalmış əmlaka harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq bacısının oğlu- Ərizəçi faktiki sahiblik etməsi, onu idarə etməklə miras əmlakı tamamilə birmənalı şəkildə qəbul etməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar