Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-347/2024 13.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, mərhumə nənəsi X1 1944-cü il tarixdə Şərur rayon Yuxarı Yaycı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasına ərizə təqdim edərək, ərizəsində Maraqlı şəxsnə qarşı ölüm faktının tanınması barədə ərizə ilə müraciət etdiyini, hal-hazırda nənəsi X1 ölüm haqqında akt qeydləri kitabından çıxarış əldə etdiyini, buna görə də ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə 10:45-ə təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, ərizəçi ərizənin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə "xxxx" ASC-nin Şərur rayon filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Naxçıvanbank” ASC-nin Şərur rayon filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Ərizəçi izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-347/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-347/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver