Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-362/2021 30.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların müəyyən olunması və hüquqların dövlət qeydiyyatına alınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Aqrar İslahat Komissiyasının 15.11.1996-cı il tarixli 02 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-275 A saylı torpaq şəhadətnaməsində 1500 kv.m həyətyanı torpaq sahəsindən və JN-88 nömrəli dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərüftı təyinatlı torpaq sahəsindən ona düşən ¼ payın naturada ayırmaqla hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması barədər qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Xələc kəndində 4 nəfərdən ibarət başda atası Cavabdeh olmaqla X6, İddiaçı və X2 Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-275 A saylı torpaq şəhadətnaməsi əsasında verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi və JN-88 nömrəli dövlət aktı əsasında verilmiş 0,53 ha kənd təsərüftı təyinatlı torpaq sahəsinin birgə mülkiyyətlərinə verildiyini, hazırda özünün ailəli olduğunu, yaşamağa evi olmadığından özgəsinin evində kirayədə yaşadığını, ailəsinin yaşaması üçün onun mülkiyyətində olan torpaq sahəsində mənzil inşa etməsinə isə atası Cavabdeh maneələr yaratdığını, həmçinin ailənin dolanışığı üçün kənd təsərüftı təyinatlı torpaq sahəsindən özünün istifadə edə bilmədiyini, Cavabdeh ümumi mülkiyyətlərində olan torpaq sahəsində özünə ev tikməyinə və mülkiyyətlərinə verilmiş torpaq sahələrindən istifadə etmələrinə imkan vermədiyini, bu səbəbdən də ona düşən torpaq sahəsinin naturada ayrılmasını, ona ayrıca torpaq sahəsinə mülkiyyət sənədinin verilməsini istədiyini bildirərək Şərur Rayon Aqrar İslahat Komissiyasının 15.11.1996-cı il 02 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-275 A saylı şəhadətnamədə 1500 kv.m həyətyanı torpaq sahəsindən və JN-88 nömrəli dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərüftı təyinatlı torpaq sahəsindən ona düşən ¼ payın naturada ayırmaqla hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması barədər qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 30 avqust 2021-ci il tarixdə keçirilən Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək ərizədə Cavabdeh qarşı qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Şərur Rayon Aqrar İslahat Komissiyasının 15.11.1996-cı il tarixli 02 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-275 A saylı torpaq şəhadətnaməsində 1500 kv.m həyətyanı torpaq sahəsindən və JN-88 nömrəli dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərüftı təyinatlı torpaq sahəsindən ona düşən ¼ payın naturada ayırmaqla hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması barədər qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini, haliyədə iddia tələbini dəyişdirərək Şərur rayon Aqrar İslahat Komissiyasının 15.11.1996-cı il tarixli, 02 saylı qərarı ilə Şərur rayon Xələc kənd ərazisində Cavabdeh, X5, İddiaçı və X1 adlarına JN-275A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 1499,24 kv.m həyətyanı torpaq sahəsindən və JN-88 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən ¼ (dörddə bir) hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə 2(110)- 362/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qərardadla mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında iddiaçının verdiyi izahatla eyni məzmunlu izahat verərək məhkəmədən Şərur rayon Aqrar İslahat Komissiyasının 15.11.1996-cı il tarixli, 02 saylı qərarı ilə Şərur rayon Xələc kənd ərazisində Cavabdeh, X5, İddiaçı və X1 adlarına JN-275A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 1499,24 kv.m həyətyanı torpaq sahəsindən və JN-88 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya şatan ¼ (dörddə bir) hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, həqiqətən də Şərur rayon Xələc kəndində Cavabdeh, İddiaçı, X6 və X1 birgə mülkiyyətinə Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-275 A saylı torpaq şəhadətnaməsi əsasında 1499,24 kv.m həyətyanı torpaq sahəsi və JN-88 nömrəli dövlət aktı əsasında 5300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verildiyini, həmin torpaq sahələrindən iddiaçıya çatan payın naturada ayrılmasına etirazının olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin 19.04.2021-ci il tarixli 04/121 nömrəli məktubundan görünür ki, İddiaçı bildirilmişdir ki, Şərur rayon Xələc kəndində təsərrüfat başçısı atası Cavabdeh olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinə (X6, İddiaçı, X4) JN-275 A saylı torpaq şəhadətnaməsi əsasında verilmiş 1499,24 kv.m həyətyanı torpaq sahəsi və JN-88 nömrəli dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərüftı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin 23.04.2021-ci il tarixli 04/125 nömrəli məktubundan görünür ki, Şərur rayon Xələc kəndində islahat aparılan zaman birgə mülkiyyət kimi onlara verilmiş torpaq sahəsində ailə daxilində mübahisə ilə əlaqədar İddiaçı düşən payın müəyyən olunmasının imkan xaricində olması bildirilmişdir. İş materiallarında olan Şərur rayon Xələc inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərəfindən verilmiş 233 nömrəli, 21.04.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı haliyədə Şərur rayon Xələc yaşayır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 29.07.2021-ci il tarixli, 144 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Şərur rayonu Xələc kəndində torpağın mülkiyyətə verilməsinə dair JN- 275A saylı şəhadətnamə ilə Cavabdeh, X5, İddiaçı və X1 adlarına qeydə alınmış 1499,24 kv.m həyətyanı torpaq sahəsindən və JN-88 nömrəli dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı düşən ¼ (dörddə bir) payın naturada təcrid sahələr şəklində ayrılmasının texniki baxımdan Azərbayvan Dövlət Tikinti normaları 2.6-1-nin ”Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 15.11.1996-cı il tarixli 02 saylı qərarı ilə Şərur rayon Xələc yerləşən JN-275 A saylı torpaq şəhadətnaməsi əsasında verilmiş 1499,24 kv.m həyətyanı torpaq sahəsi və JN-88 nömrəli dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərüftı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə 4 nəfərin- X6, İddiaçı, X4 və Cavabdeh adlarına qabaqcadan payları müəyyənləşdirilmədən (ümumi birgə mülkiyyət kimi) qeydə alınmışdır. Birgə mülkiyyətçilərin payları onların razılaşmasında ayrı qayda nəzərdə tutulmadığına görə bərabər hesab edilir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bildiyindən, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2021-ci il tarixli, 144 nömrəli ekspert rəyinə əsasən ¼ ( dörddə bir) payın naturada təcrid sahələr şəklində ayrılmasının texniki baxımdan mümkün olduğundan məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilərək Şərur rayon Aqrar İslahat Komissiyasının 15.11.1996-cı il tarixli, 02 saylı qərarı ilə Şərur rayon Xələc kənd ərazisində Cavabdeh, X5, İddiaçı və X1 adlarına JN-275 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 1499,24 kv.m həyətyanı torpaq sahəsindən və JN-88 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ¼ ( dörddə bir) hissə naturada ayrılaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Çünki Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Aqrar İslahat Komissiyasının 15.11.1996-cı il tarixli, 02 saylı qərarı ilə Şərur rayon Xələc kənd ərazisində Cavabdeh, X5, İddiaçı və X1 adlarına JN-275 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 1499,24 kv.m həyətyanı torpaq sahəsindən və JN-88 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 5300 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ¼ ( dörddə bir) hissə naturada ayrılaraq İddiaçı verilsin. İddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-362/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-362/2021
30.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver