Məhkəmə qərarları › İş №2(110)-393/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-393/2025

02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-393/2025 02.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “ölüm faktının tanınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü həyat yoldaşı Teymurova (Əliyeva) Kifayət İbrahim qızınun xx.xx.2016-cı il tarixdə ölməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində həyat yoldaşı xx.xx.1992-ci il təvəllüdlü Teymurova (Əliyeva) Kifayət İbrahim qızı xx.xx.2016-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda qəbristanlığında dəfn edildiyini, həmin vaxt həyat yoldaşı Teymurova (Əliyeva) Kifayət İbrahim qızının ölüm haqqında şəhadətnaməsi alınmadığını, şəxsiyyət vəsiqəsini dəyişmək üçün ona mərhumə Teymurova (Əliyeva) Kifayət İbrahim qızının ölüm haqqında şəhadətnaməsi təqdim etməsini bildirdiklərini, Kifayət Teymurovanın ölüm haqqında şəhadətnaməsini tapa bilmədiyi üçün Şərur rayon Nikah Evinə ərizə ilə müraciət edərək həyat yoldaşı Kifayət (Əliyeva) Teymurovanın ölüm haqqında akt qeydləri kitabından çıxarışının verilməsini xahiş etdiyini, Şərur rayon Nikah evindən verilmiş xx.xx.2025-ci il tarixli, 35/05-69 saylı məktubda X2 barəsində Şərur rayon Qeydiyyat Şöbəsində və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində 2016-2025-ci ilədək ölüm haqqında akt qeydi aşkar edilmədiyini, 3-16-5/8-xx-xx/2025 saylı məktubda ölüm haqında şəhdətnmənin vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verildiyi qeyd edildiyini, X18 X13 Şəxsinə müraciət edərək mərhumə Teymurova (Əliyeva) Kifayət İbrahim qızına ölüm haqqında tibbi şəhadətnamə verilməsini xahiş etdiyini, X18 X13 şəxsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli 14/118 saylı məktubda həyat yodaşı Teymurova (Əliyeva) Kifayət İbrahim qızının ölümü ilə bağlı Şərur rayon Mərkəzi Xəstəxanasnın arxivində heç bir məlumat tapilmadığını bildirdiklərini, ona görə də xx.xx.1992-ci il təvəllüdlü həyat yoldaşı Teymurova (Əliyeva) Kifayət İbrahim qızının ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq Bakı şəhərində toy mərasimindən çıxıb evə gələrkən, 2016-cı ildə martın 3-dən 4-ə keçən gecə sudurğa tutduğunu, maşında təcili yardım çağırdıqlarını, xəstəxanaya apardıqlarını, 4 gün reanimasiyada qaldığını, 2016-cı ilin martın 8-də rəhmətə getdiyini, Bakı şəhərində dəfn olunduğunu, ölüm ssəbəbi beynin infeksional xəstəliyi olduğunun müəyyən olunduğunu, hər hansı səbəbdən ölüm haqqında şəhadətnamə alınmadığını bilmədiyini bildirərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2025-cü il tarixdə 10:0-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X5 ifadəsində Namiq onun baldızının oğlu olduğunu, Bakı şəhərinə ailəsi ilə birlikdə toya getdiyini, həmin toyda Kifayət də iştirak etdiyini, martın 4-də, toydan çıxdıqdan sonra maşında halı pisləşdiyini, xəstəxanaya apardıqlarını, 4 gün reanimasiyada qalıb rəhmətə getdiyini, eşitdiyinə görə başında sudurğa olduğunu, Bakı şəhərində dəfn olunduğunu, ailəliklə yas mərasiminə gedib iştirak etdiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X8 ifadəsində Namiq onun bacısının oğlu olduğunu, onun arvadı Kifayət toydan gələndə maşında sudurğa keçirdiyini, 2016-cı ilin martın 4-də xəstəxanaya apardıqlarını, martın 8-də rəhmətə getdiyini, yasa qardaşı ilə bərabər gedib iştirak etdiklərini, Binə qəsəbəsində qəbristanlıqda dəfn olunduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X9 ifadəsində Namiq onun bacısının oğlu olduğunu, Kifayət toydan gələrkən yolda narahat olduğunu, xəstəxanaya getdiklərini, reanimasiyaya yerləşdirdiklərini, martın 8-də rəhmətə getdiyini, bacısı ilə yas mərasiminə getdiklərini, Binə kənd qəbristanlığında dəfn olunduğunu bildirmişdir. İş materiallarında olan: - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 saylı məktubdan görünür ki, Ərizəçi Şərur rayon Nikah Evinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.1992-ci il təvəllüdlü Şərur rayon Həmzəli kəndində anadan olmuş X2 ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilir. Lakin vətəndaş Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi halda bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2 maddəsinə əsasən ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilə bilər, göstərilənlərə əsasən aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 35/05-69 nömrəli arayışdan görünür ki, X2 barəsində Şərur rayon Qeydiyyat Şöbəsində və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində 2016-2025-ci ilədək ölüm haqqında akt qeydi aşkar edilməmişdir; - Şərur Rayon İcra Hakimiyyəti Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, arayış verilir mərhum X2 adına ondan ötəri ki, həqiqətən o xx.xx.2016-cı il tarixindı Bakı şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur; - qəbiristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X3 xx.xx.2016-cı ildə ölmüşdür; - Azərbaycan Respublikası Naxçıvan MR TMİB X20 X18 X13 Şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 ölümü ilə bağlı Şərur Rayon Mərkəzi Xəstəxanasının arxivində heç bir sənəd aşkarlanmamışdır. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "X16" X20 tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X1 müraciəti ilə bağlı xx.xx.2025-ci il tarixdə 18-1-17/3-1912 nömrəli ərizənizə "X16" publik hüquqi şəxsdə (Sabunçu TM) aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, X1 həyat yoldaşı Əliyeva (Teymurova) Kifayət İbrahim qızı xx.xx.2016-cı il tarixdə Ginekologiya şöbəsinə daxil olub və Terapevtik reanimasiya şöbəsinə köçürülmüşdür. xx.xx.2016-cı il tarixdə bioloji ölüm hadisəsi baş vermişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1992-ci il tarixdə Şərur rayon Həmzəli kəndində doğulmuş X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi arvadına ölüm haqqında şəhadətnamə alınması məqsədilə Şərur rayon Nikah Evinə müraciət etsədə, Şərur rayon Nikah Evi tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 saylı məktubdan görünür ki, ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilir. Lakin vətəndaş Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi halda bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2 maddəsinə əsasən ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilə bilər, göstərilənlərə əsasən aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə də, məhkəmə qeyd edir ki, xx.xx.1992-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar