Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-414/2023 13.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X20 məhkəmə iclas katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğlu ilə X30 arasında Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində bildirmişdir ki, hüquqlarını müdafiə etdiyim İddiaçı1, İddiaçı3 və İddiaçı2 Şərur rayon X19 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarı əsasında Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğluna ailə üzvüləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayon, Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv.m kənd təsərüfatı torpaq sahəsi verilmişdir. Hüquqlarını müdafiə etdiyim İddiaçı1, İddiaçı3 və İddiaçı2 bildirirlər ki, həmin torpaq sahəsinin üzərinə 8 min qələmə tingisi əkdiklərini, qələmə tinglərini birini 4 ABŞ dollarına, 2000-ci il tarixində Türkiyə Respublikasından gətirdiklərini bildirmişlər. Həmin torpaq sahəsinə cavabdeh baxıb qulluq etdiyini bu səbəbdəndə həmin əraziyə getmədiklərini bildirmişlər. 2022-ci ilin sonlarında məlumatlarının olmasını bildirmişlər. Naxşıvan MR Daşınmaz Əmlak və X35 Dövlət Xidmətinin 21 fevral 2023-cü il tarixli, 04/126 nömrəli məktubuna əsasən həmin torpaq sahəsini cavabdeh Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğlu tərəfindən 15 may 2006-cı il tarixili, 4- Ə-30 nömrəli alqı-satqı müqavilə əsasında X4 və həmin torpaq sahəsi üzərində tikili üzərində yerləşən, ümumi sahəsi 140 kv.m olan tikili ilə birlikdə xx.xx.2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Fərdi Firmasının adına qeyd olunduğu göstərilmişdir. Qeyd etmək isdəyirəm ki, Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli, 4-Ə-30 nömrəli müqaviləsi əsasında bağlanmış alqı-satqı müqaviləsi əhəmiyətsizdir. İddiaçıların məlumatı və razılığı olmadan həmin torpaq sahəsi satılanda digər mülkiyyətcilərin razılığı alınmamışdır. Hüquqlarını müdafiə etdiyim İddiaçı1, İddiaçı3 və İddiaçı2 dediklərinə əsasən, cavabdeh X3 bildirdiklərinə əsasən həmin torpaq sahəsini alqı-satqı əsasında satmadığını ailəsi və uşaqları ilə qorxutduğunu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə torpaq sahəsini qanunsuz olaraq heç bir alqı-satqı olmadan X30 həmin ərazini istifadə etdiyini, 2022-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezdenti Naxçıvan Muxtar Respublikasına səlahiyyətli nümayəndəsini təyin edəndən sonra həmin torpaq sahəsini alqı-satqı olmadan X21 adına rəsimiləşdirdiyini bildirmişdir. Həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüququ var və həmin hüquq pozulmuşdur. Hüquqlarını müdafiə etdiyim İddiaçı1, İddiaçı3 və İddiaçı2 Şərur rayon X19 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarı əsasında Niftəliyev Hüseynalı (Hüseyn) Məmmədsadıx oğluna ailə üzvüləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayon, Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv.m kənd təsərüfatı torpaq sahəsi verilmiş torpaq sahəsi paylı mülkiyətdə olan əmlakdır. Hər birinin mülkiyyət hüququ var. Mülkiyyət hüquqlarına münasibət bildirmədən Şərur rayon 2 saylı notariat kontoru alqı-satqını rəsmiləşdirmişdir. Bu səbəbdən Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli, 4-Ə-30 nömrəli müqaviləsi əsasında bağlanmış alqı-satqı müqaviləsi əhəmiyətsizdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasılarına gəlməmiş lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiacı İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştrak edən İddiaçı2 izahatında ona və ailə üzvlərinə Şərur rayon X19 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarı əsasında Şərur rayon Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv.m kənd təsərüfatı torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinin üzərinə atasının 8 min qələmə tingi əkdiyini, qələmə tinglərini birini 4 ABŞ dollarına, 2000-ci il tarixində Türkiyə Respublikasından gətirdiyini, həmin torpaq sahəsinin saxta yolla X21 adına rəsmiləşdirildiyini, onların həmin torpaq sahəsini geri almaq istəsələr də, onlara hədə-qorxu gəldikləri üçün ala bilmədiklərini, həmin torpaq sahəsində onun mülkiyyət hüququ olduğunu və həmin hüququn pozulduğunu, X9 ilə X30 arasında Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasılarına gəlməmiş lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiacı İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasılarına gəlməmiş lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiacı İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində 414 nömrəli mülki işin xx.xx.2023-cü il tarixə təyin edildiyini, Bakı şəhərində məhkəmə işi ilə əlaqədar iştirak edəcəyindən məhkəmə baxış iclasında iştirak etməyəcəyini, məhkəmə baxış iclasını onun və iddiaçıların iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştrak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştrak edən cavabdeh X9 izahatında ona və ailə üzvlərinə Şərur rayon X19 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarı əsasında Şərur rayon Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325,24 kv.m kənd təsərüfatı torpaq sahəsi verildiyini, Həmin torpaq sahəsinin üzərinə onun 8 min qələmə tingi əkdiyini, qələmə tinglərini birini 4 ABŞ dollarına, 2000-ci il tarixində Türkiyə Respublikasından gətirdiyini, alqı-satqı müqaviləsində onu adı olduğu üçün hal-hazırda onun cavabdeh qismində çıxış etsə də, onun torpağının qanunsuz olaraq başqasının adına rəsmiləşdirildiyini, onunda müqavilənin ləğv edilməsini istədiyini qeyd etmişdir. Eyni zamanda 20 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştrak edən cavabdeh X9 əlavə olaraq izahatında Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından xəbərinin olmadığını, alqı-satqı müqaviləsindəki imzanın, həmçinin 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsində dair notarius işində olan alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa ünvanlanmış ərizədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2nə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməlsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X35 Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsində qeyd olunanlara, proses iştirakçılarının izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Torpağa mülkiyyət hüquqna dair JN - 265, KOD 10213038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, Şərur rayon Yuxarı Daşarx kəndində Niftəliyev Hüseynalı M.Sadıq oğluna, X11, İddiaçı3alı oğluna və İddiaçı2alı oğluna ümumi birgə mülkiyyət hüququ əsasında 0.43 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir; - Şərur rayon 2-ci Dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli müqaviləsindən görünür ki, X1 rayon Yuxarı Daşarx kəndində yerləşən 4325.24 kv.m torpaq sahəsini vətəndaş X7; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X35 Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 04/126 nömrəli məktubundan görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli 05 nömrəli qərarı ilə X6 ailə üzvləri (cəmi 4 nəfər) ilə birlikdə Şərur rayon Yuxarı Daşarx kəndində torpağa mülkiyyət hüququna dair JN-265 nömrəli Dövlət aktı əsasında 4325.24 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüseynalı Niftəliyev həmin torpaq sahəsini Şərur rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli müqaviləsi əsasında X7. Bəhs olunan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 140 kv.m olan tikili ilə birlikdə 28 dekabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Fərdi Firmasının adına qeyri-yaşayış binası kimi qeydiyyata alınmışdır; - ünvan 2 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 09 nömrəli, 14 mart 2023-cü il tarixli arayışdan görünür ki, Şərur rayon Aşağı Araıq kəndində qeydiyyatda olmuş, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 vərəsələri aşağıdaki kimidir: 1.X18-arvadı 2.X31 3.X32 4.X24 - Cavabdeh2 15 nömrəli 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum X23 barəsində Şərur rayon iki saylı Notariyat Ofisində xx.xx.2018-ci il tarixdə 2V-22 və xx.xx.2023-cü il tarixdə isə 2V-26 reyestrlə qeyd olunmuş vərəsəsi X12 vərəsəlik hüququ haqqında şəhadətnamə verimişdir; - Cavabdeh2 xx.xx.2023-cü il tarixli 2V-26 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X27 vərəsəsi X13r və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak NAX MR DƏTMDX tərəfindən xx.xx.2001-ci il X26 verilmiş seriya nömrəsi JN-2, KOD 154 olan şəhadətnaməyə əsasən Şərur şəhəri, magistral yolun 53-cü kilometrliyi ünvanında 0.084 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 763.4 kv-m olan qeyri-yaşayış binasından ibarətdir; - Cavabdeh2 xx.xx.2018-ci il tarixli 2V-22 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X27 vərəsəsi X13r və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Dövlər Torpaq Komitəsi tərəfindən xx.xx.1999-cu il X26 verilmiş seriya nömrəsi JN-368A, KOD 10202028 olan şəhadətnaməyə əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsindən ibarətdir; - Texniki İnvertarlaşdırma şöbəsinin 23 may 2006-cı il tarixli ***-*******01-06301 nömrəli Texniki Pasportundan görünür ki, Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən ticarət obyektinin balans saxlayıcısı və mülkiyyətçisi "xxxx" fərdi firmasıdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, X34 xx.xx.2016-cı il tarixdə ünvan 2ində tənəffüs dayanması nəticəsində vəfat etmişdir; - Şərur rayon Məhkəməsinin 2(110)-414/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 753 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya göndərilmiş 15 may 2006-cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 02-ci vərəqəsində olan “İmzalar” qrafasında 1ci sırada “Нифтəлиjев h.” Yazılarının önündəki imza, 08-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında “Нифтəлиjев h.” Yazılarının önündəki imza və 09-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda “Кəримова ул.” Yazılarının önündəki X9 tərəfindən icra olunmuşdur; - Şərur Rayon Məhkəməsinin 2(110)-414/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-414/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə əlavə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1743 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 15 may 2006-cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 2-ci vərəqəsində olan “İmzalar” qrafasında 1-ci sırada “Нифтəлиjев h.” Yazılarının önündəki imza, 8-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında “Нифтəлиjев h.” Yazılarının önündəki imza və 9-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda “Кəримова ул.” Yazılarının önündəki X9 tərəfindən icra olunmuşdur; - Şərur rayon Məhkəməsinin 2(110)-414/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Beləliklə də məhkəmə tədqiqatı zamanı iş materialında olan rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüquqna dair JN - 265, KOD 10213038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, Şərur rayon Yuxarı Daşarx kəndində Niftəliyev Hüseynalı M.Sadıq oğluna, X11, İddiaçı3alı oğluna və İddiaçı2alı oğluna ümumi birgə mülkiyyət hüququ əsasında 0.43 (4325.24 kv.m) hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş, sonradan Şərur rayon ikinci dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X1 rayon Yuxarı Daşarx kəndində yerləşən 4325.24 kv.m kvadratmetr torpaq sahəsini vətəndaş X7. X29 Respublikasının Daşınmaz Əmlak və X35 Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 04/126 nömrəli məktubundan görünür ki, ... bəhs olunan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 140 kv.m olan tikili ilə birlikdə 28 dekabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Fərdi Firmasının adına qeyri-yaşayış binası kimi qeydiyyata alınmışdır. Haliyədə isə iddiaçılar sözügedən alqı-satqı müqaviləsi bağlanan zaman onların razılığının alınmadığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərində torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etsələr də, iddia ərizəsində cavabdehin həmin torpaq sahəsini ailəsi və uşaqları ilə qorxudulduğu, zor hədə qorxusu nəticəsində iddiaçıları qorumaq məqsədi ilə satıldığını etiraf etmişlər. Bu isə həmin torpaq sahəsinin satılmasından iddiaçıların məlumatlarının olmasına dəlalət edir. Eyni zamanda qeyd olunmalıdır ki, həmin torpaq sahəsinin 2006-cı ildən digər şəxsin istifadəsində olmasından xəbərləri olsa da, bu müddət ərzində iddiaçıların buna hər hansı etiraz bildirməmələri barədə məhkəməyə sübut təqdim etməmişlər. Halbuki işin müəyyən edilmiş halları da ondan ibarətdir ki, cavabdeh X9 ilə 2006-cı ildə alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən mübahisəli torpaq sahəsi X21 aşkar sahibliyində olmuş, iddiaçılar torpaq sahəsinin yerləşdiyi kəndin ərazisində yaşamaqla, həqiqətən də, X8 torpaq sahəsindən 2006-cı ildən istifadə etməyiblər və bununla bağlı ona hər hansı etiraz bildirməyiblər. Həmçinin cavabdeh X2 rayon 2 nömrəli dövlət notariat kontorunun 15 may 2006-cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından xəbərinin olmadığını, alqı-satqı müqaviləsindəki imzanın, həmçinin 15 may 2006cı il tarixli 4-Ə-30 nömrəli alqı-satqı müqaviləsində dair notarius işində olan alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa ünvanlanmış ərizədəki imzanın ona məxsus olmadığını bildirsədə, iş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1743 nömrəli rəyi ilə ekspertizaya təqdim edilmiş 15 may 2006-cı il tarixli, 4-Ə-30 reyestr nömrəli müqavilənin 2-ci vərəqəsində olan “İmzalar” qrafasında 1-ci sırada “Нифтəлиjев h.” Yazılarının önündəki imza, 8-ci vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin aşağısında “Нифтəлиjев h.” Yazılarının önündəki imza və 9-cu vərəqəsində olan Şərur rayon 2-ci dövlət notariat kontoru adına yazılmış ərizənin sonunda “Кəримова ул.” Yazılarının önündəki X9 tərəfindən icra olunması sübuta yetirilir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən iddiaçılar İddiaçı2 və İddiaçı2 yetkinlik yaşlarına çatmasalar da, onların adından valideyinlərinin imzalamaq səlahiyətləri olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiy- yətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331 - ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir; Məhkəmə qeyd edir ki, iddiaçılar həmin torpaq sahəsinin satılmasına razı olmadıqlarını bildirsələrdə, 17 il ərzində həmin torpağın X21 mülkiyyətində olmaqla ondan istifadə etməsinə hər hansı etiraz bildirməmələri iddiaçıların sonradan bəyənməsinə yönələn hərəkətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. - 360.2-ci maddəsinə əsasən isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir; - 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021 -ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il qərarında Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin əks edilən hüquqi mövqeyinə görə Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 560.1 maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; - 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Məhkəmənin mövqeyinə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Bu baxımdan məhkəmə, iddiaçıların iddiasını hüquqdan sui-istifadə kimi qiymətləndirir ki, bu da yolverilməzdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” iddiası rədd edilməməlidir. Eyni zamanda məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1743 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iş üzrə məhkəmə-xətşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul iddiaçılardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabana ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2, cavabdehlər X5, Şərur rayon 2 nömrəli Notariat Ofisinə və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi barədə” iddiası rədd edilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul iddiaçılardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabana ödənilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-414/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-414/2023
13.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver