Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-454/2021 13.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı1, Cavabdeh və mütəxəssis X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi paylı əmlakın naturada bölünməsi tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-214A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.21 ha torpaq sahəsinin və JN-227 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.04 ha torpaq sahəsindən onlara çatan payın naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində cavabdehlə onun 1992-ci ildə rəsmi daxil olaraq evləndiklərini, birgə nikahdan iki uşaqlarının olduğunu, birgə nikahdan olan uşaqlardan birinin vəfat etdiyini, digərinin isə ailə qurduğunu, Şərur rayon Məhkəməsində aramızda olan nikahın pozulması üçün iddia qaldırdığını, onların birgə yaşadıqları dövrdə onlara 0.21 ha həyətyanı torpaq sahəsi və əlavə olaraq torpaq islahatı zamanı isə 0.04 ha torpaq sahəsinin verildiyini, həyətyanı torpaq sahəsində yaşayış üçün ev də tikdiklərini, onun 15 il olar ki, Telmandan ayrılaraq Türkiyə Respublikasına getdiyini, hazırda gəldiyini və həmin torpaq sahələrinə yaxın düşə bilmədiyini, çünki Telmanın qohumları tərəfindən istifadə edildiyini, onun dəfələrlə həmin torpaq sahəsindən onlara çatan payı istəsələr də hər dəfəsində bir bəhanə gətirdiklərini, onların birgə nikah dövründə əldə etdikləri torpaq sahəsindən başqa yerləri olmadığını bildirərək 0.21 ha torpaq sahəsinin və JN-227 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.04 ha torpaq sahəsindən onlara çatan payın naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 izahatında iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək məhkəmədən torpaq islahatı zamanı Şərur rayon Dərəkənd kəndində onların ümumi birgə mülkiyyətinə verilmiş JN-214A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.21 ha torpaq sahəsindən və JN-227 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.04 ha torpaq sahəsindən ona və qızı İddiaçı2 çatan payın naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə baxışı iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, torpaq islahatı zamanı Şərur rayon Dərəkənd kəndində onların ümumi birgə mülkiyyətinə verilmiş JN- 214A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.21 ha torpaq sahəsindən və JN-227 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.04 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 çatan payın naturada bölünməsinə etiraz etdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən mütəxəssis X7 izahatında Şərur rayon Aqrar İslahat Komissiyasının 29.06.1999-cu il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Dərəkənd kəndi ərazisində Cavabdeh, İddiaçı1 və X2 adlarına JN-227 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 ( üçdə bir) hissədə paylarının naturada ayrılmasına heç bir maneənin olmadığını, vətəndaşların müraciəti əsasında həmin payların naturada ayrılmasının mümkün olduğunu qeyd etmişdir. Məhkəmə tərəflərin, mütəxəssisin izahatlarına və iş materiallarında olan və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan JN-227 KOD 10213058 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Dərəkənd kəndində Cavabdeh, İddiaçı1 və X3 (aktda texniki səhvlik olaraq X1 qeyd edilmişdir) ümumi birgə mülkiyyət hüququ əsasında 0.04 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-214A KOD 10213058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Dərəkənd kəndində Cavabdeh, İddiaçı1 və X3 (aktda texniki səhvlik olaraq X1 qeyd edilmişdir) ümumi birgə mülkiyyət hüququ əsasında 0.21 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Naxçıvan MSSR İliç rayon Siyaqut kənd XDM tərəfindən verilmiş 10 yanvar 1992-ci il tarixli V-ЖГ № 488776 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X9 arasında 10 yanvar 1992ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "İsmayılova" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyətinin Siyaqut nümayəndəliyi tərəfindən verilmiş 13 mart 1995-ci il tarixli XVİİİ-ЖГ № 476790 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 01 yanvar 1995-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(110)-454/2021 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 2(110)-454/2021 nömrəli, 05 iyul 2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 23.07.2021-ci il tarixli, 187 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Şərur rayonu Dərəkənd kəndində torpağın mülkiyyətə verilməsinə dair JN- 214A saylı şəhadətnamə ilə Cavabdeh, İddiaçı1 və İddiaçı2 adlarına qeydə alınmış 0.21 ha həyətyanı torpaq sahəsində İddiaçı1 və İddiaçı2 düşən 2/3 (üçdə iki) payın texniki baxımdan naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbəs və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan həyətyanı torpaq sahəsindən iddiaçının 2/3 (üçdə iki) hissəsindən payının ayrılması (bölünməsi) zamanı, həmin torpaq sahəsi üzrə hansı dəyişikliklərin aparılması, iddiaçının sərəncamına düşən hansı sahələrdən ibarət olması, eləcə də rəyə əlavə olunmuş plan-sxemdə ətraflı göstərilmişdir. Lakin Şərur rayonu Dərəkənd kəndində torpağın mülkiyyətə verilməsinə dair JN-227 saylı şəhadətnamə ilə Cavabdeh oğlu, İddiaçı1 və İddiaçı2 adına qeydə alınmış payın naturada ayrılması (bölünməsi) xüsusi bilik tələb etmədiyindən, həmin torpaqların verilməsinə sərəncam verən müvafiq təşkilat (Naaxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidməti) tərəfindən aparıla bilər ki, göstərilən fakt son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(110)- 454/2021 saylı qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 07.05.2021- ci il tarixli, 16943 nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar 10 manat dövlət rüsumu ödənilmişdir. Şərur rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(110)-454/2021 nömrəli qərardadı ilə mülki iş üzrə artıq ödənilmiş 10 manat dövlət rüsumu geri qaytarılmışdır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərin bəzilərində İddiaçı2 soyadı “İsmayılova”, bəzilərində “Əhmədova” kimi qeyd edilmişdir. Lakin iş materiallarında iddiaçıya məxsus sonuncu sənəd olan AA1035689 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun soyadı “Əhmədova” kimi yazılmışdır. Məhz bu səbəbdəndə məhkəmə qətnamədə nəticəyə gələrkən iddiaçının soyadının, adının və ata adının İddiaçı2 kimi qeyd edilməsi qənaətinə gəlir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 29.06.1999-cu il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Dərəkənd kəndində yerləşən JN-214A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha həyətyanı torpaq sahəsi və JN-227 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə 3 nəfərin- Cavabdeh, İddiaçı1 və X2 adlarına qabaqcadan payları müəyyənləşdirilmədən (ümumi birgə mülkiyyət kimi) qeydə alınmışdır. Birgə mülkiyyətçilərin payları onların razılaşmasında ayrı qayda nəzərdə tutulmadığına görə bərabər hesab edilir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bildiyindən, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.08.2021-ci il tarixli, 187 nömrəli ekspert rəyinə əsasən JN-214A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh, İddiaçı1 və İddiaçı2 adlarına qabaqcadan payları müəyyənləşdirilmədən (ümumi birgə mülkiyyət kimi) qeydə alınmış 0.21 ha həyətyanı torpaq sahəsində İddiaçı1 və İddiaçı2 düşən 2/3 (üçdə iki) payın naturada təcrid sahələr şəklində ayrılmasının texniki baxımdan mümkün olmasını və JN-227 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Cavabdeh, İddiaçı1 və X2 adlarına verilmiş 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 ( üçdə bir) hissədə paylarının naturada ayrılmasına heç bir maneənin olmaması barədə məhkəmə baxışı iclasında iştirak edən mütəxəssisin izahatına əsaslanan məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilərək Şərur rayon Aqrar İslahat Komissiyasının 29.06.1999-cu il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Dərəkənd kəndi ərazisində Cavabdeh, İddiaçı1 və İddiaçı2 adlarına JN-214 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha həyətyanı torpaq sahəsindən və JN-227 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 (üçdə bir) hissədə payları naturada ayrılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; -213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; - 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. - 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; - 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; - 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçıların iddia tələbinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödənsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Aqrar İslahat Komissiyasının 29.06.1999-cu il tarixli 05 nömrəli qərarı ilə Şərur rayon Dərəkənd kəndi ərazisində Cavabdeh, İddiaçı1 və İddiaçı2 adlarına JN-214 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha həyətyanı torpaq sahəsindən və JN-227 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 (üçdə bir) hissədə payları naturada ayrılsın. İddia qaldırılarkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-454/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-454/2021
13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver