Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-461/2022 20.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçıalr xx.xx.2020-ci il tarixdə vəfat etmiş ataları X1 miras qalan **********62 reyster nömrəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi üzrə onlara- İddiaçı1 və İddiaçı2 çatan payın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı1 xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Digər iddiaçı isə üzürlü səbəb göstərmədən heç bir məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iş üzrə ərizənin qaytarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı ərizəsində dövlət rüsumunun icraya yönəldilməməsini xahiş etdiyindən rüsum məsələsinə münasibət bildirmir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-461/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-461/2022
20.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver