Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-540/2020 16.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payların müəyyən edilməsi tələbi barədə” mülki işə Şərur rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı iddia qaldırmış və xx xxxxxxxx 2007-ci il tarixdə şərur rayonun Şəhriyar kəndində vəfat etmiş X1 miras qalmış Şərur rayonun Şəhriyar kəndində 0.15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.m təşkil edən fərdi yaşayış evindən, torpaq sahəsindən, VAZ-2106 markalı minik avtomobilindən və qarajdan payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı atası X1 miras qalmış Şərur rayonun Şəhriyar kəndində 0.15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 kv.m təşkil edən fərdi yaşayış evindən, torpaq sahəsindən, VAZ-2106 markalı minik avtomobilindən və qarajdan payların müəyyən olunmasını istədiyini, lakin bununla bağlı da notariat kontoruna şifahi müraciət etdiyini bildirdi iddia tələblərini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında heç bir üzürlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarının tədqiq edib hesab edir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərə əsasən izah edir. Belə ki, idda ərizəsininin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni notariat orqanına vərəsəliklə bağlı müraciət etməsi və notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi barədə məktubu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, İddiaçı tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 56914 №li qəbzlə "Kapital Bank"ın Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payların müəyyən edilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 56914 №li qəbzlə "Kapital Bank"ın Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından geri qaytarılsın. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-540/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-540/2020
16.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver