Məhkəmə qərarları › İş №2(110)-572/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-572/2024

10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-572/2024 10.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X16 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “ölüm faktının tanınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.1994-cü ildə ölməsi faktının tanınması barədə qətnamə qənul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, X25 ilə birgə nikahdan doğulmuş övladımız -xx.xx.1990-ci il təvəllüdlü X17 xx.xx.1994-cü il tarixdə qızılca xəstəliyindən vəfat etmiş və cənazəsi Şərur rayon Danyeri kənd qəbristanlığında dəfn olunmuş, lakin bu günə kimi X7 ölüm faktı dövlət orqanlarında qeydiyyata alınmamış və ölüm haqqında şəhadətnamə verilməmişdir. Bildirirəm ki, qızım X3 rayon Qaraburc kənd sakini X21 ilə ailə quraraq işləmək məqsədi ilə ailəliklə Türkiyə Respublikasına getmiş, 10 aydan sonra Türkiyə Respubikasından qayıtdıqdan sonra ona 5 illik Türkiyə Respublikasına girişinə qadağa qoyulmuş, bu səbəbdən də ailəsinin yanına qayıda bilməmişdir. Bu səbəbdən də qızım X14 Respublikasına ailəsinin yanına getmək üçün köməklik göstərmək üçün evdə vəfat etmiş qızım X7 doğum şəhadətnaməsindən istifadə edərək 2008-ci ilin avqust ayında ona yeni şəxsiyyət vəsiqəsi alaraq həmin ilin sentyabr ayına həmin şəxsiyyət vəsiqəsindən istifadə edərək qızım Əfsanə (Sahilə) ilə X21 arasında nikahlarını rəsmiləşdirərək saxta Nikah haqqına şəhadətnamə alınaraq Məmmədova soyadı Əliyeva soyadına dəyişdirilmiş və qızım X2 adına saxta şəxsiyyət və ümum vətəndaş pasportu alaraq yenidən ailəliklə Türkiyə Respublikasına getmişlər. 2024-cü ilin yanvar ayının sonlarında Şərur rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları tərəfindən X8 X7 adına saxta şəxsiyyət vəsiqəsi verildiyi müəyyən edilmiş və Şərur rayon Polis İdarəsində bununla bağlı Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Şərur rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-in 75.1.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin saxta şəxsiyyət vəsiqəsi və ümum vətəndaş pasportu qeaktiv olunması üçün Şərur rayon Polis İdarəsinin Qeydiyyat və X15, saxta şəxsiyyət vəsiqəsinə əsasən verilmiş X19 isə ləğv olunması üçün Şərur rayon Qeydiyyat Şöbəsinə (Nikah Evinə) göndərilmiş, X7 ölüm faktı müvafiq dövlət orqanı tərəfindən qeydiyyata alınmadığndan X9 ləğv edilməsi mümkün olmamışdır. Ona görə də mən xx.xx.1990-ci il təvəllüdlü X11 ölüm haqqında şəhadətnamə verilməsi üçün Şərur rayon Nikah evinə müraciət etdim, Şərur rayon Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli 120/204 saylı məktubda X7 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ona ölüm haqqında Şəhadətnamə verilməsindən imtina edərək aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də xx.xx.1990-ci il təvəllüdlü X11 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə 15:00-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X4 Məmmədova ilə qonşu olduqlarını, 1991-ci ildə Əfsanə adlı uşaqlarının doğulduğunu, təxminən 4-5 yaşlarında onun qızılca xəstəliyindən vəfat etdiyini, Danyeri kəndinin qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X5 Məmmədovanın onun həyat yoldaşı olduğunu, birgə nikahlarından xx.xx.1990-cı il təvəllüdlü X7 doğulduğunu, 5 yaşında qızılca xəstəliyinə tutulduğunu, xx.xx.1994-cü ildə vəfat etdiyini, bilməməzlikdən ölüm haqqında şəhadətnamə almadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X6 Məmmədovanın onun anası olduğunu, 1991-ci ildə bacısının doğulduğunu, adının Əfsanə olduğunu, onun 1994-cü ildə qızılca xəstəliyindən vəfat etdiyini, Danyeri kəndinin qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon İcra Hakimiyyəti Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.1990-cı il tarixdə anadan olmuş və vəfat etdiyi günədək Şərur rayon Danyeri kəndində qeydiyyatda durub, xx.xx.1994-cü il tarixdə Şərur rayon danyeri kəndində vəfat edib, Danyeri kənd qəbirstanlığında dəfn edilib; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunun məzmunundan görünür ki, Ərizəçi xx.xx.1990-cı il təvəllüdlü X7 ölüm haqqında şəhadətnaməsini almaq üçün Nikah Evinə müraciət etmiş, məsələnin həlli ilə bağlı aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür; - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evinin arxivində və “Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə 1994-2024-cü illər üzrə ilkin və bərpa akt qeydi kitabları axtarılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1990-cı il tarixdə Şərur Rayon Danyeri kəndində doğulmuş X13 xx.xx.1994-cü il tarixdə Şərur Rayon Danyeri kəndində qızılca xəstəliyindən ölmüş, Danyeri kənd qəbirstanlığında dəfn edilmişdir. Odur ki qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə də, məhkəmə qeyd edir ki, xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.1994-cü ildə Şərur rayonu Danyeri kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.1994-cü il tarixdə Şərur Rayon Danyeri kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.1994-cü ildə Şərur rayonu Danyeri kəndində ölməsi faktı müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar