Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-579/2023 02.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mediasiya prosesində Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli İ-1002/2022 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində tələbinin əsası kimi Maraqlı şəxs ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olduqlarını, xx.xx.2022-ci il tarixdə X1 doğulduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-46/2023 saylı qətnaməsi ilə nikahlarının pozulduğunu, xx.xx.2022-ci il tarixdə M-00118 reyster nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə Maraqlı şəxs ilə barışıq sazişinin bağlanıldığını, barışıq sazışının şərtlərinə görə Maraqlı şəxs aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq onun xeyrinə ödəməyi öhdəsinə götürdüyünü, 2023-cü ilin mart ayınadək alimenti vaxtıvaxtında ödəməsində baxmayaraq mart ayından bu günə kimi alimenti ödəmədiyini, ona görə də barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmdən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Ona görə də məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, AZ-İİ №157667 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2020-ci il tarixdə 50 № ilə nikaha daxil olublar. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV № 632845 nömrəli doğum haqqında şəhadətnamənin görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İ-1002/2022 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs oğlu ilə Ərizəçi arasında bir uşağın saxlanması üçün ayda Maraqlı şəxs aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində alimentin ödənilməsinə dair razılığa gəlmişlər. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)- 46/2023 nömrəli qətnaməsindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasındakı xx.xx.2020-ci il tarixli 50 nömrəli nikah pozulmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşdurlar.Tərəflər nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. Mediyasıya sessiyasında tərəflər bir uşağın saxlanması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Onlar arasında Şərur Rayon Məhkəməsinin 2(110)-46/2023 nömrəli qətnaməsi ilə nikah pozulmuş və yetkinlik yaşına çatmayan uşağın anası ilə yaşaması müəyyən olunmuşdur. Lakin Maraqlı şəxs bağlanmış barışıq sazişinin şərtlərini pozaraq alimenti ödəməkdən yayınmışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib bağlanmış barışıq sazişinin qanuna zidd olmadığını və Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 355-26-cı maddəsində sadalanan halların olmadığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli İ-1002/2022 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği ərizəçinin mediyasiyaya müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Mülki- Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.2022-ci il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq anası ünvan 1 ünvanında yaşayan Ərizəçi ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin olunsun. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli İ-1002/2022 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq anası ünvan 2 ünvanında yaşayan Ərizəçi ödənilsin. Alimentin tutulması barışıq sazişinin bağlandığı xx.xx.2022-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-579/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-579/2023
02.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver