Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-583/2025 12.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X3 Elman oğlunun sədrliyi, oğlunun katibliyi ilə Ərizəçi Şərur Rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən olunması dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1942-ci il təvəllüdlü qardaşı X1 xx.xx.2014-cü il tarixdə ölməsi faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1942-ci il təvəllüdlü X1 xx.xx.2014-cü il tarixdə xərçəng xəstəliyindən vəfat etdiyini, Şərur rayon Zeyvə kənd qəbristanlığında dəfn edildiyini, həmin vaxt qardaşı X1 ölüm haqqında şəhadətnaməsinin alınmadığını, miras əmlakın qəbulu ilə əlaqədar müraciət etmək üçün mərhumə qardaşı X1 ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsi tələb olunduğundan Şərur rayon Nikah Evinə ərizə ilə müraciət edərək qardaşı Sadıx Həsənovun barəsinddə ölüm haqqında akt qeydləri kitabından çıxarışının verilməsini xahiş etdiyini, Şərur rayon Nikah evindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda xx.xx.1942-ci il təvəllüdlü qardaşı X1 barəsində Şərur rayon Qeydiyyat Şöbəsinin arxivində və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində 2014-2025-ci ilədək ölüm haqqında akt qeydi aşkar edilmədiyi, xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-185/25 saylı məktubda ölüm haqında şəhdətnmənim vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnməsi əsasənda verildiyini bildilərək aidiyyəti ürə məhkəməyə mürciət etmək məsləhət görüldüyünü, X6 X4 şəxsinə ərizə ilə müraciət edərək mərhum X2 ölüm haqqında tibbi şəhadətnamə verilməsini xahiş etdiyini, X6 X4 şəxsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli 18-1-92-6/214/2025 saylı məktubda qardaşı X1 ölümü ilə bağlı Şərur rayon Mərkəzi Xəstəxanasnın arxivində heç bir məlumat tapılmadığının bildirildiyini, ona görə də xx.xx.1942-ci il təvəllüdlü qardaşı X1 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yarandığını bildirmişdir. Mülki iş üzrə 12 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə Ərizəçi və maraqlı şəxsin nümayəndəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsini səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şxəsin nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə ərizəçinin və maraqlə şəxsin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Ərizəçi Şərur Rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinin vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması ərizəçi tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASC-in Şərur Rayon Filialı vasitəsilə ödədiyi 100 (yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdi: Ərizəçi Şərur Rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən olunmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiya geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASCin Şərur Rayon Filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Orucəliyev Abil
Məhkəmə qərarları › İş №2(110)-583/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-583/2025
12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver