Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-615/2023 24.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qanunsuz sahibliyindən “Volkswagen Tıguan” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində mülkiyyətimdə olan “Volkswagen Tıguan” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilimi 1 il müddətində etibarnamə əsasında verdiyini, etibarnamənin müddətinin bitməsinə baxmayaraq cavabdehin minik avtomobilini ona qaytarmadığını, dəfələrcə müraciət etməsinə baxmayaraq, ona məxsus olan əmlakı geri qaytarmaq istəmədiyini, qeyri-qanuni olaraq əmlakını sahibləndiyini, törətdiyi inzibati xətalara görə maşının sahibi olduğu üçün onun inzibati məsuliyyətə cəlb edildiyini, nəqliyyat vasitəsini cavabdehin özü hüquqsuz idarə etməklə yanaşı, digər şəxslərində istifadəsinə verdiyini, bununla əmlakına ziyan vurulduğunu, avtomobilə aid sənədlərin əslinin cavabdehdə olduğunu bildirmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə sənədi yaşayış yeri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmiş, nümayəndəliyin arayışına əsasən cavabdehin özünün və yaxın qohumlarınınn ərazidə yaşamadığından məhkəmə bildirişinin çatdırılması mümkün olmadığını bildirilmiş, iddiaçı isə heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə iştirak edən şəxsin izahatı: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında və verilən suallara cavabında ərizədə qeyd olunan halları təsdiq etdiyini, iddiaçı ilə cavabdehin arasındakı razılaşmanın xx.xx.2020-ci ildə olduğunu, həmin razılaşmaya əsasən cavabdeh avtomobilin ya dəyərini, ya da onun əvəzinə torpaq sahəsi verəcəyini, lakin üstündən neçə il keçməsinə baxmayaraq cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, oğlunun avtomobili 1 illik etibarnamə ilə cavabdehə verdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı ”Volkswagen Tıguan” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdən 1 il müddətinə yəni, xx.xx.2021-ci il tarixədək Cavabdeh etibarnamə ilə vermişdir. İş materiallarında olan məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli, 2133860/2023 nömrəli məktubundan görünür ki, ”Volkswagen Tıguan” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X1 etibarnamə verilmiş və həmin etibarnamənin də qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının nümayəndəsinin izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ”Volkswagen Tıguan” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı avtomobili xx.xx.2020-ci il tarixdə Cavabdeh etibarnamə ilə vermişdir. Sorğu əsasında müəyyən olunmuşdur ki, sözügedən avtomobil sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon sakini X1 etibar edilmişdir. Məhkəmə hesab edir ki, həmin avtomobilin hal-hazırda Cavabdeh istifadəsində olmasına dair sübut məhkəməyə təqdim olunmadığından ona qarşı iddia təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunan hüquq normasının işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olmasına dair sübut təqdim olunmadığından, əksinə avtomobilə dair sonuncu etibarnamənin Bakı şəhərində yaşayan üçüncü şəxsə verildiyindən verildiyndən Cavabdeh qarşı iddia rədd olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-615/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-615/2023
24.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver