Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-666/2024 03.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi nümayəndə-vəkili Vəkil iştirakı ilə hüquqi əhəmiyyətli qohumluq və mirasın qəbulu faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək mərhum X9 ilə qohumluq dərəcəsinin, yəni mərhum atası X13 bibisi olması faktının müəyyən olunması, mərhum X4 atası X13 və anası mərhum X6 ölümüdən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras qalmış əmlakın onun tərəfindən faktiki qəbulunun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi xx.xx.1980-ci ildə Xələc kəndində doğulduğunu, valideynlərinin və atasının bibisi Səfiyə ilə birlikdə Xələc kəndində yaşadıqlarını, Şərur Rayon Aqrar İslahat Komissiyasının 15.111996-cı il tarixdə 02 saylı qərarı ilə Şərur rayon Xələc kəndində JN-223 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X9, X18 və X6 birgə mülkiyyətinə verilmiş 0,139 ha və 0.307 ha həyətyanı torpa sahələrinin miras qaldığını, xx.xx.2023-cü il tarixdən həmin torpaq sahələrinin NMR DƏMDX tərəfindən dövlət reysterində 19/42 nömrəli reyster kitabının 8328 və 8329 reyster vərəqində qeydiyyata alınaraq X9, X18 və X6 adına daşınmaz əmlakın dövlət reysterindən çıxarışlarının verildiyini, atasının xx.xx.2023-cü il tarixdə Şərur rayon 2 saylı notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş X5 və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış mirasdan pay tələbinin olmadığını bildirdiyini, X11, X1 Ramiz Əhməd oğlunun ölümündən sonra miras əmlak kimi faktiki olaraq yaşamaqla qəbul etdiyini, lakin maddi imkanı olmadığında görə həmin miras əmlakı vaxtında adına rəsmiləşdirə bilmədiyini, Şərur Rayon Nikah Evindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan X4 nikah haqqında akt qeydinin tapılmadığını, xx.xx.2023-cü il tarixdə Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş arayışda X4 ailə üzvlərinin olmadığını qeyd edildiyini, icra nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, onların ərizəçidən başqa vərəsəsi olmadığını, xx.xx.2024-cü il tarixdə Şərur rayon 1 saylı Notarit Ofisə müraciə edərək onlardan qalmış əmlaka şəhadətnamə verilməsini xahiş etdiyini, notarit ofisinin xx.xx.2024-cü il tarixli 55 saylı qərarı ilə mərhum X9 ilə qohumluğunun müəyyən olunmadığını və vərəsəliyin açılma müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edildiyini, buna görə məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndə-vəkili ərizədə qeyd olunan halları təsdiq etdiyini bildirərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən ərizəçi izahatında ərizəni müdafiə etdiyini, bir həyətdə iki torpaq sahəsinin olduğunu, həmin evdə ana, ata, atasının bibisinin və özünün yaşadığını, hal-hazırda da həmin evdə yaşadığını bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslərə və ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxslərin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ərizəçi isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X21 izahatında və verilən suallara cavabında Xələc kəndində doğulduğunu, o vaxtdan bəri orada yaşadığını, kolxoz sədri, icra nümayəndəsi vəzifələrində işlədiyini, Səfəralı kişinin Qəhrəmanova Səfiyə, Qəhrəmanov Əhməd və Qəhrəmanov Qəhrəman adlı üç övladının olduğunu, balaca olan vaxtı Qəhrəmanın cavan vaxtda öldüyünü eşitdiyini, Əhmədin Səfiyədən qabaq vəfat etdiyini, Səfiyənin isə 10-15 ildir ki, öldüyünü, Səfiyənin ailə qurmadığını, qardaşı Əhməd vəfat etdikdən sonra Əhmədin oğlu Ramizi saxlayıb böyütdüyünü, sonra Ramizin Zərifə adlı qadınla evləndiyini, onların Nuranə adlı qızlarının doğulduğunu, Zərifənin 2007-ci ildə vəfat etdiyini, ondan sonra Səfiyə, Ramizin həmin evdə yaşadıqlarını, Nuranənin gəlib onlara baxdığını, 2011-ci ildə Səfiyə vəfat etdikdən sonra Ramizin o evdə yaşamağa davam etdiyini, Nuranənin isə ailə qurduğunu, Nuranənin oğlu idmançı olduğuna görə Bakı şəhərinə gedib-gəldiyini, atası xəstə olan vaxtı Nuranənin atasını müalicə üçün Türkiyəyə apardığını, Ramiz vəfat etdikdən sonra Nuranənin onun 40 mərasimi keçirdikdən sonra yenidən getdiyini, arada gəlib evə nəzarət etdiyini, Ramizin, arvadı, qızı və bibisi Səfiyə ilə bir evdə yaşadıqlarını, bir torpaq sahəsində iki evin olduğunu, evin açarının Nuranədə olduğunu, onun evə nəzarət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X25 izahatında və verilən suallara cavabında Səfiyə, Əhməd və Qəhrəmanın bacı-qardaş olduqlarını, Qəhrəmanın cavan vaxtı öldüyünü eşitdiyini, Səfiyənin evlənmədiyini, onun qardaşı oğlu Ramizi saxladığını, onların bir həyətdə yaşadıqlarını, Ramizin Zərifə adlı qadınla evləndiyini, bir uşağının doğulduğunu, birinci Zərifənin sonra Səfiyənin rəhmətə getdiyini, onlar rəhmətə getməmişdən əvvəl Nuranənin Xələc kəndinə ərə getdiyini, Səfiyə vəfat edəndən sonra da Ramizin o evdə yaşadığını, Nuranənin isə atasının yanına gedib-gəldiyini, Ramizin vəfat etdikdən sonra isə orada heç kimin yaşamadığını, Nuranənin gəlib-getdiyini, həyətdə bir torpaq sahəsinin olduğunu, lakin onun ortasından su kanalının keçdiyini, miras əmlakla bağlı heç bir mübahisə olmadığını, yeganə vərəsinin Nuranə olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin **********61 reyster nömrəli və **********62 reyster nömrəli çıxarışlardan görünür ki, Şərur rayon Xələc kəndində yerləşən 0.3072 və 0.1389 ha torpaq sahəsi X7 məxsus olmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X18 və X11 xx.xx.1977-ci il tarixdə nikaha daxil olublar. İş materiallarında olan VVAQ tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1980-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ 164777 nömrəli, xx.xx.2022-ci il tarixli AZ-İ № 375669 nömrəli və xx.xx.2024-cü il tarixli AZ-İİ 296941 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan görünür ki, X11 xx.xx.2007ci il tarixdə, X9 xx.xx.2011-ci il tarixdə, X18 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/105742-23 nömrəli arayışdan görünür ki, X9 öldüyü xx.xx.2011-ci il tarixədək subay olmuşdur. İş materiallarında olan Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur rayonu Xələc kənd İƏDN-in 2006-2010-cu illərər aid təsərrüfatbaşına kitabında Şərur rayon Xələc kənd sakini olmuş mərhum X9 ailə başçısı olmaqla ailə üzvlərinin olmadığı arxiv sənədlərində qeyd olunmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 71 nömrəli məktubdan görünür ki, X4 1936-cı ildən 1950-cı illər üzrə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli 55 nömrəli qərarından görünür ki, Ərizəçi, X11, X9 və X12 miras qalmış əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Xələc kənd İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 115 və 116 nömrəli arayışlardan görünür ki, X4 nikahı olmamış, vəfat etdikdən sonra vərəsəsi qardaşının nəvəsi Ərizəçi, X18 və X6 vərəsəsi Ərizəçidır. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum akt qeydi üzrə çıxarışdan görünür ki, xx.xx.1980-ci il tarixdə doğulmuş Ərizəçi valideynləri X18 və X8r. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, xx.xx.1998-ci il tarixdə X2 İnşallah Qənbər oğlu ilə nikaha daxil olmuş və nikahdan sonra qadına Əzimova soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 02/792 nömrəli arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə edilən Şərur rayon Xələc kəndinin 1938-1953-cü illərə aid təsərrüfatbaşına kitablarında Qəhrəmanov Səfəralı və ailə üzvləri ilə bağlı hər hansı bir məlumata rast gəlinməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin nümayəndə-vəkilinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X9 və X14 bacı və qardaş olmuşlar. X14 1980-ci il tarixdə ölmüşdür. X9 nikaha daxil olmamış, qardaşı oğlu X16 böyütmüş və bir ailədə yaşamışlar. X9 2011-ci il tarixdə ölmüşdür. X4 vərəsəsi X18 olmuşdur. X11 xx.xx.2007-ci il tarixdə, X18 isə 2023-cü il tarixdə ölmüşdür və onun yeganə vərəsəsi Ərizəçidır. Şərur Rayon 2 Saylı Notariat Ofisi xx.xx.2024-cü il tarixli qərarı ilə X11, X9 və X12 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Ərizəçi bundan sonra qohumluq faktının müəyyən olunması və mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə ərizəçinin atasının X17 ilə qohumluq münasibətinin olması və mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən olunmuşdur. X11, X9 və X12 miras qalan torpaq sahəsi həmin şəxsin sağlığında və vəfatından sonra ərizəçinin istifadəsində olmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə görə məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş, lakin vərəsəlik hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 X13 bibisi olması faktı və X5, X3 və X12 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 X13 bibisi olması faktı müəyyən edilsin. X3 miras qalmış əmlakın X18 tərəfindən, X18 və X5 miras qalmış əmlakın isə Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-666/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-666/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver