Məhkəmə qərarları › İş №2(110)-677/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-677/2025

18.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-677/2025 18.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X13 Elmar oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək, Şərur rayon Cəlilkənd kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh tərəfindən götürülmüş əmlakların və yaxud dəyərinin 3800 manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə X4 və onun ailə üzvləri – İddiaçı, X5 və X3 Şərur rayonunun Cəlilkənd kəndi ərazisində 0.10 ha həyatyanı torpaq sahəsi JN-155A nömrəli, 10204018 kodlu torpaq şəhadətnaməsi ilə birgə mülkiyyət kimi verilmişdir. Həmin torpaq sahəsinin üzərində ailə tərəfindən fərdi yaşayış evi inşa olunaraq yaşayış məqsədilə istifadə edilmişdir. X2 2006-cı ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Onlar ailə qurduqdan sonra o, işləmək məqsədilə Türkiyə Respublikasına getmiş, həmin müddətdə evdə ona məxsus müəyyən əmlak qalmışdır. X1 ilə Cavabdeh arasında mübahisələr yaranmış və artıq 10 ilə yaxındır ki, onlar ayrı yaşayırlar. Hazırda onların nikahının pozulması prosesi davam edir. Bu vəziyyətdən istifadə edən cavabdeh ona məxsus evin qapısını icazəsiz qıraraq içəridəki əmlakları götürmüşdür. Həmin əmlaklar paltar yuyan maşın (Beko) – 500 manat, soyuducu (Arçelik) – 500 manat, divan-kreslo – 1000 manat, soba – 400 manat, qaz sobası – 200 manat, stol – 100 manat, dəmir reşotka – 300 manat, taxta qapı – 500 manat, musiqi sistemi – 300 manat olmaqla, cəmi 3800 manat olan əşyalardan ibarətdir. Dəfələrlə cavabdehdən ona məxsus əmlakların geri qaytarılmasını tələb etsə də, cavabdeh bu tələblərə məhəl qoymamış və əmlakı qanunsuz olaraq mənimsəmişdir. Belə olan halda iddiaçı qərara gəlmişdir ki, cavabdeh onun mülkünü geri qaytarmalıdır. Mülki iş üzrə 18 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Bununla əlaqədar olaraq yalnız İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı əmlak tələbinə dair iddia qaldırdığını, hazırda işinə məhkəmədə baxılmasını istəmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar