Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-678/2021 24.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 230.95 manat məbləğində əsas borc 174.09 manat faiz borcu olmaqla, ümumilikdə 405.04 (dörd yüz beş manat dörd qəpik) manat borcun və 20.4 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində cavabdeh İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26 avqust 2019-cu il tarixli, 106804-755122/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 29% dərəcəsi ilə 520 (beş yüz iyirmi (.00)) manat məbləğində kredit verildiyini borcalanın əsas öhdəliyi lazımınca icra etmədiyini, və kreditin təstiq olunmuş hissəhissə ödəmə qrafikini pozduğunu, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da onun, Banka olan borcunu ödəmədiyini, 12 avqust 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 230.95 manat məbləğində əsas borcu,və 174.09 manat faiz borcu olmaqla, ümumilikdə 405.04 (Dörd yüz beş (.04)) manat əbləğində kredit borcu yarandığını istehkak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasın, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürdüyünü, eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yarandığını, belə ki, borcalanın krediti vaxtında ödəmədiyini və nəticədə gecikdirilmiş kredit yarandığını qeyd edərək, Cavabdeh 230.95 manat məbləğində əsas borc 174.09 manat faiz borcu olmaqla, ümumilikdə 405.04 (Dörd yüz beş (.04)) manat borcun və 20.4 (iyirmi (.40)) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 13 sentyabr 2021-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 26 avqust 2019-cu il tarixli, 106804-755122/1 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Neftçilər filialı arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3-ci bəndinə əsasən “Bank” “Borcalana” şəxsi istehlak məqsədi ilə illik faiz dərəcəsi 29% olmaqla 12 (on iki) ay müddətinə 520 (beş yüz iyirmi) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə 20 (iyirmi) manat kredit məbləğinin nağd çıxarılmasına görə 10 (on) manat komisyon haqqı ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqavilə üzrə Əsas borc və faizlər ödəniş cədvəlinə (Əlavə nömrə 1) əsasən Borcalanın Bankdakı AZ98AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya pnağd şəkildə mədaxil edilməkləhəmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən kreditlər tam həcmdə tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. İş materiallarına əlavə olunmuş 26.08.2019-cu il tarixli ödəniş planına əsasən, İddiaçı ASC-nin Neftçilər filialı tərəfindən oğluna aylıq 29 faiz dərəcəsi ilə 12 ay müddətinə 520 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 26.09.2019 - 26.07.2020 - ci il tarixləri ərzində ayda 50.44 manat, 26.08.2020 tarixində isə 50.40 manat pulu İddiaçı ASC-nin Neftçilər filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, 28 fevral 2018-ci il tarixdə Cavabdeh imza etdirilməklə 5000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 12.08.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 12 avqust 2021-ci il tarixə Banka 230.95 manat əsas borc, 174.09 manat faiz borcu olmaqla cəmi 405.04 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Kassa məxaric orderinin təsdiqlənmiş surətindən görünür ki, 26.08.2019-cu il tarixdə Cavabdeh imza etməklə Bankdan 520 manat pulu götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh oğluna ünvanladığı 14.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə İddiaçı ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 12.08.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "Expressbank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 20 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC-nin Neftçilər filialı ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2019-cu il tarixli, 106804-755122/1 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi ilə illik faiz dərəcəsi 29% olmaqla 12 (on iki) ay müddətinə 520 (beş yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı kreditləri faizləri ilə birlikdə 26.09.2019 - 26.07.2020-ci il tarixləri ərzində ayda 50.44 manat, 26.08.2020 tarixində isə 50.40 manat pulu İddiaçı ASC-nin Neftçilər filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmış, buna görə də İddiaçı ASC Borcalana qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 230.95 manat məbləğində əsas borc 174.09 manat faiz borcu olmaqla, cəmi 405.04 manat pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi üzrə ödənilmiş 20.4 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən, iddia tələbi həmin hissədədə təmin edilərək 20.4 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 230.95 (iki yüz otuz manat doxsan beş qəpik) manat məbləğində əsas borc, 174.09 (bir yüz yetmiş dörd manat, doqquz qəpik) manat faiz borcu, cəmi 405.04 (dörd yüz beş manat dörd qəpik) manat borc və 20.4 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 425.08 (dörd yüz iyirmi beş manat səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-678/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-678/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver