Məhkəmə qərarları › İş №2(110)-767/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-767/2023

03.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-767/2023 03.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-00118 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş X1 iştirakı ilə onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli M-293/2023 saylı barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində nikah aktı qeydi kitabında 86 nömrə ilə rəsmi nikah qeydindən keçərək ailə qurduqlarını, birgə yaşadıqları müddətdə ailə münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir ailə məişət zəmnində münaqişələrinin olmadığını, ailə təsərrüfatını birgə idarə etdiklərini, onların bu nikahından iki övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulduğunu, bir müddət birgə yaşadıqdan sonra Maraqlı şəxs ailəyə soyuq münasiət bəsləməsi, heç bir yerdə işləməməsi, evə qazanc gətirməməsi və ailəyə maddi dəstəkdə olmaması səbəbindən tez-tez ailə məişət zəmnində mübahisələr etməyə başladıqlarını, bununda ailə münasibətərində soyuqluğun yaranmasına səbəb olduğunu, onun aralarında olan ailə münasibətlərindən irəli gələn nikahın pozulması, uşaqların ananın yanında nqalması və aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etdiyini, xx.xx.2023-cü il tarixdə mediasiya prosesi zamanı uşaqların yaşayış yerinin onun yanında saxlanması və aliment tələbi hissəsində cavabdeh Maraqlı şəxsla razılığa gələrək M-00118 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş X1 iştirakı ilə M-293/2023 saylı barışıq sazişi imzaladıqlarını, barışıq sazişinin əsasən: Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yaşayış yerlərinin onun yanında qalması müəyyən edildiyini və uşaqların saxanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat miqdarında sabit pul məbləğində alimentin hər ayın 15dən 30-dək onun adına olan bank kartı hesabına ödəyəcəyini öhdəsinə götürdüyünü, barışıq sazişinin xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq Maraqlı şəxs bu günə kimi aliment ödəmədiyini, onunla aliment ödəmək məqsədi ilə əlaqə saxlamağa çalışsa da onunla əlaqə saxlamağın mümkün olmadığını, buna görə də barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmətdən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ № 606338 nömrəli nikah haqqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə X6 arasında 04 iyun 2012-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 86 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 noyabr 2013-cü il tarixli AZ-İİİ № 075133 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2013-cü il təvəllüdlü X4 valideyinləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 aprel 2015-ci il tarixli AZ-İİİ № 305658 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2014-cü il təvəllüdlü X5 valideyinləridir. İş materiallarında olan M-293/2023 saylı barışı sazişində qeyd olunmuşdur ki, tərəflərlə aparılan mediasiya prosesi nəticəsində hər iki tərəf aşağıda qeyd olunanlar barədə razılığa gəldilər: 1.Tərəflər razılaşdı ki, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 ananın yanında qalsın və onların saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat hər ayın 15-dən 30-dək Maraqlı şəxs ödəməyi öhdəsinə götürür. Ödəniş bank kartına ödənilməsi barədə razılıq əldə olundu. 2.Tərəflərdən Ərizəçi öhdəlik götürür ki, nikahın pozulması barədə iddiasında əl çəkib üç ay müddətində Maraqlı şəxs vaxt verir ki, əvvəlki münasibətlərin bərpa olunması üçün səy göstərəcəyi və münasibətlərin bərpa olunması mümkün olduğu halda iddiasından əl çəkərək aralarında olan nikahı davam etdirəcəklər. Əks halda mübahisənin məhkəmə yolu ilə həll olunması üçün nikahın pozulması barədə iddia qaldıracaq. 3.Hər iki tərəf uşaqlarla görüş və ünsiyyət qaydalarını sərbəst şəkildə görüşə biləcəklərini və hər bir maneə yaratmayacaqları barədə öhdəlik götürdülər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində barışıq sazişini imzalandığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmiş, eyni zamanda maraqlı şəxs tərəfindən bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 15 mart 2022-ci il tarixdən başlayaraq hər ayın 15-dən 30-dək ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən Maraqlı şəxs iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220ci, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. X1 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli M-293/2023 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 anaları Ərizəçi yanında saxlanılsın.

2. 15 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ayın 15-dən 30-dək hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin.

3. Ödəniş bank kartına ödənilsin.

4. Ərizəçi nikahın pozulması barədə iddiasından əl çəkməsi, Maraqlı şəxs əvvəlki münasibətlərin bərpa olunması üçün səy göstərməsi üçün 3 ay vaxt verilməsi və münasibətlərin bərpası mümkün olduğu halda Ərizəçi iddiasından əl çəkərək aralarında olan nikahı davam etdirəcəkləri, əks halda mübahisənin məhkəmə yolu ilə həll olunması üçün nikahın pozulması barədə iddia qaldıracağı barədə Maraqlı şəxs ilə razılığa gəlmələri müəyyən edilsin.

5. Hər iki tərəfin uşaqlarla sərbəst şəkildə görüşə biləcəkləri və hər bir maneə yaratmayacaqları barədə öhdəlik götürmələri müəyyən edilsin. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul alınaraq Ərizəçi ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar