Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-869/2024 07.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “ölüm faktının tanınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1938-ci il təvəllüdlü X3 xx.xx.2002-ci ildə ölməsi faktının tanınması barədə qətnamə qənul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəndə bildirmişdir ki, 1938-cü il təvəllüdlü xalam X12 xx.xx.2002-ci ildə Şərur rayon Dizə kəndində vəfat etmiş və cənazəsi Şərur rayon Dizə kənd qəbristanlığında dəfn olunmuşdur, lakin bu günə kimi xalam X5 ölüm haqqında şəhadətnamə alınmamaışdır. Bildirirəm ki, Aqrar islahat dövründə mərhum xalam X3 adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 0.20 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınaraq onun mülkiyyətinə verilmişdir. Xalam vəfat etdikdən sonra həmin həyətyanı torpaq sahəsini mərhum anam X13, onun vəfatından sonra isə mən miras əmlak kimi qəbul etmişəm və bu günə kimi də həmin həyətyanı torpaq sahəsi mənim istifadəmdədir. Bildirirəm ki, mərhum xalam X6 ölüm haqqında şəhadətnaməsi olmadığından həmin həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbulu barədə Şəhadətnamə ala bilmirəm. Mən 1938-ci il təvəllüdlü, Şərur rayon Dizə kəndində anadan olmuş xalam X11 ölüm haqqında şəhadətnamə verilməsi üçün rəsmi olaraq Şərur rayon Nikah evinə müraciət etdim. Şərur rayon Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-414/2024 saylı məktubda X3 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ona ölüm haqqında Şəhadətnamə verilməsindən imtina edərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də 1938-ci il təvəllüdlü xalam X3 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçinin ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə 11:30-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 Seyidovanın onun bibisi olduğunu, onun ailə qurmadığını, Kubra adlı bir bacısının olduğunu, Səfurə ilə Mirsamilin atasının evinin qonşu olduğunu, tək qaldığı üçün axşamlar gedib Mirsamilgildə yatdığını, təxminən 10 il əvvəl vəfat etdiyini, onun yas mərasimində iştirak etdiyini, Dizə kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 Seyidovanın onun atasının əmisi qızı olduğunu, onun ailə qurmadığını, Kubra adlı bir bacısı olduğunu, təxminən 10 il əvvəl Dizə kəndində vəfat etdiyini, Dizə kənd qəbirstanlığında dəfn olunduğunu, ölüm səbəbini bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X4 Seyidova ilə qonşu olduqlarını, onun Mirsamilin xalası olduğunu, 2002-ci ildə Dizə kəndində vəfat etdiyini, Dizə kənd qəbirstanlığında dəfn olunduğunu, yas mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın məzmunundan görünür ki, mərhum X3 1938-ci ildə anadan olması haqında məlumat yoxdur; - Maraqlı şəxs tərəfindən Ərizəçi Mircəlal oğluna verilmiş xx.xx.2024-cü il tarixli arayışın məzmunundan görünür ki, X3 ölüm haqqından tibbi şəhadətnaməsini təqdim edə bilmədiyindən, məsələnin həlli ilə bağlı aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür; - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X3 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evi tərəfindən 2000- 2011-ci illər üzrə ilkin və bərpa akt qeydi kitabları axtarılmış və ölüm haqında akt qeydi aşkar olunmamışdır; - JN-268A KOD 10200058 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X5 Şərur rayon Dizə kəndində 0.20 hektar torpaq sahəsi verilmişdir; - qəbir fotoşəkildən görünür ki, 1939-cu il təvəllüdlü X12 2002-ci ildə vəfat edib; - Şərur rayon Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.2002-ci il tarixində Şərur rayon Dizə kəndində vəfat etmiş, Dizə kənd qəbirstanlığından dəfn olunmuşdur. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin iddia ərizəsində qeyd etdikləri, ərizəçinin izahatı, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 1938-ci il tarixdə Şərur Rayon Dizə kəndində doğulmuş X12 xx.xx.2002-ci il tarixdə Şərur Rayon Dizə kəndində ölmüş və Dizə kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi xalasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən haqlı olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1938-ci il təvəllüdlü X3 xx.xx.2002-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi Mircəlal oğluna aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1938-ci il təvəllüdlü X3 xx.xx.2002-ci ildə ölməsi faktı müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi Mircəlal oğluna aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-869/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-869/2024
07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver