Məhkəmə qərarları › İş №2(110)-889/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-889/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-889/2024 16.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “ölüm faktının tanınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qənul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəndə mərhum atası X5 mərhum anası X13 ilə 1945-ci ildə el adətinə uyğun nikah bağlayaraq ailə həyatı qurduqlarını, bu nikahlarını isə 1962-ci ildə rəsmiləşdirdiklərini, onların bu nikahdan 1946-cı ildə X8, 1957-ci ildə X16, 1959-cu ildə X9, 1961-ci ildə Ərizəçi, 1963-cü ildə X10 adında beş övladlarının doğulduğunu, ailəli olaraq Şərur rayonu Düdəngə kəndi ərazisində mərhum atası Heydərə aid evdə yaşayıb böyüdüklərini, həmin evdə də halhazırda özü Ərizəçi və ailəsinin birgə yaşadıqlarını, atası Heydərin 1983-cü ildə vəfat etdiyini, vaxtı ilə yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin sonradan islahat zamanında mərhum anası Zənanənin adına qeydə alındığını, anası Zənanənin 1996-cı ildə vəfat etdiyini, o vəfat etdikdən sonra ev və torpaq sahəsinin sənədləşdirilməsinin müəyyən səbəblərdən aparılmadığını, hazırda isə yaşadığı evin vərəsəlik qaydasında rəsmiləşdirilməsinə ehtiyac olduğunu, bununla bağlı atası Heydər Məmmədovun ölüm faktının müəyyən edilməsinin zəruri olduğunu, lakin qeyd edilən sənədlərin lazımi qaydada əldə edilməsi çətinliyi yarandığından hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olduğunu, özünün müvafiq tələblə Şərur rayonu Düdəngə kəndində anadan olmuş atası X11 ölüm haqqında şəhadətnamə verilməsi üçün rəsmi olaraq Şərur rayon Nikah evinə müraciət etsə də nəticəsi olmadığını, Şərur rayon Nikah evindən alınmış cavab məktubunda atası X5 ölümü haqqında məlumatın aşkar edilmədiyini, ona görə də mərhum atası X5 ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə 10:00-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 Məmmədovla qonşu olduqlarını, 1982-ci ildə Heydər Məmmədovun qonşuluğuna gəlin köçdüyünü, 1983-cü ildə Heydər Məmmədovun vəfat etdiyini, yas mərasimində iştirak etdiyini, onun Düdəngə kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X6 1981-ci ildən Heydər Məmmədovla qonşu olduqlarını, 1983-cü ildə xəstəlikdən vəfat etdiyini, yas mərasimində iştirak etdiyini, X15 kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X5 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evi tərəfindən 1981- 2005-ci illər üzrə ilkin və bərpa akt qeydi kitabları axtarılmış və ölüm haqında akt qeydi aşkar olunmamışdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1961-ci il tarixdə Şərur rayon Düdəngə kəndində anadan olmuş Ərizəçi atası X14, anası X3r; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X14 ilə X13 arasında xx.xx.1962-ci il tarixdə 76 saylı akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir; - qəbiristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, 1901-ci il təvəllüdlü X14 1983-cü ildə ölmüşdür; Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin iddia ərizəsində qeyd etdikləri, ərizəçinin izahatı, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 1901-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulmuş X14 1983-cü il tarixdə Şərur rayon Düdəngə kəndində ölmüşdür. Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən haqlı olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1901-ci il təvəllüdlü X5 1983-cü ildə Şərur rayon Düdəngə kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1901-ci il təvəllüdlü X5 1983-cü ildə Şərur rayon Düdəngə kəndində ölməsi faktı müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar