Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-90/2023 06.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “birgə nikah dövründə alınmış əmlaka müəyyən edilmiş ½ payın dəyərinin ödənilməsinə dair” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri yaşayış evindən ona çatan payın-həmin evin dəyərinin yarısı olan 12000 (on iki min) manatın Cavabdeh alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı X4 məhkməyə ərizə təqdim edərək ərizəsində Şərur rayon Məhkəməsində Cavabdeh qarşı “birgə nikah dövründə alınmış əmlaka müəyyən edilmiş ½ payın dəyərinin ödənilməsinə dair” iddia qaldırdığını, hal-hazırda cavabdehlə aralarında razılığa gəlməkləri üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehin məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından iddiaçı X4 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixli, 23057 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “birgə nikah dövründə alınmış əmlaka müəyyən edilmiş ½ payın dəyərinin ödənilməsinə dair” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından iddiaçı X4 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixli, 23057 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı X2 izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-90/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-90/2023
06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver