Məhkəmə qərarları › İş №2(110)-917/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-917/2025

12.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-917/2025 12.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X9 Elmar oğlunun sədrliyi, nun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mediasiya prosesində Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞA-00216/2024 nömrəli barışıq sazişinin təsdiq edilməsi və dövlər rüsumu olaraq ödənilmiş 100 manat pulun maraqlı şəxsdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində tələbinin əsası kimi Maraqlı şəxs ilə xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsində nikah haqqında akt qeydləri kitabında 4239 nömrə ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 doğulduğunu, ailə qurduqdan sonra ilk vaxtlar ailə münasibətlərinin yaxşı olmasına baxmayaraq, bir müddət birgə yaşadıqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən yola gedə bilmədiklərini, bu səbəbdən də birgə yaşamaqlarının mümkün olmadığını, Maraqlı şəxslə xx.xx.2021-ci il tarixdən ayrı yaşadıqlarını, birgə nikahdan doğulmuş azyaşlı övladının da onun yanında olduğunu, ayrı yaşadıqları müddətdə cavabdehin nə onunla, nə də uşaqla maraqlanmadığını, gündəlik zəruri tələbatlarının qarşılanmasına köməklik göstərmədiyini, ona görə də Maraqlı şəxs birgə nikahından doğulmuş azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlnılması üçün aliment ödəməsi məqsədi illə mediasiya təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasında azyaşlı övladılarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin fevral ayı da daxil olmaqla hər ay 350 manat miqdarında sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən onun adına açılmış bank kartına elektron qaydada ödənilməsi barədə razılığa gələrək hər iki tərəfin nümayəndələrinin iştirakı ilə xx.xx.2024cü il tarixdə MŞA-00216/2024 saylı barışıq sazişi bağlanıldığını, barışıq sazişinin xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq Maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti vaxtı- vaxtında ödəmədiyini, hər dəfə alimentin ödənilməsi ilə bağlı çətinliklərlə üzləşdiyini, bunla bağlı borclu ilə əlaqə saxlamağa çalışsa da ya onunla əlaqə saxlamaq olmadığını, yada telefonlara cavab vermədiyini, 4 aydır ki, maraqlı şəxsin aliment ödəmədiyini, bu günə 1400 (bir min dörd yüz) manat aliment borcu olduğunu, ona görə də barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını, maraqlı şəxsin Azərbaycan Respublikası Daxili Qoşunlarda Xüsusi Təyinatlı bölməsində MAXHH hərbi qulluqçu olaraq xidmət etdiyini, aylıq qazancının da yaxşı olduğunu bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb göstərmdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Ona görə də tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, AZ-İİİ № 304678 nömrəli və xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 304666 nömrəli doğum haqqında şəhadətnamələrin görünür ki, tərəflər xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)- 141/2023 nömrəli qətnaməsindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasındakı xx.xx.2014-cü il tarixli 288 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞA-00216/2024 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2018-ci il təvəllüdlü X1 və sosial qayğılarının qarşılanması üçün 2024-cü ilin fevral ayıda daxil olmaqla hər ayın 15dən 30-dək hər ay 350 manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi adına açılmış bank kartına elektron qaydada ödənilməsinə dair razılığa gəlmişlər. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdurlar. Tərəflər aliment tələbi ilə mediasiya təşkilatına müraciət etmişdir. Mediyasıya sessiyasında tərəflər 2024-cü ilin fevral ayıda daxil olmaqla hər ayın 15-dən 30-dək hər ay 350 manat məbləğində alimentin cavabdehin ödəməsinə dair razılığa gəlmişlər. Maraqlı şəxs bağlanmış barışıq sazişinin şərtlərini pozaraq alimenti ödəməkdən yayınmışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib bağlanmış barışıq sazişinin qanuna zidd olmadığını və Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 355-26-cı maddəsində sadalanan halların olmadığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli MŞA-00216/2024 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, qətnamə ilə müəyyən edilən aliment məbləği barışıq sazişinin bağlandığı vaxtdan tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; -Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında mediasiya prosesi nəticəsində bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli MŞA-00216/2024 nömrəli barışıq sazişi təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin fevral ayı da daxil olmaqla hər ayın 15-dən 30-dək hər ay 350 manat məbləğində aliment tutularaq anası Şərur rayon Çərçiboğan kəndində yaşayan Ərizəçi ödənilməli; -Alimentin tutulması barışıq sazişinin bağlandığı xx.xx.2024-cü il tarixdən hesablanmali; -Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilməli; - Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq X6 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin olunsun. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli MŞA-00216/2024 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü ilin fevral ayıda daxil olmaqla hər ayın 15-dən 30-dək hər ay 350 manat məbləğində aliment tutularaq anası Şərur rayon Çərçiboğan kəndində yaşayan Ərizəçi ödənilsin. Alimentin tutulması barışıq sazişinin bağlandığı xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq X6 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar