Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-925/2024 13.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-0018 nömrəsi ilə qeydiyytadan keçmiş X2 iştirakı ilə X14 ilə mənim aramda bağlanmış xx.xx.2023-cü il tarixli M-0983/2023 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir: Bildirirəm ki, mənimlə X14 arasında 16 avqust 2016-cı il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində 150 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Birgə nikahda yaşadığımız dövrdə üç övladımız – - xx.xx.2011-ci il təvəllüldlü X10; - xx.xx.2012-ci il təvəllülüdlü X15; - xx.xx.2022-ci il təvəllüldlü X16 doğulmuşdur. Birgə yaşamağımızın mümükün olamamsı səbəbindən nikahın pozulması və aliment tələbi ilə tərəfimdən mediasiya təşkilatına müraciət edilmiş, mediasiya prosesi zamanı maraqlı şəxs R.Məmmdovla aramızda barışıq sazişi imzalanaraq nikahımızın davam etdirilməsi, eyni zamanda üç uşağın saxlanması üçün Maraqlı şəxs mənim xeyrimə aliment ödəməsi razılaşdırılmışdır. 27 iyul 2023-cü il tarixdə M-0018 nömrəsi ilə qeydiyytadan keçmiş X2 iştirakı ilə R.Məmmdovla mənim aramda bağlanmış M-0983/2023 saylı barışıq sazişinin şərtlərinə əsasən birgə nikahdan doğulmuş uşaqlarımız - xx.xx.2011-ci il təvəllüldlü X10, xx.xx.2012-ci il təvəllülüdlü X15 və xx.xx.2022-ci il təvəllüldlü X1 və onların tələbatının ödənilməsi məqsədilə R.Məmmdov arvadı L.Məmmdovanın xeyirnə hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat məbləğində vəsait ödəyəcəyini öhdəsinə götürmüşdür. Aramızdakı razılaşmaya baxmayaraq Maraqlı şəxs götürümüş olduğu öhdəliyini yerinə yetirmir. Bu səbbədən də mən hazırki ərizə ilə məhkəməyə müraciət edirəm. Hesab edirəm ki, aramızda bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməklə, həmin saziş nəzərdə tutulduğu vaxtdan məcburi icraya yönəldilməlidir.. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmətdən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında maraqlı şəxs X14 izahatında ərizəçi ilə xx.xx.2010-cu il tarixdə evləndiklərini, bu nikahlkarından iki övladları xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 doğulduğunu, borcu olduğu üçün ərizəçi ilə aralarında mübahisələr olduğunu, xx.xx.2023-cü il tarixdə alimentin ödənilməsi ilə bağlı barışıq sazişi bağladıqlarını, ərizəçi ilə birlikdə yaşadıqları üçün ərizəçiyə aliment ödəmədiyini, barışıq sazişinin təsdiq olunmasına heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ № 513670 nömrəli nikah haqqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X13 arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 86 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli AZ-İİ № 633583 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2022-ci il təvəllüdlü X5 valideyinləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 dekabr 2012-ci il tarixli AZ-İİ № 852118 ömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2012-cü il təvəllüdlü X6 valideyinləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 aprel 2012-ci il tarixli AZ-İİ № 509397 ömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2011-ci il təvəllüdlü X3 valideyinləridir. İş materiallarında olan M-983/2023 saylı barışı sazişində qeyd olunmuşdur ki, tərəflərlə aparılan mediasiya prosesi nəticəsində hər iki tərəf aşağıda qeyd olunanlar barədə razılığa gəldilər: xx.xx.2011-ci il təvəllüldlü X10, xx.xx.2012-ci il təvəllülüdlü X15 və xx.xx.2022-ci il təvəllüldlü X1 və onların tələbatının ödənilməsi məqsədilə R.Məmmdov arvadı L.Məmmdovanın xeyirnə hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat məbləğində vəsait ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində barışıq sazişini imzalandığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmiş, eyni zamanda maraqlı şəxs tərəfindən bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi 2023-cü il avqust ayından başlayaraq hər ayın 20-dən sonra ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən maraqlı şəxs X7 iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220ci, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. X2 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli M-983/2023 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ayın 20-dən sonra bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. 2.Ödəniş bank kartına ödənilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-925/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-925/2024
13.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver