Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-93/2023 12.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X39 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə vəfat etmiş atası X30, xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X15 onunla qohumluq münasibətləriminin müəyyən olunmasına və atası, anası və bacısı X5 miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, atası X44 təsərrüfat başçı olmaqla onların ailəsinin 4 nəfərdən ibarət olduğunu, atası X30 xx.xx.2003-cü il tarixində, anası X15 xx.xx.2006-cı il tarixində, bacısı X7 isə xx.xx.2016-cı il tarixdə vəfat etdiklərini, onların adına olan torpaqlar və atasının evinin ona miras qaldığını, onun başqa qardaşı bacısı olmadığını və onun mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, onlardan qalmış əmlakları qəbul etmək üçün sənədləri topladığında atası və anasının doğum şəhadətnaməsi, nikah şəhadətnaməsi və bacısı Gülsabahın doğum şəhadətnaməsinin tapılmadığını, onun sadəcə Gülsabahla qohumluq münasibətlərinin məhkəmə qaydasında müəyyən olunduğunu, ona görə də mirası rəsmi qaydada qəbul etməyi üçün onların ata-anası ilə qohumluq münasibətlərinin tam şəkildə sənəddə öz təsdiqini tapmadığını, lakin onun həmin ailənin qızı olmağını Şərur Rayon Dövlət Arxivinin arayışı və şahidlər təsdiq edə biləcəklərini, ata-anasından və bacısı Gülsabahdan miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından və qohumluq münasibətlərinin müəyyən olunmadığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun ataanası ilə qohumluq münasibətlərini və mirsının onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, ata-anası və bacısı vəfat edəndən sonra onlardan qalan mirası onun tərəfindən qəbul edilməsinə qonşuların və qohumların da şahidlik edə biləcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən, ərizəsinin təmin olunması barədə qətnamə çəxarəlmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X4 ilə yaxın qonşu olduqlarını, ailəliklə bir-binini evinə gedib-gəldiklərini, Bağdagülün atasının X44, anasının X31, bacısının X24 olduğunu, əvvəllər ata-babalarınında qonşu olduqlarını, ata-anası rəhmətə gedəndən sonra həmin evdə Bağdagülün yaşadığını, təsərrüfatı onun idarə etdiyini, torpaqları onun əkib becərdiyini, məhsulunu satdığını, bacısının ailəsi rəhmətə gedəndən sonra onunda ata evində Bağdagüllə yaşadığını, 2016-cı ildə oda rəhmətə gedəndən sonra onunda əkinçilik üçün torpaq sahəsini Bağdagülün əkib becərdiyini, həmin torpağa sahiblik etdiyi bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X1 ilə 53 illik qonşu olduqlarını, Bağdagülün atasının X44, anasının X31 olduğunu, ailəvi bir-birilərinin evinə gedibgəldiklərini, Yusifin 2003-cü ildə, Qönçənin dəqiq bilməsədə 2005-2006-cı illərdə rəhmətə getdiyini, ata-anası rəhmətə gedəndən sonra Bağdagülün həmin evdə yaşamağa davam etdiyini, onlara məxsus torpaq sahələrini Bağdagülün əkib-becərdiyini, yonca əkərək biçib satdığını, tərəvəz əkdiyini, bu ildə buğda əkdiyini, bacısı X7 da ata-anası rəhmətə gedəndən sonra gəlib Bağdagül ilə həmin evdə yaşamağa başladığını, bacısı rəhmətə gedəndən sonra onunda torpaq sahəsini Bağdagülün əkib becərdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X2 ilə 47 illik qonşu olduqlarını, Bağdagülün atasının X44, anasının X31 olduğunu, onlar rəhmətə gedəndən sonra Bağdagülün həmin evdə yaşamağa davam etdiyini, idarə etdiyini, torpağı əkib-becərdiyini, tərəvəz əkdiyini, bacısı X7 da onunla yaşadığını, o da rəhmətə gedəndən sonra onun torpaq sahəsini Bağdagülün əkib-becərdiyini, bugündə təsərrüfatı Bağdagülün idarə etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11/417 saylı arayışdan görünür ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabında Yengicə kənd sakini olmuş mərhum X46 ailə başçısı olmaqla aşağıdakı tərkibdən ibarət ailə üzvlərinin olduğu arxiv sənədlərində qeyd olunmuşdur.
1. X33-həyat yoldaşı
2. X25-qızı
3. X26-qızı - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 32 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum X16 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras qalmış bütün əmlakdan Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir; - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 33 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum X30 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras qalmış bütün əmlakdan Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 34 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum X8 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras qalmış bütün əmlakdan Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. - Ərizəçi Maraqlı şəxsndə vermiş olduğu **********795 saylı ərizəsində bildirmişdir ki, Şərur rayonu, Yengicə kəndində yaşamış xx.xx.2003-cü ildə vəfat etmiş atam X27, xx.xx.2006-cı ildə vəfat etmiş anam X9 və xx.xx.2016-cı il tarixdə vəfat etmiş bacım X6 qalmış miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş edirəm. Miras əmlak harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyimin zəruriliyi notarius tərəfindən mənə izah edildi; - JN- 480 (KOD ********) nömrəli Torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədən görünür ki, 0.30 ha torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 05 nömrəli qərarı əsasında X30, X15 və X10 mülkiyyətinə verilmişdir; - JN- 481 (KOD ********) nömrəli Torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədən görünür ki, 0.09 ha torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 05 nömrəli qərarı əsasında X7 mülkiyyətinə verilmişdir. - Şərur rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli 2(110)-119/2018 saylı qətnaməsindən görünür ki, Ərizəçi xahişi təmin edilmiş, Ərizəçi xx.xx.1947-ci il təvəllüdlü, Şərur rayon Yengicə kəndində anadan olmuş X24 ilə qohumluq münasibətində olma (bacısı) faktı müəyyən edilmişdir. - Şərur rayon Yengicə kənd İ.Ə.D.N tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZ-İ ******* nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X44 xx.xx.2003-cü il tarixində Şərur rayon Yengicə kəndində ürək çatışmamazlığı nəticəsində vəfat etmişdir. - Şərur rayon Yengicə kənd İ.Ə.D.N tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 116012 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X34 xx.xx.2006-cı il tarixində Şərur rayon Yengicə kəndində tənəffüsün dayanması nəticəsində vəfat etmişdir. - Şərur rayon Yengicə kənd İ.Ə.D.N tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 700580 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X28 xx.xx.2016-cı il tarixində Şərur rayon Yengicə kəndində beyinə qansızma nəticəsində vəfat etmişdir. - JN- 371B (KOD ********) nömrəli Torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədən görünür ki, 0.11 ha torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 05 nömrəli qərarı əsasında X30, X15 və X10 mülkiyyətinə verilmişdir. - JN- 371A (KOD ********) nömrəli Torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədən görünür ki, 0.12 ha torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 05 nömrəli qərarı əsasında X30, X15 və X10 mülkiyyətinə verilmişdir. - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 341 saylı arayışdan görünür ki, X7 aşağıdakı tərkibdən ibarət varisləri vardır.
1. X40 oğlu-vəfat edib
2. X22 qızı-vəfat edib
3. X14 qızı - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 340 saylı arayışdan görünür ki, X30 aşağıdakı tərkibdən ibarət varisləri vardır.
1. X19 qızı-vəfat edib
2. X23 qızı-bacısı - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 342 saylı arayışdan görünür ki, X30 aşağıdakı tərkibdən ibarət varisləri vardır.
1. X19 qızı-vəfat edib
2. X23 qızı-bacısı - Noraşen rayonun Yengicə kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1951-ci il tarixli, doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1951-ci il təvəllüdlü X11 atası X46, anası X21r. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 864344 nömrəli çıxarışdan görünür ki, X12 ilə X17 arasında olan nikah 19 avqust 1968-ci il tarixdə pozulmuşdur, nikah pozulduqdan qadına sonra qadına Mənsimova soyadı verilmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 627 nömrəli arayışdan görünür ki, Yengicə kənd inzibati ərazi dairəsi üzrə 1913-cü ilə aid Şərur rayon Nikah Evinin arxivində X30 1936- 1960-cı illər üzrə nikah haqqında akt qeytdiyyatı tapılmamışdır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 629 nömrəli arayışdan görünür ki, Yengicə kənd inzibati ərazi dairəsi üzrə 1948-ci ilə aid Şərur rayon Nikah Evinin arxivində X7 1945- 1981-ci illər üzrə doğum haqqında akt qeytdiyyatı tapılmamışdır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 628 nömrəli arayışdan görünür ki, Yengicə kənd inzibati ərazi dairəsi üzrə 1913-cü ilə aid Şərur rayon Nikah Evinin arxivində X30 1936- 1949-cu illər üzrə doğum haqqında akt qeytdiyyatı tapılmamışdır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 626 nömrəli arayışdan görünür ki, Yengicə kənd inzibati ərazi dairəsi üzrə 1905-ci ilə aid Şərur rayon Nikah Evinin arxivində X16 1936- 1960-cı illər üzrə nikah haqqında akt qeytdiyyatı tapılmamışdır. Beləliklə də qeyd olunmalıdır ki, Şərur rayon Nikah Evinin arxivində xx.xx.2003-cü il tarixdə vəfat etmiş X44 ilə xx.xx.2006-cı il tarixdə vəfat etmiş X15 nikah haqqında akt qeydləri müəyyən edilmədiyindən ərizəçi belə bir tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə tədqiqatı zamanı isə iş materialında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.2003-cü il tarixdə vəfat etmiş X30 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X15 Ərizəçi valideyləri olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin ərizəçinin atası X44 xx.xx.2003-cü il tarixdə, anası X31 xx.xx.2006-cı il tarixində, bacısı X24 isə xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra onların birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə onlardan miras qalmış əmlaklara faktiki sahiblik etməsi, onları idarə etməklə miras əmlak olaraq onları birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur...; Həmin qərarın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır; Həmin qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); - 1159.1 və 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları... - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X30 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X15 Ərizəçi valideyləri olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin X3, mərhum X13 və mərhum X5 miras qalmış əmlakların Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi : Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə ölmüş X30 və xx.xx.2006-cı il tarixdə ölmüş X15 Ərizəçi valideynləri olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı müəyyən edilsin. X3, mərhum X13 və mərhum X5 miras qalmış əmlakların Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev