Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-985/2025 09.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi-atası Nümayəndə2 İddiaçının etibarnamə üzrə nümayəndəsi-anası Nümayəndə1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh adları iddia ərizəsində qeyd olunan qızıl-zinət və cehiz əşyalarının, həmin əşyalar olmadıqda isə qızıl zinət əşyalarının dəyəri olan 10500 (on min beş) manat və cehiz əşyalarının dəyəri olan 500 (beş yüz) manat, ümumilikdə isə cəmi 11000 (on bir min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək yataq mebel dəstinin də cavabdehlə birgə yaşadığı evdə qaldığını, həmin mebelin atası tərəfindən Şahanə Mebel dükanından 4000 (dörd min) manata atası tərəfindən kreditlə alındığını,atasının həmin krediti hər ay ödədiyini və onuda cavabdehin və valideynlərinin vermədiyini qeyd edərək cehiz apardığı yataq mebel dəstinin və olmadıqda 4000 (dörd min) manat dəyərinin və ümumilikdə cəmi 135 manat məhkəmə xərci də daxil olmaqla 15135 (on beş min yüz otuz beş) manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Müvafiq normanı əsas tutan məhkəmə işə artırılmış iddia tələbi həcmində baxılmasını mümkün saymışdır. İddiaçı, iddia ərizəsində ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə xx.xx.2025-ci il tarixdə el adət-ənələrinə uyğun olaraq nikahılarını dövlət orqanında rəsmi qeydiyyata aldırmadan ailə qurmuşlar, birgə yaşadıqları müddətdə övladları olmayıb. Ailə qurduqdan təqribən bir ay sonra Cavabdeh işləmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və bir müddət sonra gəlib onu də aparacağını bildirmişdir. Cavabdeh getdikdən sonra ailə üzvləri iddiaçını yola verməməyə, ailə münasibətlərinə müdaxilə etməyə başlamış, bu da yeni ailə qurmaqlarına baxmayaraq cavabehlə ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə Şərur rayon Mahmudkənd kəndində yaşayan valideynlərinin yanına qayıtmış, iddiaçı vaideynlərinin yanına qayıtdıqdan sonra aşağıda qeyd edilmiş qızılzinət və bəzi cehiz əşyaları cavabdehlə birgə yaşadıqları evdə, Şərur rayon Yuxarı Aralıq kəndində cavabdehin ata evində qalıb. Cavabdeh və onun valideynləri iddiaçının qızıl-zinət və cehiz əşyalarını vermək istəmirlər. İddiaçı aşağıda adları qeyd olunan qızıl-zinət və cehiz əşyalarının cavabdehdən alınaraq ona qaytarılmasını istəyir. Qızıl-zinət əşyaları:
1. bir dəst sarı qızıl sep, üzük, sırğa və qolbağ, sadə qaşlı –4000 manat
2. bir dəst ağ qızıl sep, üzük, sırğa, qolbağ –5000 manat
3. bir ədəd nişan üzüyü, brilyant qaşlı –1500 manat Cəmi: 10500 (on min beş yüz) manat. Cehizlik əşyalarının siyahısı:
1. Mikser, sarı rəngdə – 50 manat
2. Çəngəl bıçaq dəsti, 12 nəfərlik – 100 manat
3. Pərdə – 50 manat
4. İki ədəd lüstur– 150x2=300 manat
5. Yataq mebel dəsti- 4000 manat Cəmi: 4500 (beş yüz) manat Adları qeyd olunan qızıl-zinət əşyalarının, olmadıqda onların dəyəri olan 10500 (on min beş yüz) manat pulun, iddia ərizəsində adları qeyd olunan cehiz əşyaları ilə birlikdə yataq mebeli dəstinin, olmadıqda onların dəyəri olan 4500 (dörd min beş yüz) manat pulun, məhkəmədə idddia qaldırmaq üçün ödədiyi 85 (səksən beş) manat dövlət rüsümunun və 50 manat mediasiya xərci olmaqla ümumilikdə cəmi 15135 (on beş min bir yüz otuz beş) manat pulun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında həmin gün evdən mübahisə edərək çıxmadığını, qızılları evdə qoyaraq işə getdiyini, həmin qızıl zinət əşyalarını ümumiyyətlə ona böyük olduğu üçün taxmadığını, istifadə etmədiyini, işdə olduğu zaman telefonda cavabdehlə mübahisə etdiklərini, cavabdehlə aralarındakı mübahisənin cavabdehin bacısına görə yarandığını, cavabdehin bundan sonra bacısına zəng edərək qızılları götürdüyünü tapşırdığını ehtimal etdiyini, onlar valideynləri ilə birgə əşyaları götürməyə gedəndə bacısının qızılları gizlətdiyindən əmin olduğunu, otağa daxil olduqda qızılları qoyduğu dolabda qızılların olmadığını görüdüyünü, hətta özünə məxsus gümüş əşyalarında yerində olmadığını, iddiaçının bacısının həyat yoldaşının ona yataq otağının qapısını bağlamamasını tapşırdığını, qapının iki açarının olduğunu, onlardan birinin özündə, digərinin isə cavabdehin bacısında olduğunu, qapının kilidinin isə yaxşı işləmədiyini, qızılların qiymətinin şəkillər və videoları, qızıl satıcılarına göstərərək, həmçinin cavabdeh tərəfin onlara bəyan etdiyi qiymət əsasında müəyyən etdiklərini, mebel və digər cehizlərinində çıxarmağa icazə verilmədiyini qeyd edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi-anası Nümayəndə1 öz izahatında mübahisə baş verən gün qızının evdən normal şəkildə çıxıb işə getdiyini, cavabdehin bacısının onun qızına işdə olduğu zaman zəng edərək əxlaqsız ifadələr işlətdiyini, bundan sonra mübahisə yarandığını, qızının onlara zəng edərək gəlib onu işdən götürmələrini və atasının evinə qayıtmaq istədiyini, bundan sonra isə Ələkbərin ona zəng etdiyini, mübahisə yarandığını bildiyini və ona narahat olmamasını, gəlib Leylanı da yanına Rusiyaya aparacağını dediyini, onların yəni ata və ananın Leylanı işdən götürərək, birgə cavabdehin evinə getdiklərini, həmin evdəki Leylanın yataq otağına daxil olduqda qapının açıq olduğunu, kilidin qırıq olduğunu, həmin vaxt ev sakini olan cavabdehin atası, anası, bacısı və həyat yoldaşından qızılların yerini soruşmadıqlarını, evə qayıdanda qızının ona qızılların yerində olmadığını dediyini, iki-üç gün sonra yenidən gəldiklərini, hətta ilk əvvəl qızılları istəmək niyyəti olmadığını, əsas yataq dəsti mebelini götürmək istədiklərini, mebeli götürməyə qoymadıqda qızılları istədiyini, bu zaman isə cavabdehin atasının “sənin qızına qızıl və mebel düşmür”, qaytarmayacağıq dediyini, səs yazısını telefonla qeydə aldığını, səs yazısını qızılların gizlədildiyini düşündüyü üçün özünün apardığını, polisə müraciət etdiyini, polisin isə məhkməyə müraciət etməsini bildirdiyini, mebeli və digər cehiz əşyalarını qızıllar istisna olmaqla hazırkı məhkəmə iclasından bir neçə gün əvvəl götürə bildiklərini, artıq götürdüklərini, hazırki iddia tələblərinin yalnız qızılların alınmasından ibarət olduğunu, cavabdeh tərəfin zamanında qızılların qiymətini onlara yüksək dediyini, qızıl-zinət əşyalarının cavabdeh tərəfdə olduğunu və bu halı sübutla təsdiq etdiyini, digər tərəfin hər hansı sübutu olmadığını, məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi-atası Nümayəndə2 öz izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən iş üzrə Cavabdeh toy mərasimlərində adları qeyd edilən qızıl-zinət əşyalarının iş üzrə iddiaçıya hədiyyə edildiyini, iddianı qismən qəbul etdiyini, iddia ərizəsində göstərilən qızıl-zinət əyalarının iddiaçı tərəfindən aparıldığını, yalnız mebellərin qaldığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-Vəkil çıxışında iddianı qəbul etmədiklərini, etiraz etdiklərini, iddiaçının qızılları özü ilə apardığını, lakin sübut olmadığını və cehiz əşyalarının isə birgə yaşadıqları evdə olduğunu, bir neçə gün əvvəl yataq mebel dəstinin iddiaçı tərəfə verildiyini bildirmişdir. Mütəxəssis qismində cəlb olunmuş X3 şifahi izahat verərək, məhkəmə baxışı iclasında təqdim olunmuş kadrlar üzrə dəqiq qiymətləndirilmə aparılması mümkün olmasa da, kadrlarda görünən bir dəst sarı qızıl boyunbağı, üzük, sırğa və qolbağ, sadə qaşlı olmaqla təqribi 16 qram, qramı 185 manat, ümumilikdə 3000 manat; tək nişan üzüyü sadə qaşlı təqribi 3 qram, qramı 185 manat, ümumilikdə 500 manat; bir dəst ağ qızıl boyunbağı, üzük, sırğa, qolbağ olmaqla, təqribi 11-12 qram, qramı 185 manat, ümumilikdə 2100 manat olmaqla, cəmi dəyəri 5600 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iddiaçının, onun etibarnamə üzrə nümayəndəsinin, cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatına, mütəxəssisin rəyinə və mülki iş materialında olan tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və biri digəri ilə əlaqədə obyektiv şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş toy mərasiminə aid fotoşəkillərdə və video diskdə iddiaçının iddia ərizəsində qeyd etdiyi və tələb etdiyi qızıl-zinət əşyalarının həqiqətəndə ona cavabdehlə birgə keçirilən toy mərasimlərində hədiyyə edildiyi əks olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd edərək, tələb etdiyi digər cehiz əşyaları o cümlədən, yataq mebeli dəstinin iş üzrə iddiaçının cavabdehlə birgə yaşadığı fərdi yaşayış evində olduğu cavabdeh və onun nümayəndəsi-vəkili tərəfindən də etiraf olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər xx.xx.2025-ci ildə nikahlarını rəsmi qeydiyyata aldırmadan el adəti-ənənələrinə uyğun toy edərək ailə qurmuşvə birgə təsərrüffat aparmışlar. İş materialında olan toy və xına mərasiminə aid disk və fotoşəkillərlə müəyyən olunur ki, cavabdeh tərəfindən toy və xına mərasimində adları iddia ərizəsində qeyd edilmiş qızıl-zinət əşyaları həqiqətən də iddiaçıya hədiyyə edilmişdir. Bu hal cavabdehin özü tərəfindən də etiraf edilir. Məhkəmə bu hala işin mübahisəsiz halı kimi yanaşır. Məhkəmə tədqiqatı zamanı iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ona hədiyyə olunması öz təsdiqini tapdığından bu hal nəticəyə gəlməyə əsas verir ki, iddiaçı həmin qızıl-zinət əşyalarına mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda iddiaçı tərəfindən ailə qurduqları zaman birgə yaşadıqları evə adlarını iddia ərizəsində qeyd etdiyi Mikser,çəngəl biçaq dəsti,pərdə, iki ədəd lüstür və yataq mebel dəstini də aparmış və mebel dəstinin alınmasına dair Şəhanə Mebel mağazası ilə olan kredit müqaviləsini iddia ərizəsinə əlavə etmiş, cavabdeh və onun nümayəndəsi tərəfindən bu hal etiraf edilmişdir. Məhkəmə baxışı zamanı mütəxəssis izahatında iddia ərizəsində qeyd edilən bir dəst sadə qaşlı sarı qızıl boyunbağı, üzük, sırğa və qolbağ, çəkisinin təqribən 16 qram, qiymətinin 3000 manat, bir dəst ağ qızıl boyunbağı, üzük, sırğa, qolbağın çəkisinin təqribən 14 qram, qiymətinin 2100 manat, bir ədəd nişan üzüyünün çəkisinin təqribən 3 qram, qiymətinin 500 manat olduğunu bildimişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil izahatında cavabdeh olaraq öz üzərinə düşən vəzifələri yerinə yetirdiklərini, qızıllarla bağlı razılaşma olmadığını, mebeller barədə razılığa gəldiklərini, iddiaçının əşyalarını dəfələrlə gəlib götürdüklərini, otağın açarının iki nəfərdə- iddiaçıda və cavabdehdə olduğunu, otağa onlardan başqa heç kimin girmədiyini, qapının açılmasında sübut olmadığını, hadisə zamanı cavabdehin burada olmadığını, otağın iddiaçının sərəncamında olduğunu, səs yazılarının qanunsuz əldə olunmasına görə qəbul etmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan qızıl-zinət əşyalarının çəkisi və dəyəri ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyaların çəkisinin və dəyərinin iddia ərizəsində qeyd etdiyi kimi olmasını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Ona görədə iddiaçı həmin qızıl-zinət əşyalarının çəkisi və dəyərinə dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə qızıl-zinət əşyaları olmadığı təqdirdə, iddia tələbini onların dəyərinin cavabdehdən tutulması ilə bağlı hissədə mütəxəssisin qiymətləndirilməsini daha ağılabatan və ədalətli hesab edərək mütəxəssisin qızıl-zinət əşyarının dəyəri ilə bağlı bildirdiklərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya hədiyyə olunan və iddia ərizəsində qeyd olunan təqribi çəkisi 3 qram olan üzük, təqribi çəkisi 10 qram olan sırğaüzük dəsti, təqribi çəkisi 10 qram olan sep-qolbaq dəsti, təqribi çəkisi 4 qram olan fantaziya üzük, təqribi çəkisi 4 qram olan üzükdən ibarət qızıl-zinət əşyaları və dəyəri 50 manat olan sarı rəngli Mikser, dəyəri 100 manat olan 12 nəfərlik çəngəl biçaq dəsti, dəyəri 50 manat olan pərdə, iki ədəd lüstür və yataq mebel dəstini bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 10100 (on min yüz) manat məbləğində pul Cavabdeh alınaraq iş üzrə İddiaçı verilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin cəminin mövcudluğu öz təsdiqini tapır. İlk növbədə qeyd edilməlidir ki, iddia ərizəsində adları qeyd edilən qızıl-zinət əşyalarının iş üzrə iddiaçıya hədiyyə edilməsi və mebel dəstinin, cehiz əşyalarının cavabdehin yaşadığı evə iddiaçı tərəfindən aparılması işin mübahisə edilməyən haldır, adları qeyd edilən qızılzinət əşyalarının təsviri ətraflı şəkildə fotoşəkillərdə və diskdə əks olunmuşdur. İdiaçı iddia ərizəsində qeyd olunan Mikser,çəngəl bıçaq dəsti, pərdə, iki ədəd lüstür və yataq mebel dəstini də aparmış və mebel dəstinin alınmasına dair Şəhanə Mebel mağazası ilə olan kredit müqaviləsini iddia ərizəsinə əlavə etmiş, cavabdeh və onun nümayəndəsi tərəfindən bu hal etiraf edilmişdir. Göründüyü kimi, iş materialında olan toy mərasiminə aid fotoşəkillərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh toy edib birgə yaşadıqları müddətdə iddiaçıya adları iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını hədiyyə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh yalnız bir dəfə məhkəmə iclaslarında iştirak etmiş və digər iclaslarda onun nümayəndəsi-vəkili təmsil etmişdir. Cavadeh tərəf iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının onda olmamasını təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ona hədiyyə olunması öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf yataq mebel dəstinin və digər adları iddia ərizəsində əks olunmuş cehiz əşyaların onlara məxsus tərəflərin birgə yaşadığı evdə olmasını bildirsədə, lakin qızıl zinət əşyalarının onlarda olmamasına dair ümumiyyətlə sübutlar təqdim edə bilməmişlər. Belə ki, iddiaçı tərəfin izahatından məlum olur ki, qızıl zinət əşyalarının saxlandığı və iddiaçı və cavabdehin birgə yaşadığı digər cehiz əşyalarınında olduğu yataq otağının açarı həm iş üzrə iddiaçıda və cavabdeh tərəfdə olmuş, İddiaçı işdə olan zaman telefonda cavabdehlə və onun bacısı ilə mübahisə etdikdən sonra öz ata və anasına zəng edərək onu aparmalarını, onlarla birgə həmin evə gəlmiş, atası və anası, həmin evin sakini olan digər şəxslər birgə otağa daxil olduqda qapının açıq olduğunu, qızılları saxladığı dolabı açdıqda isə qızılların olmadığını aşkar etmişlər. Eyni zamanda məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş cavabdehin atasına məxsus olduğu cavabdeh tərəfindən təkzib olunmayan səs yazısında qızılların qaytarılması iş üzrə iddiaçının anası tərəfindən istənilsə də, cavabdehin atası qızılların onun qızına düşmədiyini bildirir. Səsin həmin şəxsə məxsus olması cavabdeh tərəfindən təkzib edilməmişdir. Eyni zamanda iş üzrə iddiaçının digər cehiz əşyalarının mebel dəstinin də, həmin evdə qalması şəxsin qeyd edilən evə tərk etməsinin halları, həmin gün adi qaydada iddiaçını evdən çıxıb işə getməsi, sonra işdə olan zaman telefonda münaqişə yaranması, hadisənin anidən baş verməsi, cavadeh tərəfin qızıl zinət əşyalarının onlarda olmaması,iş üzrə iddiaçı tərəfindən aparılmasına dair hər hansı sübut təqdim edə bilməməsi iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının həqiqətəndə cavabdeh tərəfdə olması qənaətini yaradır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və iclasda təqdqiq edilmiş cavabdehin atasına məxsus Səs yazısına münasibətdə məhkəmə həmin səs yazısının qanunsuz əldə edildiyini qeyd etməklə mötəbər sübut kimi deyil, digər sübutlarla birgə iş üçün əhəmiyyəti olan yanaşı sübut kimi qiymətləndirmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bu baxımdan məhkəmə iddiaçının izahatında dediklərini təkzib edəcək cavabdeh tərəfdə hər hansı bir sübutun olmamasını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının iddia tələbində əks olunmuş və məhkəmə baxışı iclasında mövcudluğu öz təsdiqini tapmış qızıl-zinət əşyaları cavabdehdədır və cavadehin isə həmin qızıl-zinət əşyalarına sahiblik hüququ qanunsuzdur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının onun qanuni sahibiyindən çıxması və sahibliyindən çıxmış fotoşəkillərdə və diskdə əks olunmuş həmin qızıl-zinət əşyalarının məhz cavabdehin qanunsuz sahibliyində olması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 34.1-ci maddəsi ilə müəyyən edilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); - 34.2-ci maddəsinə əsasən, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının qızıl zinət əşyalarına münasibətdə cavabdeh tərəfin ona dediyi qiymət və zinət əşyaları satıcılarının fikri əsasında iddia etdiyi qızıl zinət əşyalarına iddia ərizəsində tələb etdiyi qiymətə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən, iddia tələbi həmin qiymətə dair hissədə rədd edilməlidir. Eyni zamanda sonuncu məhkəmə baxış iclasından əvvəl adları iddia ərizəsində qeyd edilən cehiz əşyalarının və yataq mebel dəstinin iş üzrə iddiaçı tərəfindən götürüldüyü nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun 84.6 (səksən dörd manat altmış qəpik) manatı iddiaçıya aid edilməli, qalan 50.40 (əlli manat qırx qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. İddia ərizəsində göstərilən bir dəst sarı qızıl sep, üzük, sırğa və qolbağ, sadə qaşlı, bir dəst ağ qızıl sep, üzük, sırğa, qolbağ, bir ədəd nişan üzüyü, göstərilən qızıl-zinyət əşyaları, olmadıqda onların ümumi dəyəri olan 5600 (beş min altı yüz) manat pul məbləği Cavabdeh alınaraq İddiaçı verilsin. Bir ədəd yataq mebel dəstinin və cehiz əşyalarının-mikser, çəngəl-bıçaq dəsti, pərdə, iki ədəd lüstur cavabdeh tərəfindən məhkəmə prosesinin gedişində iddiaçıya qaytarılması nəzərə alınsın. İddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci olmaqla, cəmi 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun 50.40 (əlli manat qırx qəpik) manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin, qalan hissəsi isə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov