Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-120/2022 20.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlu X3 ölümünün qeyd edilmə faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Kəngərli rayon Qarabağlar kəndində yaşamış oğlu X3 30 noyabr 2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində kəllə-beyin travmasından ölməsinin qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1969-cu ildə Kəngərli rayon Qarabağlar kəndində doğulmuşdur. 1987-ci ildə X9 ilə evlənmiş, həyat yoldaşı Rza 2021-ci ildə vəfat etmişdir. Birgə nikahlarından dörd övladları olmuşdur. Oğlu - 1992-ci il təvəllüdlü X6 2012-ci ildə avtoqəza nəticəsində kəllə-beyin travması alaraq vəfat etmiş, digər oğlu - 1994-cü il təvəllüdlü X10 isə 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. Hazırda şəhid olan oğluna hərbi hissə tərəfindən veriləcək kompensasiyanı almaq istəyir, lakin bunun üçün də vərəsələr barədə məlumat istəyirlər. Oğlu Cavanşirin isə ölüm haqqında şəhadətnaməsi yoxdur və vaxtında almamışlar. Ona görə də onun ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümdən uzun müddət keçdiyinə görə ona ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmiş və müvafiq məktub verilərək məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Kəngərli Qeydiyyat şöbəsinin arxivində də ölümlə bağlı hər hansı bir məlumat yoxdur. Ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Bu səbəbdən də məkhəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən Kəngərli rayonunun Qarabağlar kəndində yaşamış oğlu X3 30 noyabr 2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində kəllə-beyin travmasından ölməsinin qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə dindirilən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini, mərhum oğlu -1992-ci il təvəllüdlü X3 30 noyabr 2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində olarkən avto-qəza keçirdiyini və həmin avto-qəza nəticəsində kəllə-beyin travmasından öldüyünü, üç gün sonra, yəni 02 dekabr 2012-ci ildə onun meyitinin Moskvadan təyyarə ilə Naxçıvana gətirildiyini və 02 dekabr 2012-ci ildə Kəngərli rayonunun Qarabağlar kənd qəbiristanlığında dəfn edildiyini, oğlunun ölümü barədə Rusiyadan heç bir sənədin göndərilmədiyini, hazırda onun ölüm şəhadətnaməsini ala bilmədiyini göstərərək oğlu X3 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndə tərəfindən təmsil olunmamış və bu barədə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilərkən Şahid1 ifadəsində Kəngərli rayon Qarabağlar kəndində yaşadığını, Ərizəçi qonşusu olduğunu, Səmayənin oğlu mərhum Cavanşiri də yaxından tanıdığını, Cavanşirin 2012-ci ilin sonunda Rusiyada olarkən avto-qəzadan vəfat etdiyini, 02 dekabr 2012-ci ilə meyitinin Rusiyadan Qarabağlar kəndinə gətirildiyini və Qarabağlar kənd məzarlığında dəfn olunduğunu, dəfndə və yas mərasimində özünün də yaxından iştirak etdiyini göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid2 ifadəsində Kəngərli rayon Qarabağlar kəndində yaşadığını, Ərizəçi ilə yaxın qonşu olduqlarını, 2012-ci ildə özünün də Rusiyanın Moskva vilayətinin Zelyonı qəsəbəsində yaşadığını, orada yaşayarkən bir azərbaycanlı və həmkəndli kimi Cavanşirin 2012-ci ilin noyabr ayının 30-da avto-qəzaya düşdüyünü eşitdiyini, həmin avto-qəza nəticəsində vəfat etdiyini, məhrumun nəşinin Moskvadan Naxçıvana məhrumun bacısı ilə birlikdə özünün gətirdiyini, Qarabağlar kənd məzarlığında dəfn olunduğunu, mərhumun yasında özünün də yaxından iştirak etdiyini göstərdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan XVİ-JQ 390864 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X6 07 mart 1992-ci il tarixdə Şərur rayon Qarabağlar kəndində doğulmuşdur. X4, anası isə Ərizəçidır. İş materiallarında olan İV-JQ 394358 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X9 ilə Ərizəçi 1987-ci ildə rəsmi nikah bağlamışlar. İş materiallarında olan Maraqlı şəxs 05 may 2022-ci il tarixli 112 nömrəli arayışına əsasən X3 ölüm akt qeydi tapılmamışdır. İş materiallarında olan AZ-İ 872161 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 084247 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 001638 nömrəli “Şəhid ailəsi üzvünün vəsiqəsi”nə əsasən Ərizəçi şəhid ailəsi statusu verilmişdir. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05 may 2022-ci il tarixli arayışına əsasən mərhum X6 30 noyabr 2022-ci il tarixdə Qarabağlar kəndində vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon Mərkəzi Xəstəxanasının 05 may 2022-ci il tarixli arayışına əsasən mərhum xx.xx.1992-ci il təvəllüdlü X5 ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Ərizəçi N saylı hərbi hissəyə ünvanlandığı ərizəsinin surətindən görünür ki, oğlu X7 döyüş tapşırığını yerinə yetirərkən şəhid olması ilə əlaqədar kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş beş illik kompensasiyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Ərizəçi ünvanlanmış məktuba əsasən kompensasiya verilməsi üçün vərəsəlik haqqında məlumatlar verilməsi göstərilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Əsgərova X2 rayon Qarabağlar kəndində qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs 05 may 2022-ci il tarixli 05/15-60 nömrəli məktubuna əsasən X5 ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İş materiallarında olan fotoşəkildə mərhum X3 məzarüstü abidəsi əks olunmuşdur. Məzarüstü abidədə “X6, 1992 - 2012” sözləri qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 30 noyabr 2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində avtoqəza nəticəsində kəllə-beyin travmasından vəfat etmiş və Qarabağlar kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi digər şəhid olmuş oğluna kompensasiya almaq istəyir və bunun üçün də oğlu Cavanşirin ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan həmin kompensasiyanı ala bilmir. Oğlu Cavanşirin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı yer üzrə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ərizəçinin tələbi hüquqi əhəmiyyət kəsb edir. Ona görə də məhkəmə belə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Qarabağlar kəndində yaşamış xx.xx.1992-ci il təvəllüdlü X3 30 noyabr 2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində kəllə-beyin travmasından ölməsinin qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 311, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olmuş, xx.xx.1992-ci il təvəllüdlü X3 30 noyabr 2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində kəllə-beyin travmasından ölməsinin qeyd edilmə faktı müəyyən müəyyən edilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-120/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-120/2022
20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver