Məhkəmə qərarları › İş №2(111)-145/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-145/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-145/2025 20.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 11 iyul 1939-cu il tarixdə Gəncə (keçmiş Kirovabad) şəhərində anadan olmuş X5 *8.*8.2**1-ci il tarixdə Kəngərli rayon Xok kəndində mədə xərçəngindən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X1* onun atasıdır. O, 11 iyul 1939-cu il tarixdə Bakı şəhəri Kirovabad (Gəncə) şəhərində anadan olmuş, *8.*8.2**1-ci il tarixdə Kəngərli rayon Xok kəndində vəfat etmiş və Kəngərli rayon Xok kənd Qəbirstanlığında dəfn olunmuşdur. Kəngərli rayon Xok kəndə inzibati ərazi üzrə nümayəndəliyinin *7.*2.2*25-ci il tarixli, 137 nömrəli arayışına əsasən X1* *8.*8.2**1-ci il tarixdə Kəngərli rayon Xok kənd Qəbirstanlığında dəfn olunması qeyd olunmuşdur. Qəbrin arxadan sol tərəfində X2 tərəfində isə Həsənova Banu dəfn olunmuşdur. X18 Mərkəzi PHŞ-nın Kəngərli rayon Mərkəzi xəstəxanasının 15.*1.2*25-ci il tarixli, 22 nömrəli arayışına əsasən X1* *8.*8.2**1-ci il tarixdə “Mədə Xərçəngi” diaqnozu ilə vəfat etdiyi qeyd olunmuşdur. Maraqlı şəxs *7.*3.2*25-ci il tarixli, 3-16-5/8-15-34/2*25 nömrəli məktubuna əsasən X5 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. O, müvafiq dövlət orqanlarına müraciət etmiş, X1 ölüm haqqında şəhadətnaməsini indiyədək almamışdır. Bu səbəbdən də atasının ölüm haqqında qeydi qeydiyyat şöbəsi tərəfindən aparılmamışdır. X1 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə X1 adına Kəngərli rayon Xok kəndində X7 qərarı əsasında torpaq sahəsi olduğundan mirasın qəbul edilməsi ilə bağlı ölüm haqqında şəhadətnaməsi tələb olunur. X1 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmir. Məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə maraqlı şəxsin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında X1 11 iyul 1939-cu il tarixdə anadan olduğunu, *8 avqust 2**1-ci il tarixdə mədə xərçəngindən vəfat etdiyini və Kəngərli rayon Xok kəndindəki qəbiristanlıqda dəfn olunduğunu, atası vəfat etdikdən sonra ondan qalan torpaq sahəsini miras əmlak kimi qəbul etmək üçün atasının ölüm haqqında şəhadətnaməsinin tələb olunduğunu, ölüm haqqında şəhadətnaməni vaxtında almadıqlarından Maraqlı şəxsnə müraciət etdiyini, lakin atasının ölümünü qeydə alınmadığından məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçinın vəkili Vəkil izahatında ərizədə göstərilənləri qeyd edərək 11 iyul 1939-cu il tarixdə Kirovabad (indiki Gəncə) şəhərində doğulmuş X5 *8 avqust 2**1-ci il tarixdə Kəngərli rayon Xok kəndində “mədə xərçəngi” xəstəliyindən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində Kəngərli rayon Xok kəndində yaşadığını, Ərizəçi onun bacısının yoldaşı olduğunu, onun X1 *8 avqust 2**1-ci il tarixdə Xok kəndində xəstəliyi ilə əlaqədar vəfat etdiyini, Xok kənd qəbiristanlığında dəfn olunduğunu və yas mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Şahid2 şahid ifadəsində Ərizəçi qonşusu olduğunu, X5 *8 avqust 2**1-ci il tarixdə mədə xəstəliyi ilə əlaqədar vəfat etdiyini və Xok kəndindəki qəbiristanlıqda dəfn olunduğunu, yas mərasimində iştirak etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Maraqlı şəxs *7 mart 2*25-ci il tarixli *8 nömrəli arayışına əsasən X5 Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış *7 mart 2*25-ci il tarixli, 3-16-5/8-15- 34/2*25 nömrəli məktubuna əsasən “X5 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair” yazılı müraciətə cavab olaraq tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm qeydiyyatının aparılması mümkün olmamışdır. X18 Mərkəzi PHŞ-nin Kəngərli Rayon Mərkəzi Xəstəxanasının 15 yanvar 2*25-ci il tarixli 22 nömrəli arayışına əsasən X1* *8.*8.2**1-ci il tarixdə “Mədənin xərçəngi” diaqnozu ilə vəfat etmişdir. Kəngərli Rayon Xok kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 15 yanvar 2*25-ci il tarixli 71 nömrəli arayışına əsasən mərhum Xok kənd sakini X1* 2**1-ci il tarixdə Şərur rayon Xok kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Kəngərli Rayon Xok kənd Bələdiyyəsinin 14 fevral 2*25-ci il tarixli 14 nömrəli arayışına əsasən mərhum X1* *8.*8.2**1-ci il tarixdə Şərur rayon Xok kəndində vəfat etmiş və dəfn olunmuşdur. Kəngərli Rayon Xok kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin *7 fevral 2*25-ci il tarixli 136 nömrəli arayışına əsasən mərhum Xok kənd sakini X1* *8.*8.2**1-ci il tarixdə Şərur rayon Xok kəndində vəfat etmişdir. Kəngərli Rayon Xok kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin *7 fevral 2*25-ci il tarixli 136 nömrəli arayışına əsasən mərhum Xok kənd sakini X5 aşağıdakı ailə üzvləri vardır: 1. Oğlu Ərizəçi -1975, 2. X4-1983. “Azemis” Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Məmmədov X12 rayon Xok kəndində qeydiyyatdadır. *6 iyun 1975-ci il tarixli İİİ-ЖГ 342448 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi atası X8r. Kəngərli Rayon Polis şöbəsindən vəkilin sorğusu əsasında verilmiş “Forma-1” kartoçkasının surətindən görünür ki, X1* 11 iyul 1939-cu il tarixdə Azərbaycan SSR-in Kirovabad şəhərində doğulmuşdur. JN-994A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X9 *.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-1179 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X9 *.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X5 qəbirdaşı əks olunmuş fotoşəkildə qəbirdaşının üzərində “X1* “1939-2**1” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X1* *8 avqust 2**1-ci il tarixdə Kəngərli rayon Xok kəndində xərçəng xəstəliyindən vəfat etmiş və Xok kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi atasının mülkiyyətində olan torpaq sahələrini öz adına sənədləşdirmək istədiyindən və bunun üçün də X1 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan və eləcə də Maraqlı şəxsndə X5 ölüm akt qeydi tapılmadığından atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Xok kənd sakini olmuş, 11.*7.1939-cu il təvəllüdlü X5 *8 avqust 2**1-ci il tarixdə Kəngərli rayon Xok kəndində mədə xərçəngi xəstəliyindən vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 311, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11.*7.1939-cu il tarixdə Gəncə (keçmiş Kirovabad) şəhərində doğulmuş X5 *8 avqust 2**1-ci il tarixdə Kəngərli rayon Xok kəndində “mədə xərçəngi” xəstəliyindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar