Məhkəmə qərarları › İş №2(111)-17/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-17/2023

03.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-17/2023 03.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abbasova (Qədimova) Ceyhunə Məmməd qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı “birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin naturada ayrılmaqla payın müəyyən olunması” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Abbasova (Qədimova) Ceyhunə Məmməd qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin naturada ayrılmaqla payın müəyyən olunması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmənin 03 fevral 2023-cü il tarixə təyin edilmiş hazırlıq iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilmiş, iş üzrə iddiaçı gəlmiş, cavabdehlər isə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə xəbərdar olunmalarına baxmayaraq gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. İş üzrə İddiaçı 03 fevral 2023-cü il tarixli məhkəmə iclasında yazılı vəsatət təqdim edərək cavabdehlər-Cavabdeh1, Cavabdeh2, Abbasova (Qədimova) Ceyhunə Məmməd qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin naturada ayrılmaqla payın müəyyən olunmasını tələb etdiyini, hazırda bu tələblə bağlı cavabdehlərlə razılıq əsasında tələb etdiyi torpaq payı ayrılıb ona verildiyini bildirərək ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərə alaraq qeyd edir ki, hazırda işin icraatı məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının ərizəsi qaytarılmalıdır. Çünki, iddiaçı ərizənin qaytarılması barədə vəsatət vermişdir. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən X2 rayon filialı vasitəsilə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının 03 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbz əsasında X2 rayon filialı vasitəsilə ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Abbasova (Qədimova) Ceyhunə Məmməd qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 1/6 hissəsinin naturada ayrılmaqla payın müəyyən olunmasını tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən 03 oktyabr 2022-ci il tarixli, ********* nömrəli qəbz əsasında X2 rayon filialı vasitəsilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar