Məhkəmə qərarları › İş №2(111)-219/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-219/2024

16.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-219/2024 16.09.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla məhkəməyə ərizə ilə müraciət edərək mərhum bacısı X4 *2 dekabr 2**2-ci ildə Kəngərli rayon Qarabağlar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X9 1* avqust 1963-cü ildə Qarabağlar kəndində anadan olmuş və *2 dekabr 2**2-ci ildə Kəngərli Rayon Qarabağlar kəndində vəfat edərək Qarabağlar kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etsə də, ölümün üstündən uzun müddət keçdiyinə görə həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Kəngərli Rayon Qarabağlar kəndində anası X1 həyətyanı torpaq sahəsi və yaşayış evi miras qalmışdır. Hazırda həmin torpaq sahəsini və yaşayış evini öz adına sənədləşdirmək istəyir. Lakin bacısı Şərəbanının ölüm şəhadətnaməsi olmadığına görə sənədləşdirmə işləri aparılmır. Ona görə də məcbur qalıb ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə maraqlı şəxsin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək bacısı X4 *2 dekabr 2**2-ci ildə Kəngərli rayon Qarabağlar kəndində ürək çatışmazlığından vəfat etdiyini, lakin ona ölüm haqqında şəhadətnamə alınmadığını, o vaxtlar qardaşının aldığını düşündüyünü, lakin sonradan qardaşının da almadığının ona məlum olduğunu, anasının da vəfat etdiyini, anasından Qarabağlar kəndində yaşayış evi torpaq sahəsinin miras qaldığını, hazırda həmin evdə özünün yaşadığını, evi öz adına sənədləşdirmək istədiyini, lakin bunun üçün bacısının ölüm haqqında şəhadətnaməsinin tələb olunduğunu, həmin şəhadətnaməni almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, lakin ölüm faktı qeydə alınmadığından və üzərindən uzun müddət keçdiyinə görə şəhadətnamənin verilməsindən imtina edildiyini, şəhadətnaməni isə başqa qaydada ala bilmədiyini, bunun üçün də məhkəməyə müraciət etdiyini bildirərək hüquqlarını həyata keçirilməsi üçün ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X16 ifadəsində Kəngərli rayon Qarabağlar kəndində yaşadığını, ərizəçi Hüseynlə qonşu olduğunu, Hüseynin bacısı Şərəbanının 2*22-ci ilin dekabr ayında vəfat etdiyini, Qarabağlar kənd qəbristanlığında dəfn edildiyini, özünün də həm Şərəbanının dəfnində, həm də yasında yaxından iştirak etdiyini, mərhumun ürək xəstəsi olduğunu bildiyini göstərdi. Məhkəmə iclasında dindirilən şahid X6 ifadəsində Ərizəçi həm kəndlisi, həm də uzaq qohumu olduğunu, Hüseynin bacısı X4 cavan rəhmətə getdiyini, təxminən 2**2-ci ilin qış aylarında vəfat etdiyini, onun ölümü ilə əlaqədar dəfndə və yasda iştirak etdiyini, mərhumun Qarabağlar kənd qəbristanlığında dəfn olunduğunu göstərdi. İş materiallarında olan Maraqlı şəxs 15 noyabr 2*23-cü il tarixli 126 nömrəli arayışına əsasən X4 Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Mərkəzi X15 şəxsi tərəfindən verilmiş 16 noyabr 2*23-cü il tarixli 132 nömrəli arayışına əsasən Kəngərli Rayon Mərkəzi X15 şəxsində *2.12.2*22-ci ildə vəfat etmiş X4 ölüm şəhadətnaməsinin verilməsi haqqında məlumat yoxdur. İş materiallarında olan Kəngərli Rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14 noyabr 2*23-cü il tarixli 2186/23 nömrəli arayışına əsasən Kəngərli rayon Qarabağlar kəndində yaşamış mərhum X9 2 dekabr 2**2-ci il tarixdə Qarabağlar kəndində vəfat edib və dəfn olunmuşdur. İş materiallarında olan Kəngərli rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14 noyabr 2*23-cü il tarixli 2185/23 nömrəli arayışına əsasən Hüseynov X13 rayon Qarabağlar kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan XVİİİ-ЖГ 648368 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportuna əsasən X9 1* avqust 1963-cü il tarixdə Naxçıvan MSSR İliç rayon Qarabağlar kəndində doğulmuşdur. İş materiallarında olan AZ-İ *12645 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 26.*2.2**3-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 1223*1842* qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən X2 adına “Naxçıvan MR Kəngərli rayon Qarabağlar kəndində 9*.32 kvm sahəsi olan yaşayış binası və *.14*5 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Kəngərli rayon Dövlət arxivi tərtəfindən verilmiş 22 dekabr 2*23-cü il tarixli 125 nömrəli arayışa əsasən 1972-1974-cü illərin *7 nömrəli təsərrüfatbaşına kitabına baxdıqda məlum olur ki, mərhum X12 ailə başçısı olmaqla arvadı X5, oğlu Ərizəçi və qızı X9 ailə üzvləri qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 15 noyabr 2*23-cü il tarixli, 3-16-5/8-13-2*2/2*23 nömrəli məktubuna əsasən “X4 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair” yazılı müraciətə cavab olaraq tibbi şəhadətnamə təqdim edilmədiyindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan fotoşəkildə X4 qəbirdaşı əks olunmuş və qəbirdaşının üzərində “X9 1963-2**2.2.Xİİ” sözləri yazılmışdır. İş materiallarında olan Kəngərli Rayon Notariat Ofisinin notariusu X7 tərəfindən qəbul olunmuş 15 noyabr 2*23-cü il tarixli qərara əsasən Kəngərli rayon Qarabağlar kəndində yaşayan Ərizəçi 15 noyabr 2*23-cü il tarixli ərizəsi təmin edilməmiş və qeyd olunan miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X9 *2 dekabr 2**2-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində ürək çatışmazlığından vəfat etmiş və Qarabağlar kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi anasının mülkiyyətində olan yaşayış evini və torpaq sahəsini öz adına sənədləşdirmək istədiyindən və bunun üçün də bacısı Şərəbanının ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, Maraqlı şəxsndə X4 ölüm akt qeydi tapılmadığından bacısının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Qarabağlar kənd sakini olmuş, 1*.*8.1963-cü il təvəllüdlü X4 *2 dekabr 2**2-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində ürək çatışmazlığından vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 311, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Kəngərli rayon Qarabağlar kənd sakini, 1*.*8.1963-cü il tarixdə doğulmuş X4 *2 dekabr 2**2-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində ürək çatışmazlığından vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar